Rusiya Şərqi Qutada atəşkəs elan etdi

Rusiya Şərqi Qutada atəşkəs elan etdi Rusiya müdafiə nazirliyi Suriyanın Şərqi Quta ərazisində yeni atəşkəsin elan olunduğunu bildirib. Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, rəsmi Moskva müxaliflərə müraciət edərək ailələrinin təhlükəsiz şəkildə ərazini tərk edə biləcəyini açıqlayıb. Qeyd edək ki, Şərqi Quta müxalif qüvvələrin nəzarətindədir. Əraziyə Rusiya və Bəşər Əsəd qüvvələri tərəfindən hücumlar edilir. Son həftələrdə mindən çox dinc sakin qətlə yetirilib.