Prezidentlər Suriyadakı vəziyyəti müzakirə ediblər

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, tərəflər Suriyadakı vəziyyəti, o cümlədən Şərqi Qutada baş verənləri müzakirə ediblər. Qeyd olunub ki, dövlət başçıları Dəməşq ətrafında atəşkəsin tezliklə təmin edilməsi üçün addımların sürətləndirilməsinə dair razılığa gəliblər. Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə Şərqi Qutadakı vəziyyəti müzakirə edib.