"Əvvəl də pullu qız kimi tanınırdım"

Ötən gün "5-də 5" verilişində aparıcı Zaur Kamal müğənni Şəbnəm Əsədova ilə yeni bir iddia ortaya atıb. Milli.Az qafqazinfo -ya istinadən xəbər verir ki, o, studiyaya bir xanımın gəldiyini və sənətçinin ona 2 min manat borclu olduğunu bildirib: "İki nəfər oturub, deyir ki, Şəbnəmin bizə 2 min borcu var. Bu, keçmişdə olan günahlarındır?" Teleaparıcının bu açıqlamasına Ş. Əsədova etiraz edib: "Zaur, mən tanınmırdım, amma pullu qız kimi tanınırdım. Sən yalandan anons edib, jurnalistlərə mövzu verirsən. Niyə haqqını olanı demirsən? Sənin 2 min dediyin xanıma mən 3 il əvvəl maddi yardım etmişəm. Müalicə almağa imkanı yox idi. Mənim heç yadımda da deyildi. Reklam fasiləsində mənə yaxınlaşdılar. Çox sağol dedilər. Sən bunu de, haqqımda yalan məlumat yayma". Milli.Az Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ