Kəndimizin son günü (112-ci yazı) | ANA SƏHİFƏ MANŞET SİYASƏT CƏMİYYƏT GÜNDƏM ÖNƏMLİ DÜNYA HADİSƏ İDMAN Son dəqiqə Ərdoğan Ruhani ilə danışdı: Son proseslər…

Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə. Eyni adlı kitabımızdan fəsillər. 112-ci Fəsil Bu kitabı kimin hansı düşüncə ilə oxuyacağınız fərqində olmasamda bircə hər fəsil yazdıqca bu sevinci yaşayıram ki, o illərin canlı şahidi olduğumdan məni heç zaman utandırmamış yaddaşlarım da müxtəlif hadisələrin olduğu kimi rəsmini çəkirəm. Bu rəsmlər də hərə olduğu kimi görünür, yəni qələmim rəngləri tündləşdirməyərək əlavə çalar qatmır, mənim kiməsə olan şəxsi münasibətimin yada qarşı tərəflərin şəxsimə sərgiləndikləri mövqeyinin qələmindən süzülənlərə qətiyyən dəxli yoxdur. Qələmimə, imzama bələd olanlar bilirlər ki, bu müqəddəsliklərə heç zaman xəyanət etmədim. Bizim mənsub olduğumuz ədəbi nəsil də əllərindən su içdiyimiz ustadlarımız bizə öyrətdilər ki, qələmini qır, ancaq xəyanət etmə, ona və müqəddəs sözə. Sadəcə mən yaddaşımızdakı xatirə daşlarını qaldırıram, onların altından kimin hansı rəngdə, anlam da çıxmasının günahları mənə və qələmimə aid deyil. Təbii ki, kompyuterdən kənar da olduğumdan kitabımız dədə-baba qaydası ilə, yəni qələmlə yazılır. Bağ-bağat, cığır sevgilərinin sonunun olmaması ötən əsr də baş verən hadisələrdir. Bugün ki, kompyuter əsrində, sosial şəbəkələrin, virtual aləmin, internetin, facebook-un, nəbilim nələrin tüğyan etdiyi yaşadığımız illərdə də eyni olanlar təkrarlanır. Yəni artıq o sevgilər yerini, müasir, virtuallaşan sevgilərə verib, elə böyük bəlalar da burdan maya götürərək başlayır. Hələ eşitmədim ki, virtual aləmdə tanış olan gənclərin uğurlu gələcəyi ola, axırı olmayan, puça çıxan, ayrılan talelərin sayı çox, bərabəridə yox. Deməli, axırı olmayan bağ-bağat, cığır, artezian, kəhriz sevgilərini sıradan çıxardan virtual eşq, məhəbbət məsələni köklü həll edərək şüurlarda, mənəviyyatıda çürüməni surətləndirərək bütün müqəddəs dəyərləri məhv edərək sıradan çıxartdı. Ötənlərdə eldə-obada flankəsin qızının adına söz çıxartmaq vəyaxud da boşanmalar nadir hallar da oalrdı, əsasəndə ötən fəsillər də bəhs etdiyim kimi elimizə-obamıza ordan-burdan gələnlərin, qanı qanımızdan olmayanların arasında baş verərdi, belə utancverici hallar, proseslər indi isə çox asand həll olunur. Əgər oğlanla qız virtual aləmdə tanış olublarsa, evlənib boşanırlarsa valideynlər elə də narahat olmayaraq özlərinə təskinlik verirlər ki, dədəsin-nənəsin tapırlar ki, əsli-kökü bilmirik kimdir, boşver. Belə laqeydliklə gənc nəsildə məsuliyyətsizlik hisslərini daha da artıraraq mənəvi aşınmaları artırıb, surətləndirib. Birdə bu şou aləminin gündə bir rəngə, cildə düşən pırpızbaşlarının evlənməyi, ailə qurmağı adiləşdirmələri, eşq elanlarını əlbisələri kimi dəyişmələri, bir sözlə bütün müqəddəslikləri ayaq altına atmaları cəmiyyəti xərçəng xəstəliyi kimi yeyərək mənəviyyatımızı puça çıxardır. Nəisə bu ağrılı mövzu dartdıqca saqqız kimi uzanır qayıdaq kəndimizə, əsgərdən gələrək bağ-bağat, cığır, artezian, kəhriz sevgilərini birdəfəlik olmayan ürəkləri ilə birlikdə zamanında cənnətməkan kişinin, qaçaq Əsədullanın nəisə atdığı, sonrada ağsaqqallara xatir yerini dediyi Qarqardakı kor quyuya ataraq təzə eşqə düşən ötən fəsildə qeyd etdiyim kimi bələdlədiyi qıza qoşulacaq həyət yeri, rayondakı avtobazadakı işlənmiş olsada şörək çıxan yük maşınından necə əl çəkəydi bəzi bədbəxt binəvalarımız. Ən əsası isə şərtli nikah, evlənmə baş tutsaydı, həmin çiçəyi burnunda cavanın ən böyük qazanclarından birincisi flan kişinin yeznəsidir deyə çağrılmaq olacaqdı,yəni,həmin çiçəyi burnunda cavanda qınanılası deyildi, tənəkliklərdə briqadirlərlə, qoruqçularla, yüz cürə təsadüfi adamlarla eşq macəraları yaşayan, kəndimizə ordan-burdan təzib gələn, öləndə də adları irtməklərində gedər, analarının oğlu kimi, naməlum dədələrinə dalda-bucaqda oxşadıqlarından canları qurtararaq dədəsi kimi qəbul elədiyi qaynatasının adını üstünə alaraq bundan da böyük qürur duyacaqdı. Hə, türk qardaşlarımız demişkən çox abartmayaq, indi bizim olmayan kəndimizdə belələrini camaat yaxşı tanıyaraq, nəqədər var-dövlətləri olsada, onlara ikinci sortlar kimi baxaraq məsafə saxlayır, dallarınca qotazlı şınqırımlar qoşaraq qohumluq, başqa incə məqamlarda ehtiyatlı davranaraq mümkün qədər qanlarını qatmazdılar. Rəhmətlik ağsaqqallarımız demişkən, əslihu, yəni belə qotazlılardan alıb-verdiklərinin (məcburiyyətdə qalsalar) axırı olmayacaq, belələrindən törənənlərin xarab qanı nəslin hansısa bir dönəmində özünü göstərərək, bir ömür utancı, biabırçılığı onların təmiz ad-sanlarına yaraşdırıb əzablara düçar edəcəkdir. Kəndimizin təzə məhlələrdən biraz aralı, köhnə fermaya çatmamış salınan futbol meydançasını, torlu qapılarını xatırlatmaq istəyirəm. Sovet quruluşunda kağızlar, sənədlər üstündə hər yaşayış məntəqəsində tipik idman meydançalarında nəzərdə tutulsada, ayrılan maliyyə vasitələri partiya "boss"ları tərəfindən yeyilərdi, kəndlərdə fəal gənclərin öz fəaliyyətləri nəticəsində idman meydançaları salınar partiya "boss"larının maliyyə fırıldaqlarının üstüdə öz-özünə örtülərdi. Kitabımızın gələn fəslində də futbol meydançasında top oynayacağıq, nələr, nələr. Teylor Fətişoğlu Ardı var.