“Real Madrid”dən yeni rekord

İspaniya "Real Madrid"i Avropanın "Top-5" futbol çempionatları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub. Oxu.Az Report -a istinadən xəbər verir ki, "kral klubu"nu rekorda yarımmüdafiəçi Marko Asensio qovuşdurub. O, "Valensiya" ilə La Liqa qarşılaşmasının 10-cu dəqiqəsində fərqlənib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Qeyd edək ki, "Real Madrid" sonuncu dəfə 26 aprel 2016-cı ildə İngiltərənin "Mançester Siti" komandası ilə Çempionlar Liqasının yarımfinal oyununda meydanı qolsuz tərk edib. Həmin görüş qolsuz yekunlaşıb. A.M.