"İngiltərə Futbol Assosasiyasından bundan artıq anlayış gözləmirdim"

İngiltərə Futbol Assosasiyasının (FA) prezidenti Martin Qlenn "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolanın 3 aydır paltarına sarı lent taxmasına münasibət bildirərkən onu dini işarə və ya svastikaya bənzətmişdi. 47 yaşlı mütəxəsis bu emblemi İspaniya hökuməti tərəfindən həbs edilmiş katalon siyasi fəallarına görə taxır. Milli.Az goal.az -a istinadən xəbər verir ki, Qvardiola qurum rəhbərinin fikirləri barədə bunları deyib: "O üzr istədi. Qlennin sözlərini eşidəndə düşündüm ki, sarı lentin hansı məna verdiyini analamayıb. O, emblemin anlamından uzaq olan bir fikir söyləmişdi. Ola bilsin, indi hər şeyi başa düşüb. Söhbət Kataloniyanın müstəqilliyindən getmir. Heç bir günahı olmadığı halda həbsxanada olan 4 insan var. Düzü, FA-dan bundan artıq anlayış gözləmirdim. Hər halda, qayda-qanun var və qurum də onları tətbiq edir. İngiltərədə çalışıramsa, bunları qəbul etməliyəm. Lent taxıb-taxmamağım əhəmiyyətli deyil. Bu emblemlə mətbuatda konfransına çıxsam nə olacaq? Vacib olan ədalətsiz şəkildə həbsdə yatan insanlardır". Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ