"Bakı AVRO-2020-də qlobal mərkəz olacaq"

UEFA İcraiyyə Komitəsinin adından sizi salamlayıram. Azərbaycanlı futbol həmkarlarmla burda olmaq xoşdur. Milli.Az report -a istinadən xəbər verir ki, bunu AFFA-nın XXV Konfransında iştirak edən UEFA İcraiyyə Komitəsinin üzvü Con Deleyni deyib. İrlandiyalı futbol funksioneri "Bakı 2015" I Avropa Oyunlarında da iştirak etdiyini xatırladıb: "Çox möhtəşəm tədbir idi". UEFA-nın Konqresində bir sıra qərarların qəbul olunduğunu deyən C.Deleyni qurumun yeni rekordlar vuracağını diqqətə çatdırıb. O, AFFA-nın gördüyü işlərə diqqət çəkib: "Biz bir sıra layihələrə dəstək olacağıq. Futbol təkcə pulla bağlı olan sahə deyil. Azərbaycan bu istiqamətdə böyük nailiyyətlər əldə etməkdədir. Bunu hesabatdan da gördük, komandalarınızın çıxışlarından da görmək mümkündür. "Qarabağ"ın "Atletiko" ilə oyunları çox əla idi. 2019-cu il Avropa Liqasının finalı üçün Bakı Olimpiya Stadionuna səs verdim. Bakı AVRO-2020-də qlobal mərkəz olacaq". Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ