420 milyard dolları "əriyə bilər"

Aparılan ilk anaizlərə görə, Norveçə aid olan və aktivlərinin həcmi 1 trilyon dolları keçən Norveç Pensiya Fondu (keçmiş Neft Fondu), ilk böyük bazar böhranında 420 milyard dollar ətrafında "əriyəcək". " Marja " xəbər verir ki, fondun rəhbərliyi ABŞ Prezidenti Donald Trampın başlatdığı qlobal ticarət müharibəsi riskini qiymətləndirib. Hazırlanmış hesabata görə, səhm bazarlarındakı kəskin şəkildə tənəzzül ilə, Norveç Pensiya Fondu bir ildə 40 faiz ətrafında (420 milyard dollar) dəyər itirmək təhlükəsi ilə qarşı-qarşıya qala bilər. Norveç Pensiya Fondu ən böyük investisiyanı səhmlərə edib. 2008 böhranında hazırda dörddə biri qədər böyüklüyə malik olan fond 23 faiz dəyər itirmişdi. Qeyd edək ki, bir müddət əvvəl Norveç Pensiya Fondu neft-qaz şirkətlərinin səhmlərinə investisiyaların dayandırması ilə bağlı müzakirələrə başlayıb. Hazırda fondun aktivləriniin 41%-i neft-qaz şirkətlərinin qiymətli kağızlarındadır. Norveç Pensiya Fondu 2017-ci ili 13,7% gəlirliliklə başa vurub.