İNANILMAZ: 800 il əvvələ aid olmasına baxmayaraq hələ də işləyir - FOTOLAR

Türkiyənin Diyarbəkir vilayətində yerləşən Ulu Məscidi, Anadolu məkanının ən qədim və kim tərəfindən nə vaxt tikildiyi hələ də dəqiq bilinməyən tarixi məscidlərindən biridir. 7News.az -ın məlumatına görə, Ulu Məscidin içində yerləşən Günəş saatının isə 8 əsrlik tarixi var. Təxminən 800 illik keçmişi olan bu saat əsrlərə meydan oxuyur. Məscidin həyətində yerləşən Günəş saatının hazırlanmasından yüzlərlə il keçməsinə baxmayaraq, ilk gündəki kimi vaxtı göstərməyə davam edir. Bu saat, sütunlu mərmərin üzərinə yerləşdirilən metal çubuğun Günəşin hərəkəti ilə birgə ətrafında fırlanan kölgə sayəsində zamanı göstərir. Mərməri üzərində çatlar yaranan saatın zərər görməməsi üçün ətrafı dəmir barmaqlıqlarla əhatə olunub. Bu saat Diyarbəkirə gələn turistlərin də diqqətini cəlb edir və Ulu Məscidi ziyarətə gələnlər mütləq Günəş saatı qarşısında da foto çəkdirir.