® Övladlarınızı etibar edə biləcəyiniz “Nömrə 1” uşaq bağçası açıldı - FOTOLAR

Bakıda "Nömrə 1" uşaq bağçasının açılış mərasimi olub. Lent.az -ın məlumatına görə, "Nömrə 1" uşaq bağçasında təhsil təcrübəli pedaqoqlar tərəfindən müasir proqram və metodika əsasında Azərbaycan Təhsil Nazirliyinin məktəbəqədər proqramına uyğun şəkildə aparılır. Təhsil proqramının hədəfi uşaqların intelektual, emosional və fiziki təlimlərini onların inkişaf psixologiyalarını nəzərə alaraq həyata keçirməkdir. Bağçada 1-5 yaşlı uşaqlar Rus və Azərbaycan bölməsi üzrə götürülür. Sentyabrdan etibarən İngilis bölməsi də fəaliyyətə başlayacaq. Övladlarınızı tam əminliklə etibar edə biləcəyiniz "Nömrə 1" uşaq bağçasında hər bir şərait yüksək səviyyədə təşkil edilib. Bunun üçün ilk növbədə qidalanmaya diqqət edilir. Düzgün və kefiyyətli qidalanma uşaqların həm fiziki, həm də zehni inkişafı üçün əsas amillərdən biridir. Buna görə də bağçada uşaqların qidalanmasında təbii və kefiyyətli məhsullardan istifadə edilir. Qidalanma uşaqların günlük bədənsəl tələbatlarını nəzərə alınaraq dəqiq rejimlə aparılır. İstifadə olunan yemək və qidaların sağlam və standartlara uyğun olmasına həkim tərəfindən nəzarət edilir. Bağçadaqidalanma gün ərzində 5 dəfə nəzərdə tutulub: Səhər yeməyi Meyvə saatı Nahar Şirniyyat saatı Şam yeməyi Tədris proqramına daxildir: Savad təlimi Nitqin inkişafı Sadə riyazi anlayışlar Məntiqi təfəkkürün inkişafı Ətraf aləmlə tanışlıq İntelektual oyunlar Uşaq ədəbiyyatı Əmək Musiqi Rəsm Fiziki tərbiyə Valideynlərin diqqətinə! Proqramdan əlavə pulsuz İngilis və Rus dili kursu, ödənişli dərnəklərdən 1-ni seçmək imkanınız da olacaq. Bu dərnəklər aşağıdakılardır: Şahmat Robotis Dream Rəqs Üzgüçülük Gimnastika Uşaqlara psixoloq və həkim nəzarət edəcək. Eyni zamanda övladlarınız gəzintilərə aparılacaq, sosial tədbirlərə qatılacaqlar. Bağçanı bitirən uşaqlara "WISC-R" zəka testinin tətbiqi və IQ, EQ qiymətləndirmə ediləcək. Övladlarınızın təhlükəsizliyindən əmin olmaq üçün kamera ilə onlara nəzarət edə bilərsiniz. Eyni zamanda "Nömrə 1" uşaq bağçası uşaqlarınızıngüvənliyini təmin etmək üçün yüksək səviyyəli təhlükəsizlik sistemi ilə təchiz olunub. Bu səbəblə bağça onlara əmanət etdiyiniz körpələrin sağlamlığını təmin etmək üçün təhlükəsizlik sisteminə aşağıdakıları daxil edir. 24 saat fəaliyyət göstərən təhlükəsizlik kameraları Yanğından ilkin xəbərdarlıq üçün siqnalizasiya sistemi Qoruma çənbəri ilə əhatə olunmuş oyun sahəsi Yıxılma təhlükəsinə qarşı yumşaq döşəmə Təhlükəsiz öyrənmə mühiti Körpələrin bağçaya qəbulu və təsliminə ciddi nəzarət. Açılış mərasimində şou-biznes nümayəndələri də iştirak ediblər. Onlar məkanın təhlükəsizliyindən danışaraq, gələcəkdə övladlarını bura gətirəcəklərini bildiriblər. Ünvan: Rüstəm Rüstəmov 23 (Neftçilər metrosundan "Xəzə"r Universitetinə düşən yol, "Azza"nın yanı) Tel.: (012) 571 09 09, Mob.: (070) 666 09 09