Türklər mühasirəyə aldığı bölgə mərkəzini də ələ keçirdi - PYD/YPG-yə daha bir ağır zərbə

08 Mart 2018 [15:18] Bu gün Türkiyə ordusu Azad Suriya Ordusu ilə birgə Afrində daha bir bölgə mərkəzini PYD/YPG terrorçularından azad edib. Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir həftəyə yaxındır mühasirədə saxlanılan və Türkiyə ilə həmsərhəd ərazidə yerləşən Cinderes şəhər mərkəzi PYD/YPG-dən tamamilə təmizlənib: "Artıq bu bölgə də Türkiyə ordusunun tam nəzarətinə keçdi".