Metro xətlərinin tikintisinə 36,5 milyon vəsait cəlb olunub

2017-ci ildə "Bakı Metropoliteni" QSC-nin inkişafına sərmayələr 36,5 mln. manat təşkil edib. Bu barədə hökumətdən məlumat verilib. "Ötən il dövlət büdcəsindən QSC-nin metro xəttlərinin tikintisinin davam etdirilməsinə dövlət zəmanəti ilə ümumilikdə 36,5 mln. manat vəsait cəlb olunub", - 2017-ci il ərzində hökumətin hesabatında qeyd edilir. Xüsusilə, bu vəsait hesabına 2017-ci ildə "Dərnəgül" elektrik deposu, "Xocasən depo-ASvtovağzal" hissələri, yeni III xəttin "B-3"-"B-4"-"B-5" hissələri, metronun IV xəttinin "Xətai-Həzi Aslanov-2-Yeni Günəşli" hissəsinin tikintisi davam edib. "Bundan başqa, 2017-ci ildə "Xətai-Cəfər Cabbarlı" stansiyalarında tunelin yenilənməsi üzrə işlər həyata keçirilib. "Xətai" stansiyasının sağ tunelində aişıər artıq başa çatdırılıb, sol tunelsə isə hələ davam edir. Həmçinin ötən il "Sahil" stansiyaslnda eskalatorun əvəz edilməsi və əsaslı təmir işlərinə başlanılıb", - hökumətdən qeyd ediblər. © "İnterfaks-Azərbaycan"