"Azərbaycan prezidenti Belarusa səfər edəcək"

"Azərbaycan prezidenti İlham Əliyev ilin birinci yarısında, təxminən may-iyun aylarında Belarusa səfər edəcək". Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib. O bildirib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 7-10 rəsmi sənədin imzalanması gözlənilir. Sazişlər yüksək texnologiyalar, kənd təsərrüfatı, birja sahəsində əməkdaşlıq və digər sahələrə aid olacaq. Səfəri tarixi diplomatik kanallarla dəqiqləşdirilir. © APA