"Tottenhem" "Yuventus"a, "Mançester Siti" "Bazel"ə qarşı - YENİLƏNİR

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti cavab matçları keçiriləcək. Publika.az xəbər verir ki, ikinci oyun günündəki hər iki görüş İngiltərədə baş tutacaq. "Tottenhem" və İtaliyanın "Yuventus" komandalarının dueli gərgin mübarizə vəd etdiyi halda, "Mençester Siti" ilə İsveçrə "Bazel"inin qarşılaşması formal xarakter daşıyır. İlk oyunda İtaliyada "Tottenhem"lə 2:2 hesablı heç-heçə edən "Yuventus", bu dəfə 3:3 və ya daha böyük hesablı bərabərliklə mərhələ keçə bilər. London klubunu isə 1:1-lik heç-heçə də qane edir. "Mançester Siti" - "Bazel" qarşılaşmasını formallığa çevirən səbəb “şəhərlilər”in səfərdə 4 cavasız qolla qələbə qazanmalarıdır. Çempionlar Liqası, 1/8 final, cavab oyunları 23:45. "Tottenhem" (İngiltərə) – "Yuventus” (İtaliya) 0:0 Baş hakim: Şimon Marçinyak (Polşa) İlk oyun – 2:2 23:45. "Mançester Siti” (İngiltərə) – "Bazel” (İsveçrə) 0:0 Baş hakim: Pavel Kralovets (Çexiya) İlk oyun – 4:0