İranda zəlzələ

İranın Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kəhnuc şəhərindən 16 km şimal-şərqdə, ocağı 28 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.