Tramp 200 pillə gerilədi - SƏRVƏTİ

ABŞ Prezidenti Donald Tramp, Forbes-in dünyanın ən zənginləri siyahısında 200 pilləgeriləyərək 766-ıncı olub. " Marja " xəbər verir ki, Forbes-in bu il 31-ci dəfə dərc olunan "Milyarderlər Siyahısına" görə, ABŞ Prezident Trampın sərvəti təxminən 400 milyon dollar azalaraq 3,1 milyard dollara geriləyib. Trump, sərvətində baş vermiş azalma ilə, Milyarderlər Siyahısında 566-cı sıradan 766-cı sıraya düşüb. Forbes, Trampın sərvətində azalmasını, Nyu-Yorkdakı daşınmaz əmlak bazarının daha rəqabətli olması, hüquqi xərclər və bəzi qolf obyektlərinin zərər etməsilə əsaslandırıb. Forbes Milyarderlər Siyahısının birincisi isə 112 milyard dollarlıq sərvətilə Amazon-un banisi Cef Bezos oldub.