Sabiq "Qarabağ"lı futbolçu komandasını son dəqiqədə xilas etdi

Asiya Çempionlar liqasında "Kavasaki Frontal" evində "Melburn Viktori" ilə sülh bağlayıb. Milli.Az xəbər verir ki, oyunun son dəqiqələrinə qədər ev sahibi komanda 2:1 hesabı ilə öndə olub. Lakin hakim son dəqiqələrdə daha dəqiq desək, əlavə olunmuş 3-cü dəqiqədə " Kavasaki Frontal "ın qapısına 11 metrlik zərimə zərbəsi təyin edib. 90-cı dəqiqə meydanda qalan " Qarabağ "ın sabiq surinamlı futbolçusu Leroy Corc topun arxasına keçib və " Melburn Viktori "yə hesabı bərabərləşdirməyə kömək edib. Qeyd edək ki, Leroy 2013-2015-ci ilərdə Ağdam klubunda çıxış edib və 59 oyunda 19 dəfə fərqlənməyi bacarıb. Asiya Çempionlar Liqası - F qrupu "Kavasaki Frontal" - "Melburn Viktori" - 2:2 Qollar: 29.Elsinyo, 55.Noborizato - 36.Berişa, 90 3.Leroy Corc(p) Adil Nəcəfov Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ