ABŞ-da restoranda atışma, ölən və yaralananlar var

ABŞ-ın Hörtsboro şəhərində (Alabama ştatı) restoranda atışma olub. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində restoranın 69 yaşlı sahibi ölüb, 3 nəfər yaralanıb. İlkin ehtimala görə, restoranda atəşi psixiki xəstəlikdən əziyyət çəkən yerli sakin açıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.