Xaçmazda iki nəfəri maşın vurub

Xaçmazda piyadaların vurulması nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzalar Xaçmaz-Quba yolunda və Müzəffəroba kəndi ərazisində qeydə alınıb. 1965-ci il təvəllüdlü Nəsirov Ədalət Qəzənfər oğlunu Xaçmaz-Quba yolunda, 1978-ci il təvəllüdlü Mais Seyidovu isə Müzəffəroba kəndi ərazisində maşın vurub. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.