“DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadılıb

“DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyat müddəti uzadılıb 07 Mart 2018, 16:26 (GMT 4) Bakı, 7 mart,  SalamNews .  Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb. Əmanətlərin Sığortalanması Fondundan SalamNews -a verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: - kreditorun adı və ünvanı; - tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; - tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər: Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı. Əlavə məlumatlar ücün əlaqə nömrələri: ( 99412) 444-71-71 ( 99412) 447-77-44 ( 99412) 596-65-91 Qaynar xətt – 941.