Coca-Cola-dan inqilab kimi qərar - ƏNƏNƏSİNİ POZUR

Dünya içki nəhəngi Coca-Cola 130 illik ənənəsini pozur və alkoqollu içki biznesinə girir. 130 illik ənənəni pozmağa hazırlaşan içkilər nəhəngi Coca-Cola ilk spirtli içkisini istehsal etmək planını həyata keçirir. " Marja " xəbər verir ki, Şirkət bunun üçün Yaponiyanın spirt nisbəti aşağı şəkərli içkisi olan " Chu-Hi "ya bənzər bir içki üçün işlərə başlayıb. Yeni istehsal ediləcək bu spirtli içki Yaponiya bazarında satışa təqdim olunacaqdır. Məsələ ilə bağlı açıqlama verən Coca-Cola-nın Yaponiyadakı şikətinin rəhbəri Jorge Garduo, "Tənəkə qutu içərisində satılacaq bu içkinin tərkibində distillə edilmiş spirt, soda və dadlandırıcı olacaqdır",- deyib. Coca-Cola spirtsiz içkilər istehsalçısı kimi tanınırdı.