DGK aksiz və yol vergiləri üzrə büdcəyə ödəmələri azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 168,65 mln. manat təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə Report.az komitəyə istinadən məlumat yayıb. Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,05% çoxdur. Son 1 ildə gömrük rüsumları 15,9% artaraq 571,576 mln. manat, əlavə dəyər vergisi üzrə gömrük yığımları 23,95% artaraq 1 497,747 mln. manat, aksizlər üzrə yığımlar 13,7% azalaraq 70,359 mln. manat, yol vergisi üzrə yığımlar isə 46,2% azalaraq 28,967 mln. manat təşkil edib. L.Ə.