Petro Poroşenko Prezident İlham Əliyevə başsağlığı verib

Ukraynanın Prezidenti Petro Poroşenko Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib. Milli.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda yazılıb: "Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması barədə dəhşətli xəbər Ukraynada böyük kədər hissi ilə qarşılanmışdır. Həlak olanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm". Milli.Az  Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.