Bakı məktəbində şagird bıçaqlandı

Bakıda orta məktəbdə bıçaqlanma olub. Oxu.Az xəbər verir ki, APA -nın məlumatına görə, paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 85 saylı orta məktəbdə 11-ci sinif şagirdi, 17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, 17 yaşlı Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb. Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparır. E.Ə.