Özünü binadan atmaq istəyən şəxs xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə intihara cəhd olması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər polis əməkdaşlarının iştirakı ilə giriş qapısını açaraq mənzilə daxil olublar. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.