Mahir Mədətov futbolumuzun tarixinə düşdü

“Qarabağ”ın oyunçusu, millimizin üzvü Mahir Mədətov Azərbaycan futbol tarixinə düşüb. "Ölkə.Az" xəbər verir ki, bu barədə AFFA-nın feysbuk hesabında məlumat verilib. Bildirilib ki, milli komandamızın hücumçusu "Nike"la sponsorluq müqaviləsi imzalayıb. Bununla da o, bu şirkətlə fərdi anlaşma imzalayan ilk azərbaycanlı futbolçu olub. Ölkə.Az