Rusiyalı ulduzlar Emin Ağalarovun mükafatlandırma mərasimində - FOTO

Dünən Rusiyada, “Crocus City Hall”da “Jara Music Awards - 2018"musiqi mükafatlarının təqdim olunma mərasimi baş tutub. Publika.az xəbər verir ki, “Jara” mükafatlarının təqdim olunma mərasimində Emin Ağalarov, Valeriy Meladze, Albina Canabayeva, Polina Qaqarina, Nataliya İonova, Yana Rudkovskaya, Ani Lorak, Svetlana Loboda, Vera Brejneva, Svetlana Loboda, Valeriya, Nastya Kamenskix, Valeriy Meladze, Timati, Qriqori Leps və başqaları iştirak edib. Mükafatın təsisçiləri musiqiçi və biznesmen Emin Ağalarov, mediamenecer və prodüser Sergey Kojevnikov, həmçinin müğənni Qriqori Leps olub. Onlar Rusiya şou-biznes nümayəndələri arasından qalibləri canlı yayımda tamaşaçıların gözü qarşısında müəyyən etməyə imkan verən format seçiblər. Müğənnilər, teatr və kino aktyorları, prodüsserlər və teleaparıcılar olan interaktiv səsvermədə tamaşaçılar 100 populyar tanınmış arasından öz favoritlərini seçmək şansı qazanıb. "Jara Music Awards 2018" mükafatı laureatlarının tam siyahısı: "İlin sıçyarışı" - Feduk "İlin soundtreki” - "Время первых" из к/ф "Время первых" "İlin ən yaxşı hip-hop ifaçısı" Basta/Mot "İlin klipi" - “Свобода или сладкий плен", Valeriy meladze “ Танцевальное видео" – Vitamin D "Ən yaxşı duet" – Emin və "A-студио", "Если ты рядом" "Ən yaxşı qrup" - "Leninqrad" "İlin artisti" - Qriqori Leps “Ən yaxşı mahnı" - Svetlana Loboda, "Təsadüfi” "İlin albomu" - "Прости, моя любовь", Emin "Ən yaxşı qadın müğənnisi" - Ani Lorak "Ən yaxşı kişi müğənnisi" -Dima Bilan Xatırladaq ki, “Jara - 2016” Beynəlxalq Musiqi Festivalı iyulun 9-u və 10-da Xəzərin sahilində, “Sea Breeze” istirahət mərkəzində baş tutmuşdu. Gecədə Rusiya və Azərbaycan şou-biznesinin tanınmış ulduzları çıxış etmişdi. Aytən