Ata 2 yaşlı oğlunu bilməyərəkdən öldürdü

Gəncədə ata avtomobilini arxaya verərkən 2 yaşlı oğlunun üstündən keçərək onu öldürüb. "Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini, Səbuhi İsmayılov idarə etdiyi "QAZel" markalı avtomobillə ehtiyatsızlıqdan 2 yaşlı oğlu İsmayıl İsmayılovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. AzNews.az