Mahir Məmmədov : "UEFA-nın bizə göndərdiyi şübhəli halların 90 faizi təsdiqlənib"

AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun apasport.az saytına müsahibəsi - İcraiyyə Komitəsinin bugünkü iclasında müzakirə olunan məsələlər haqda nə deyə bilərsiz? - Gündəlikdə olan məsələlərdən biri futzal yığmamızın Avropa çempionatındakı çıxışı idi. Azərbaycan Futzal Federasiyası qitə birinciliyi ilə bağlı hesabat verdi. Əlbəttə, qeyd olundu ki, yığmamız Avropa çempionuna uduzdu. Azərbaycan futzalının nüfuzu artıq o qədər yüksəkdi ki, bu nəticə bizim üçün tam münasib ola bilməz. Ancaq məqbul sayıla bilər. Ardıcıl 5-ci dəfədi ki, böyük yarışların final turnirində oynayırıq. 2020-ci ildə Yaponiyada futzal üzrə dünya çempionatı keçiriləcək. Bu turnirə hazırlıq prosesi barədə də fikir mübadiləsi apardıq. Diskussiyamızda FİFA-nın nümayəndələri də iştirak edirdilər.