yuxarıya
Onlayn Ödəmə
Əhmədinejat İlham Əliyevi İrana dəvət etdi
06.02.2013 12:05
A A
İran prezidenti Mahmud Əhmədinejat azərbaycanlı həmkarı İlham Əliyevi Tehrana səfərə dəvət edib. Modern.az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsin Pak Ayin bildirib. Onun sözlərinə görə,İran Azərbaycan tərəfinin rəsmi səfərin vaxtını açıqlamasını gözləyir. "İran prezidenti M.Əhmədinejat Azərbaycanın dövlət başçısı İlham Əliyevi Tehrana dəvət edib. Azərbaycan tərəfinin rəsmi səfərin vaxtını açıqlamasını gözləyirik. Yaxın vaxtlarda İranın XİN başçısı Əli Əkbər Salerhi İran- Azərbaycan ticari- iqtisadi komissiyasnın iclasında iştirak etmək üçün Azərbaycana gələcək",- deyə səfir əlavə edib. Bununla yanaşı, diplomat qeyd edib ki, yaxın vaxtlarda İranın "Səda o Sima" teleşirkətinin sədr müavinin Azərbaycana işgüzar səfəri nəzərdə tutulub."Səfər Bakıda mediya- komitə yaratmaq məqsədi daşıyır",- deyə diplomat qeyd edib.

Bundan başqa, İranda keçiriləcək "Azərbaycan mədəniyyət həftəsi" tədbirlərində iştirak etmək üçün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin və digər yüksək vəzifəli şəxslərin qonşu ölkəyə səfəri gözlənilir.

A.RÜSTƏMOV
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
86
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • "Qarabağ" səfərdə qələbə qazandı
    24.10.2014 02:16
    Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.AZADİNFORM xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan Ağdamın "Qarabağ" klubu növbəti oyununa çıxıb. Ağdam təmsilçisi səfərdə Ukraynanın "Dnepr" klubunun qonağı olub. Gərgin müba...
  • Bakıda bacısı tərəfindən öldürülən qızın - SU
    23.10.2014 13:01
    Ötən gecə dəhşətli şəkildə bacısı tərəfindən qətlə yetirilən 20 yaşlı Günel Nuriyevanın fotosunu əldə edib.Fotonu təqdim edirik.Faciənin dəhşətli məqamı isə qətlin səbəbi olub. Belə ki, istintaq qrupundan bildirilib ki, P.Nuriyeva ilkin ifadəsində bacısının ci...
  • Bakıda "İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir
    24.10.2014 11:16
    Bakı. Ramiz Mikayıloğlu - APA. Bakıda "İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib ki, İnsan Hüquqları və ...
  • "Qarabağ" qələbəni daha çox istədi"
    24.10.2014 11:08
    Milli.Az qol.az-a istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.- Bel...
  • "Qarabağ"ın yer aldığı qrupa diqqət!
    24.10.2014 10:52
    "Qarabağ"ın çıxış etdiyi Avropa Liqasının F qrupu hücumçuların "dişsiz"liyi ilə diqqət çəkir.Milli.Az apasport.az-a istinadən xəbər verir ki, I dövrənin oyunlarından sonra ən az qol vurulan məhz bu qrupdur.Burada baş tutan 6 görüşdə cəmi 4 qol qeydə alınıb. Hərçən...
  • Bakıdakı dəhşətli qətl Türkiyə mətbuatında
    24.10.2014 10:05
    Srağagün Bakıda Pərvanə Nuriyevanın tələbə bacısı Günelin başını kəsərək qətlə yetirməsi Türkiyə mətbuatının diqqətindən yayınmayıb. AzVision.az xəbər verir ki, Türkiyənin aparıcı KİV orqanları bu hadisəni işıqlandırıblar. Türk saytları yazır ki, Pərvan...
  • "Qarabağ" üçün çətin imtahan
    23.10.2014 19:41
    Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.ANS PRESS-in məlumatına görə, "Qarabağ" səfərdə meydana çıxacaq.Azərbaycan çempionunun rəqibi "Dnepr" olacaq. Kiyevdəki "Olimpiya" stadionunda keçiriləcək matçı çexiyalı FIFA referisi Libor Kovar...
  • FİFA referisi I divizion matçına təyinat alıb
    23.10.2014 16:00
    Bakı, 23 oktyabr, SalamNews, R.Nadirli. Futbol üzrə Azərbaycan I Divizionunda 8-ci turun hakim təyinatları açıqlanıb.SalamNews PFL-in rəsmi saytına istinadən xəbər verir ki, FİFA referisi olan Rəhim Həsənov da I divizion matçına təyinat alıb. Həmin siyahını təqdim edirik:26...
  • Bakıda "avtobus terroru" - ölən var
    23.10.2014 15:56
    Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 JB 642 dövlət nömrə nişanlı, "Ford" markalı yük maşını ilə 10 LK 183 dövlət nömrə nişanlı "Ford" markalı sərnişin mikroavtobusu toqqu...
  • Erməni boksçu azərbaycanlı rəqibindən qorxub rinqə çıxmadı
    23.10.2014 15:52
    Xorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında Avropa çempionatı keçirilir. Lent.az-ın azerisport-a istinadən məlumatına görə, Azərbaycan yığması turnirdə inamla çıxış edir. Artıq 2 boksçumuz yarımfinala vəsiqə qazanıb. Bunlar Məsud Yusifzadə (52 kq) və Məh..
XƏBƏR LENTİ
  • Oğlunun sinif yoldaşının ölümünə səbəb olan azərbaycanlı saxlanıldı
    24.10.2014 12:40
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMzEvNDgvMjQ0LzgzMTcxMS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NT4iXV0?sha=0cf8aa03
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMzEvNDgvMjQ0LzgzMTcxMS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NT4iXV0?sha=0cf8aa03
    Dördüncü sinif şagirdi Moskvanın qərbində Rublevski şossesində yerləşən evin pəncərəsindən özünü atıb.

    "Moskva" agentliyinin paytaxtın hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən bildiridiyi kimi, qəza zamanı oan həlak olub, Oxu.Az Rosbalt-a səasən xəbər verir.

    Polis insidenti araşdırır.

    Aydın olub ki, məktəblini ölümdən bir müddət öncə dalaşdığı sinif yoldaşının atası hədələyib. Polis artıq Tula vilayətində qeydiyyatda olan əsalən azərbaycandan olan, şübhəli bilinən 36 yaşlı kişini saxlayıb.  

    Ona qarşı özünün öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
    0
  • Bu maşınla bağlı araşdırma aparılır- DYP-dən açıqlama
    24.10.2014 12:40
    http://cdn.qafqazinfo.az/82044.jpg
    http://cdn.qafqazinfo.az/82044.jpg
    "90 MP 090 dövlət nömrə nişanlı avtomobilin kimə məxsus olması barədə araşdırmalara başlanılıb".

    Bu barədə "Qafqazinfo"ya Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

    K. Əliyev avtosfer.az saytının apardığı araşdırmaya da münasibət bildirib. Qeyd edib ki, nəqliyyat vasitəsi haqqında informasiyanın digər şəxsə verilməsi mümkün deyil:

    "Başqa şəxsin özəl əmlakı barədə məlumat verə bilmərik.

    Həmin avtomobilin qayda pozuntusu, avtoxuliqanlıq hərəkəti ilə bağlı kimdə məlumatlar varsa, quruma təqdim edə bilər. Yazıda qeyd polunub ki, nömrə sistemdə mövcud deyil. Bu məsələdə konkret fakt yoxdur. Kimsə sosial şəbəkədən şəkil çəkdirib yerləşdirib. Həmin şəkillə biz neynəyəcəyik?

    Göstərilən videoda da sürücünün düz yolda, qumluqda avtomobili necə idarə etməsi çəkilib. Amma qumluq ərazidə yol polisi xidmət aparmır. Bu avtomobilin kimə məxsus olduğunu bilmirlər? Bütün hallarda DYP-nin müvafiq şöbəsi bu avtomobil barəsində araşdırmalara başlayıb. Nəticəsi barədə məlumat veriləcək"

    Günel
    0
  • Rusiya səfirliyində "Yeni adlar" Fondunun təqaüdçülərinin konserti olub
    24.10.2014 12:39
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 24 oktyabr, AzərTAc

    Rusiyanın Azərbaycandakı səfirliyində İ.N.Voronova adına "Yeni adlar" Fondunun təqaüdçülərinin ifasında klassik musiqi konserti olub. Tamaşaçılar arasında Bakıdakı 27, 91, 132/134, 160 nömrəli orta məktəblərin yuxarı sinif şagirdləri və müəllimləri, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi nəzdində "Sozvezdiye" gənclər klubunun üzvləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, səfirliyin və "Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyinin əməkdaşları, jurnalistlər iştirak edirdi.

    Fondun təqaüdçüləri - F.Şopen adına Moskva Dövlət Musiqi ifaçılığı kolleci nəzdində Uşaq Musiqi Məktəbinin şagirdi Dmitri Bereznyak (fortepiano) və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Mərkəzi Musiqi Məktəbinin (kollecinin) şagirdi Mariya Urıbina (fleyta) C.Rossini, F.Şopen, V.Tsıbin, D.Fore və C.Riççaldinin əsərlərini ifa ediblər.

    Fondun nümayəndə heyəti tərəfindən Bakıda keçirilən ustad dərsləri zamanı seçilmiş bakılı gənc istedadlar Zərin Əliyeva (skripka) və Urxan Hüseynov (violonçel) da öz ustalıqlarını nümayiş etdiriblər.

    Tamaşaçılar gənc musiqiçilərin peşəkarlığını yüksək qiymətləndiriblər. Konsert başa çatandan sonra onlara hədiyyələr təqdim edilib, bütün qonaqlar üçün şirniyyat süfrəsi açılıb.

    İ.N.Voronova adına "Yeni adlar" regionlararası ictimai xeyriyyə fondu 1989-cu ildə yaradılıb. Fondun prezidenti məşhur pianoçu, Rusiyanın Xalq Artisti Denis Matsuyevdir. 25 illik fəaliyyəti dövründə Fond Rusiyanın və xarici ölkələrin minlərlə istedadlı gənclərinin incəsənətin müxtəlif sahələrində öz qabiliyyətlərini reallaşdırmasına kömək edib.
    5
  • Rumıniya Bolqarıstan vasitəsi ilə Azərbaycan qazını almaq niyyətindədir
    24.10.2014 12:38
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rumıniyanın "Transgaz" şirkəti gələcəkdə Azərbaycandan Avropaya nəql olunacaq təbii qazını Bolqarıstan vasitəsilə almaqda maraqlıdır.

    "APA-Economics" Rusiyanın "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bunu Rumıniyanın "Transgaz" şirkətinin İdarə Heyətinin üzvü Boqdan İlieskunun bildirib.

    B. İliesku qeyd edib ki, Bolqarıstan-Yunanıstan və Bolqarıstan-Rumıniya birləşmələrinin tikintisi başa çatdıqdan sonra, Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql olunacaq Azərbaycan qazını bu borularla da nəql etmək mümkün olacaq: "Bolqarıstan vasitəsilə nəql olunan təbii qazı Rumıniyaya çatdırıla bilər. Bundan sonra isə daha bir birləşmə ilə bu qaz Macarıstana, oradan isə Avstriya vasitəsilə ilə Avropa bazarlarına çatdırılacaq".
    0
  • Moskvada məktəbli azərbaycanlı kişi ucbatından intihar etdi?
    24.10.2014 12:38
    http://img.milli.az/n/kriminal/09/e/intihar_bina_01777.jpg
    http://img.milli.az/n/kriminal/09/e/intihar_bina_01777.jpg
    Moskva məktəblərindən birinin 4-cü sinif şagirdi sinif yoldaşının atasının hədələrindən sonra Rublyovsk şossesindaki evlərinin pəncərəsindən özünü atıb.

    Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, oğlan pəncərədən atılandan sonra ölüb. Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayb.

    Məlum olub ki, hadisədən bir az əvvəl məktəbli öz sinif yoldaşı ilə mübahisə edib. Bundan sonra isə sinif yoldaşının atası ona hədə-qorxu gəlib.

    Polis şübhəli şəxs qismində 36 yaşlı azərbaycanlını saxlayıb. Onun barəsində "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.

    1
  • Azərbaycanda iki minik maşını toqquşdu: 3 yaralı
    24.10.2014 12:37
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bu gün saat 10:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Milli.Az Kanal S-ə istinadən bildirir ki, yüksək sürət və sürücü diqqətsizliliyi növbəti dəfə qəzaya səbəb olub. Hadisə Şəki-Qax yolunun 15-ci km-də Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəki sakini Əliyev Yəhyanın idarə etdiyi 55-BD-706 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə Balakən sakini Hüseynov Novruz Əsəd oğlunun idarə etdiyi 08-BF-435 dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobil toqquşub. Nəticədə "099"un sürücüsü və onun iki sərnişini - Gürcüstan vətəndaşı Bayramova Roza Rəsul qızı və Balakən sakini Muradov Akif Seyfulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2107"nin sürücüsünün sözlərinə görə, qəzaya digər avtomobilin sürücüsü səbəb olub.

    İlkin ehtimallara görə, qəzaya səbəb "VAZ-21099"un sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

    1
  • İsveç Rusiya ilə hərbi əlaqələrini dayandırır
    24.10.2014 12:37
    http://interaztv.com/sites/default/files/800px-Flag_of_Sweden_and_Russia_420x250.jpg
    http://interaztv.com/sites/default/files/800px-Flag_of_Sweden_and_Russia_420x250.jpg
    İsveç Rusiya ilə hərbi əlaqələrini dayandırdığını bəyan edib.

    İnterAz-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ölkənin yeni dərc olunan büdcə xərcləri sənədində qeyd olunub.

    Sənədə əsasən isveç hökuməti iki ölkənin hərbi əməkdaşlığı barədə birgə planın icrasını dayandırıb.

    İsveç tərəfi iddia edib ki, rus hərbi gəmiləri regional suverenlik hüquqlarını pozaraq Baltik dənizi sularında sərhədləri pozub.
    0
  • Ekspert: Hər ikinci işləyən vətəndaşın banka borc var
    24.10.2014 12:36
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMzIvMzYvOTYxL1Byb3Nyb2NoZW5ueWl5X2tyZWRpdDFfMzAweDE4MS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NT4iXV0?sha=f4e74d4b
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMzIvMzYvOTYxL1Byb3Nyb2NoZW5ueWl5X2tyZWRpdDFfMzAweDE4MS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NT4iXV0?sha=f4e74d4b
    Azərbaycanda kredit götürən vətəndaşların sayı 2 milyondan artıqdır, ölkənin əməkqabiliyyətli əhalisinin sayı 4 milyon sayılır. Bunanla yanaşı demək olar ki, Azərbaycanın hər ikinci əməkqabiliyyətli vətəndaşı banka borcludur.

    Oxu.Az "Exo" qəzetinə istinadən xəbər verir ki, bu barədə "İqtisadi təşəbbüslərə dəstək" İctimai Birliyinin eksperti Samir Əliyev bəyan edib.

    Onun sözlərinə görə, kredit tarixçələriin sayı 7 milyonu aşır.

    "Bu əslində Azərbaycanda hər borc götürənin 3,5 krediti olması deməkdir. Problem ondadır ki, vətəndaşlar üçün bank krediti cari məsələlərin həlli yoluna çevrilib. Onalr birinci dəfə problemlərin həlli üçün kredit götürürlər. Sonra isə krediti bağlamağa vəsait çatışmır və onlar yeni kredit götürürlər. Zamanla isə borc içində batırlar, vaxtı keçən kreditlərin həcmi isə artır", - S.Əliyev qeyd edir.

    Qeyd etmək lazımdır ki, vaxtı keçmiş kreditlər problemininAzərbaycanda ən kəskin zamanı 2007-2009-cu illərdə olub, o zaman vaxtı keçən kreditlərin həcmi 3 dəfə artaraq, 2009-cu ildə 3003 milyon manata çatdı. Doğrudur bir çox bank sistemlərindən fərqli olaraq azərbaycan bankalrı yüngül "xəsarətlə" yaxa qutardılar. Azrbaycanın Mərkəzi bankı bu ərəfədə banklarla konsultasiya keçirirdi, nəticədə onlar riskdən imtina etdilər.  

    Amma vaxtı keçmiş kreditlərin statistik göstəricilərə müvafiq olaraq, 2009-2013-cü illərdə bu borc 2,6 dəfə artaraq 2013-cü ildə 792 milyon manatdan ibarət oldu.
    0
  • Baş psixiatr bacısının başını kəsən qızdan danışdı
    24.10.2014 12:36
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMTYvNDEvNTY2LzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=d7dad059
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMTYvNDEvNTY2LzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=d7dad059
    Ötən gün bacısının başını kəsən Pərvanə Nuriyevanın psixoloji problemləri olduğu ehtimal olunur.

    Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, cinayət baş verəndən sonra Pərvanənin psixoloji problemləri olması xəbəri hələ ki yalnız mətbuatda yayılmış ehtimaldır. Bu barədə yekun rəyi məhkəmə ekspertizası verəcək.

     

    Baş psixiatr Gəray Gəraybəyli isə P.Nuriyevanın psixoloji problemləri olması ilə bağlı fikrin səsləndirilməsini yanlış hesab edir:

     

    "Həmin qızı görmədən, onunla danışmadan, həyat tərzi ilə bağlı problemlər araşdırılmadan fikir səsləndirmək mümkün deyil. Onun cinayət törədən gün alkoqol, psixotrop maddə qəbul edib-etməməsi müəyən edilməlidir. Həmin gün tərəflər arasında yaşanmış mübahisə, onun mövsuzu da psixi problemlərlə bağlı rəyin verilməsində vacib məqamdır. Bu iş əhatəli araşdırma tələb edir. Yalnız bundan sonra hansısa rəy vermək olar. Yanlış olaraq mətbuatda sensasion hadisəyə uyğun "yəqin ki, psixi durumu  pozulmuş olub" yazılır, lakin bu çox yanlış rəydir. Kiminsə 22 bıçaq zərbəsi vurması onun psixi problemi olmasını göstərmir. Psixi problem ola da bilər, olmaya da. Yalnız bu fakt üzərində rəy vermək düzgün deyil. Birinin psixoloji problemini müəyyən etmək üçün onun əsəbi olması, əvvəllər ona uyğun hərəkət edib-etməməsi araşdırılmalıdır".

     

    Baş psixiatrın sözlərinə görə, ən önəmli məqam hadisəni törətmiş şəxsin sonrakı münasibətidir. Onun hadisəni necə danışması vacibdir.

     

    "Peşman olması və ya özünü haqlı bilməsi, onun psixoloji vəziyyətinin müəyyən edilməsi rəyin verilməsində mühüm sübutlardır. Heç bir psixoloji problem olmadan, mübahisə nəticəsində birinə 22 dəfə bıçaq vurmaq mümkündür. Axı belə cinayət törədənlərin hamısı psixi xəstə deyil.  Həmin qızın iki açıqlaması bir-birindən çox fərqlidir. Birinci açıqlaması, yəni bacısının lezbiyan olmasını deməsi cinayətin düşünülmüş olduğunu göstərir. Lakin ekspertiza 30 gün müddətində həmin şəxsin tam müayinəsi aparıldıqdan sonra dəqiq fikir deyilə bilər. Bu zaman da onun əvvəlki xəstəlikləri, xasiyyətnamələri də nəzərə alınmalıdır".

     

    Xatırladaq ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan Pərvanə Nuriyeva 20 yaşlı bacısı Nuriyeva Günel Etibar qızının başını kəsib.

     

    O, istintaqa verdiyi ilkin ifadəsində, əvvəlcə bacısının lezbiyan olduğuna görə öldürdüyünü, sonra isə bədəninə cin girdiyini və ona bacısını öldürməyi əmr etdiyini deyib.
    0
  • Məkkədə şeytana daş yerine iPhone atdı
    24.10.2014 12:36
    http://cdn.qafqazinfo.az/82043.jpg
    http://cdn.qafqazinfo.az/82043.jpg
    Builki Həcc ziyarəti zamanı çox maraqlı bir hadisə baş verib.

    Virtualaz.org saytı xəbər verir ki, Məkkədə Həcc ziyarətində şeytanı daşlama zamanı zəvvarlardan bir neçəsi bu anları telefonla lentə almağa başlayıb.

    Bu zaman zəvvarlardan biri əsəblərini cilovlaya bilməyib. Əsəbi zəvvar çəkiliş aparan hacılardan birinin iPhone markalı telefonunu əlindən alaraq daş atılan yerə, şeytana tərəf atıb. Digər hacılardan biri də bu maraqlı hadisəni öz telefonunun yaddaşına həkk edib.

    Qeyd edək ki, şeytanı daşlamaq Həcc ziyarətinə gedənlərin yerinə yetirdiyi dini ayinlərdən biridir. Xatırladaq ki, bu il Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarətinə yollananlara video, foto çəkilişlər və audio yazılışlar aparmağı qadağan edib.
    4
  • Politoloq: " "Böyük Sülh Sazişi"ndən başqa heç bir variant Azərbaycanın maraqlarına cavab vermir" ŞƏRH
    24.10.2014 12:34
    http://img.sia.az/news/2014/siaphoto_439152.jpg
    http://img.sia.az/news/2014/siaphoto_439152.jpg
    "Hazırda "Böyük Sülh Sazişi"ndən başqa istənilən variant Azərbaycanın maraqlarına cavab vermir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat imzalayacaqlarına dair yaydığı xəbərləri şərh edərkən deyib.

    Politoloq vurğulayıb ki, Azərbaycanın imzalayacağı sənəd ya "Böyük Sülh Sazişi", ya da bu sazişin hazırlanmasının başlandığını bəyan edən sənəd olmalıdır: "Guya Avropa çalışır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə Dağlıq Qarabağ münaqişəsinə dair sənəd imzalansın və bu sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsi statusunda olsun. Bununla da onlar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki xüsusi rolunu kiçiltmək istəyirlər. Mayndroff bəyannaməsi və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində apardığı işlərlə xeyli irəlidədir. Onlar da göstərmək istəyirlər ki, Qərb heç də Rusiyadan geridə deyil. Erməni mətbuatının yazdığı birgə bəyanat məsələsi bundan ibarətdir".

    M. Əhmədoğlu deyib ki, Paris görüşü ərəfəsində vəziyyət xeyli mürəkkəbdir: "Hesab edirəm ki, bütün mürəkkəb məqamlar ermənilər üçündür. Ermənilərin Paris görüşü üçün ssenarisi var idi. İstəyirdilər ki, Paris görüşündə Helsinki Yekun Aktının prinsipləri, snayperlərin təmas xəttindən geri çəkilməsi müzakirə olunsun və bununla bağlı hər hansı bir sənəd imzalansın. Qeyd olunan məsələlərin müzakirə olunması üçün Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və fransalı həmkarı Paris görüşünün gündəliyini razılaşdıraraq, demək olar ki, formalaşdırmışdılar. Paris görüşünün ermənipərəst gündəliyinin hazırlanmasında Fransanın bu ölkədəki səfiri Anri Renonun da müstəsna rolu olub. Eləcə də Anri Reno son dövrlərdə Fransadan Dağlıq Qarabağa səfər edən nümayəndə heyətlərinin səfərlərinin təşkilində də vacib rol oynayıb. Amma, Fransa xarici işlər nazirliyi son anda vəziyyəti öyrəndi və gözlənilmədən Anri Renonu vəzifəsindən azad etdilər. Görüşə sayılı günlər qalmış Fransa işğalçı ölkədəki səfirini vəzifədən çıxarmaqla Ermənistanın xarici işlər nazirliyi və Anri Renonun birgə hazırladığı erməni ssenarisini ləğv etdi".

    "Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ABŞ Dövlət Katibi Con Kerri ilə görüşdən sonra Azərbaycan gəlməsi artıq erməni ssenarisinin irəliləmədiyini göstərir. Çünki, Avropa da Paris görüşünün uğurla nəticələnməsi üçün ciddi diqqət göstərir" -deyə, politoloq qeyd edib.

    M. Əhmədoğlu vurğulayıb ki, Paris görüşü öncəsi Ermənistan daxilində də ciddi çaxnaşma var: "Bunun bariz sübutudur ki, dünən keçirilən hakim "Respublika Partiyası"nın toplantısında əsas müzakirə mövzusu Serj Sarkisyanın Paris görüşündə iştirakı olub. Proqnozlaşdırılması mürəkkəb bir görüşdür. Ancaq məlum olan bir həqiqət var ki, bu da görüş həftəsinin ilk günlərindən bəri baş verənlərin ermənilərin ziyanına, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyinin irəliləməsidir".

    Elvin Abdulqədirov
    8
  • Polşa Məhkəmə Şurasının üzvü: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır"
    24.10.2014 12:34
    http://az.apa.az/upload/images/news/2014/october/24/small/ae7e8d90b4be26872264bee614bcd4a4.jpg
    http://az.apa.az/upload/images/news/2014/october/24/small/ae7e8d90b4be26872264bee614bcd4a4.jpg
    Bakı. Rüfət Əhmədzadə - APA. "Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi beynəlxalq hüquq çərçivəsində və insan haqlarına hörmətə əsaslanaraq həll olunmalıdır".

    Bunu APA-ya açıqlamasında Polşa Milli Məhkəmə Şurasının üzvü və sözçüsü Valdemar Jurek deyib.

    V. Jurek bildirib ki, bu məsələ çox çətin məsələdir: "Onu deyə bilərəm ki, həm bu problem, həm də bütünlükdə Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunsa, daha yaxşı olar. Qarabağda baş verənlər tanış haldır. Ukraynada da separatçılar bəzi dairələrdə seçki keçirilməsinə imkan yaratmır, dövlətə maneələr törədirlər. Bölgədə demokratik proses getməli və hüquqlara hörmətlə yanaşılmalıdır. Lex Valensaya Nobel Sülh Mükafatı kommunist rejimini dəyişməyə görə yox, dəyişiklikləri sülhlə və demokratik yolla apardığına görə verilmişdi. Qarabağ münaqişəsinin həllində də bu əsas məqamı nəzərə almaq lazımdır".

    Bakıda keçirilən "İnsan hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransda Polşa nümayəndə heyətinə rəhbərlik edən V. Jurek Azərbaycana ilk dəfədir gəldiyini və ölkədəki vəziyyəti öz gözləri ilə görməsinə çox şad olduğunu söyləyib: "Vaxtaşırı olaraq dünya mətbuatında Azərbaycanla bağlı müxtəlif yazılara rast gəlirik. Lakin bu konfrans imkan verir ki, Avropanın bütün ölkələrindən gələn nümayəndələr vəziyyəti daha yaxından öyrənsinlər, onları narahat edən məqamları araşdırsınlar. Azərbaycanla əməkdaşlıq etməyimizdən və bu ölkənin Avropa Şurasındakı fəaliyyətindən razıyıq. Bəzi problemlər ortaya çıxa bilər, lakin belə hallar vaxtilə Polşada da olub. Hazırda ölkənizdə inkişaf gedir və sizin iqtisadi inkişafınız bizi təəccübləndirir. İstərdik ki, Azərbaycandakı müsbət dəyişikliklər daha da sürətlənsin".
    0
  • Estoniyalı diplomat: "Qarabağ münaqişəsi Avropa üçün təhlükədir"
    24.10.2014 12:33
    http://img.milli.az/n/clickable/204433/07/7/304367.jpg
    http://img.milli.az/n/clickable/204433/07/7/304367.jpg
    "Estoniya Azırbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz vətəndaşlarımıza tövsiyə edirik ki, Azərbaycan hakimiyyətinin razılığı olmadan Dağlıq Qarabağda heç bir biznes fəaliyyəti ilə məşğul olmasınlar, oranı ziyarət etməsinlər".

    Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yaap Ora bildirib.

    O hesab edirik ki, münaqişəyə daha ciddi beynəlxalq diqqət lazımdır.

    "Dağlıq Qarabağ münaqişəsi hazırda regionun inkişafını ləngidir. Tək münqaişəyə cəlb olunmuş tərəflər üçün deyil, o cümlədən Avropa üçün də stabilliyə və təhlükəsizliyə təhdiddir", - o əlavə edib.

    Diplomatın müsahibəsinin tam mətnini bu keçiddə oxuya bilərsiniz.

    0
  • Qəza nəticəsində sinəsi görünən məşhurlar - 18
    24.10.2014 12:33
    http://i004.radikal.ru/1410/69/0bee5b67a587.jpg
    http://i004.radikal.ru/1410/69/0bee5b67a587.jpg
    Müğənnilər, modellər və ya bir çox məşhur adlar səhnəyə çıxdıqları zaman paltarının sinəsinin, kəsiyinin açılması nəticəsində pis vəziyyətə düşür. Bu yaxınlarda Çağla Şikelin canlı efirdə libasının sinəsinin açılması buna misal ola bilər.

    Bu kimi halları fürsət bilən və bu fürsəti yaxşı dəyərləndirən paparassilər isə o anları dərhal qeydə alırlar. Tabloid.az qəza nəticəsində sinəsi görünən məşhur qadınların fotolarını təqdim edir: / WseMir.CoM

    Digər şəkilləri görə bilmək üçün zəhmət olmasa qeydiyyatdan keçin
    6
  • Livan suriyalı qaçqınlar üçün qapılarını bağladı
    24.10.2014 12:33
    http://interaztv.com/sites/default/files/3A1E52C8-FEBF-4152-BDC0-FE68B4019375_mw1024_s_n_420x250.jpg
    http://interaztv.com/sites/default/files/3A1E52C8-FEBF-4152-BDC0-FE68B4019375_mw1024_s_n_420x250.jpg
    Livan hökuməti bundan sonra suriyalı qaçqınları ölkə ərazisinə qəbul edə bilməyəcəyini bəyan edib.

    İnterAz-ın Livan mətbuatına istinadən məlumatına görə, ölkənin informasiya naziri Rəmzi Creyc bildirib ki, Livan daha, bundan artıq qaçqın kütləsini qəbul edə bilməz. Yalnız istisna hallarda qaçqınlar Livan ərazisinə keçə bilər.

    Nazir qeyd edib ki, BMT-nin qaçqınlar üzr komitəsindən xahiş edəcək ki, bundan sonra Livan ərazisində qaçqınların qeydiyyata alınmasını dayandırsın. Hazırda Livanda qaçqın həyatı yaşayan suriyalılar da tədricən ya öz ölkələrinə qayıtmağa, ya da üçüncü ölkəyə getməyə təşviq ediləcəklər.

    Bildirək ki, hazırda Livanda qeydə alınmış 1.1 milyon suriyalı qaçqın var. Bu da ölkə əhalisinin dörddə birinə bərabərdir. Qaçqın sayının bu həddə çatması onsuz da iqtisadi inkişaf durumu yüksək olmayan Livan üçün əlavə çətinliklər yaradıb. Qaçqınların ölkə ərazisində iş yerləri axtarışına çıxması işsiz livanlıların vəziyyətini daha da çətinləşdirib.
    0
  • Barak Obama vəzifəsindən getməlidir
    24.10.2014 12:32
    http://avrasiya.net/wp-content/uploads/obama1-300x194.jpg
    http://avrasiya.net/wp-content/uploads/obama1-300x194.jpg
    ABŞ-lı iş adamı Donald Tramp prezident Barak Obamanı Nyu-York şəhərində ilk Ebola virusu tapıldığına görə istefaya çağırıb. 

    AzNews.az xəbər verir ki, bu haqda iş adamı özünün tvitter səhifəsində yazıb.

    Nyu-York şəhərində xəstəxanaya yerləşdirilən həkimdə Ebola virusunun simptomları aşkar edilib. Virusa yoluxan Kreyq Spenser ABŞ-a Qərbi Afrikadan gəlib. 

    "Əgər bu həkim yoxlanılmadan Afrikadan Nyu-Yorka gəlirsə, Barak Obama bunun üçün ölkə vətəndaşlarından üzr istəməli və istefaya getməlidir", - deyə iş adamı bildirib 

    Donald Tramp öz bloqunda ABŞ prezidenti psix adlandırıb.
    1
  • Universitetdə kütləvi dava - 17 tələbə tutuldu
    24.10.2014 12:32
    http://azvision.az/photos/1361341259_kutlevi-dava.jpg
    http://azvision.az/photos/1361341259_kutlevi-dava.jpg
    Türkiyənin İstanbul Universitetində tələbələr arasında kütləvi dava olub. Hadisə zamanı polis 17 tələbəni saxlayıb.

    AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki qrup arasında baş verən davada bəzi tələbələr yaralanıb. Saxlanılan tələbələrdən bəziləri "Yaşasın müsəlman tələbələr", "Biz müsəlman tələbələrik", "Müsəlman tələbələrə qarşı təhqirlər cavabsız qalmayacaq", "Onlar İslamı və müsəlmanlığı təhqir etdiyi üçün layiqli cavabını veririk" kimi şüarlarını səsləndiriblər.

    Saxlanılan tələbələr İstanbulun Bəyazit polis idarəsinə aparılıb. Hazırda universitet polisin nəzarətindədir.

    Fatimə
    1
  • Oğlunun sinif yoldaşının ölümünə səbəb olan azərbaycanlı saxlanıldı
    24.10.2014 12:32
    http://cdn.qafqazinfo.az/79112.jpg
    http://cdn.qafqazinfo.az/79112.jpg
    Rusiyada məktəblinin ölümünə səbəb olan 36 yaşlı azərbaycanlı saxlanılıb.

    "Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskvada 10 yaşlı oğlan yaşadığı evin pəncərəsindən özünü atıb. Hadisə yerinə gələn polislər günahkarı dərhal tapıblar.

    Məlum olub ki, məktəblinin sinif yoldaşının atası onu təhdid edirmiş. Valideyn etiraf edib ki, 4-cü sinifdə oxuyan uşağını incitdiyi üçün onu hədələyib. Faktla bağlı "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. azərbaycanlını 3 il həbs cəzası gözləyir.
    1
  • Polşa İlham Əliyevin əfv sərəncamını alqışladı
    24.10.2014 12:32
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMjAvMDUvMjg4LzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=731225b6
    http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTQvMTAvMjQvMTIvMjAvMDUvMjg4LzEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d?sha=731225b6
    Polşanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamı ilə bağlı bəyanat yayıb.

    Oxu.Az Polşa Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən 80 nəfərdən artıq insan azadlığa buraxılıb. 

    Nazirliyin bəyanatında prezidentin imzaladığı əfv sərəncamı alqışlanıb.
    1
  • Elvin ata olacaq
    24.10.2014 12:32
    http://cdn.qafqazinfo.az/73070.jpg
    http://cdn.qafqazinfo.az/73070.jpg
    Müğənni Elvin Abdullayev ata olacaq.

    "Qafqazinfo"nun məlumatına görə, bu haqda "Gün üzü" verilişinə qonaq olarkən deyib:

    "Bu haqda danışmaq istəmirdim. Ata olmaq gözəl hisdir. Allah olmayanlara övlad qismət etsin. Allahım şükür edirəm ki, mənə övlad qismət etdi. Atamın sözünə daim qulaq asmışam. Ata ilə oğul arasında səmimi sərhəd olmalıdır. Atamla dostam".
    3
  • Rusiya Ukrayna seçkilərini tanıyacağını açıqladı
    24.10.2014 12:31
    http://deyerler.org/uploads/thumbs/4E5MSF7.jpg
    http://deyerler.org/uploads/thumbs/4E5MSF7.jpg
     

    Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Serqey İvanov belə bir bir açıqlama ilə çıxış edib. Rusiyanın Soçi şəhərində mətbuata açıqlamalar verən S.İvanov bildirib ki, Ukraynanın özünü təmin edən və Rusiyanı düşmən kimi görməyən bir ölkə olmasını istəyirlər.

    Qeyd edək ki, Ukraynada bazar günü parlament seçkiləri keçirilir. Parlamentdəki 450 deputat yeri uğrunda 6.627 namizəd mübarizə aparacaq.

     

    0
  • Bakıda açılmış toxuculuq məhsulları sərgisinə böyük maraq var
    24.10.2014 12:31
    http://img.salamnews.org/2867891f657fad6b0178684d7666aa65/thumb__dsc0368_166.jpg
    http://img.salamnews.org/2867891f657fad6b0178684d7666aa65/thumb__dsc0368_166.jpg
    Bakı, 24 oktyabr, SalamNews, Ş.Nəzərli. Muzey Mərkəzinin İncəsənət Qalereyasında açılmış "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi toxuculuq məhsulları Böyük İpək Yolunun irsidir" mövzusunda sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Sankt Peterburqdakı Rusiya Etnoqrafiya Muzeyinin Fondundan gətirilmiş eksponatlar təqdim olunur. Hazırda sərgiyə Bakı sakinləri və şəhərin qonaqları böyük maraqla tamaşa edirlər.

    SalamNews xəbər verir ki, bunu nəzərə alan təşkilatçılar sərginin son fəaliyyət müddətini noyabrın 8-i müəyyənləşdiriblər.

    Sərgidə 400-dən çox eksponat, o cümlədən toxucu alətləri və dəzgahları, milli xalq geyimləri, interyer əşyaları, müxtəlif parça nümunələri, xalçalar və tikmələr, toy mərasimi atributları nümayiş etdirilir.





    1
  • İki pilotsuz təyyarə Buenos-Ayres hava limanının işini flic edib
    24.10.2014 12:31
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_aeroport_991.jpg
    http://img.salamnews.org/96fd2539c557dfef56a77c7b86ab611a/thumb_aeroport_991.jpg
    Bakı, 24 oktyabr, SalamNews, C.Nəzərov. Reklam məqsədilə havaya qaldırılan iki pilotsuz təyyarə Argentinanın paytaxtı Buenos-Ayres hava limanlarından birinin fəaliyyətini müvəqqəti olaraq iflic edib.

    SalamNews-un Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, hadisə ötən gün regional və yerli reysləri həyata keçirən Xorxe Nyuberi adına hava limanında baş verib.

    Reklam şirkətlərindən birinə məxsus iki pilotsuz uçuş aparatının hava limanının uçuş-enmə zolağı yaxınlığında görünməsi nəticəsində rəhbərlik aeroportu müvəqqəti olaraq bağlamaq qərarı qəbul edib.

    45 dəqiqə sonra polis şirkətin dronları idarə edən iki əməkdaşını saxlayıb, bundan sonra hava limanı fəaliyyətini bərpa edib.

    Baş verən hadisə ilə əlaqədar Argentina Konqresinin deputatı Alberto Asseff dronlardan yaşayış məntəqələrində fərdi şəxslər və şirkətlər tərəfindən istifadəsinə qadağa qoyulması, o cümlədən pilotsuz təyyarənin istifadə ediləbiləcəyi hündürlüyü 120 metrlə məhdudlaşdırmaq təşəbbüsü ilə çıxış edib.





    6
  • Bahar Muradova: "BMT-nin konfliktlərin həlli məsələsindən danışdıqda, tənqidi məqamlar daha çoxdur"
    24.10.2014 12:30
    http://deyerler.org/uploads/thumbs/UU68NG6.jpg
    http://deyerler.org/uploads/thumbs/UU68NG6.jpg
    Mövzu ilə bağlı Deyerler.org-a fikirlərini bölüşən Milli Məclisin vitse spikeri Bahar Murdova deyib ki, Azərbaycan BMT-nin özü və ayrı-ayrı insititutları ilə çox sıx əməkdaşlıq edir: "BMT mövcud beynəlxalq sistemdə ən mötəbər və daha çox ölkələrin təmsil olunduğu bir təşkilatdır. Onun yanında çoxsaylı BMT qurumları, təşkilatlar fəaliyyət gösətərir. Azərbaycan da BMT-nin özü və ayrı-ayrı insititutları ilə çox sıx əməkdaşlıq edir. Bu münasibətlər getdikcə inkişaf edir.

    BMT-nin ümumilikdə nüfuzu, təşkilatlar arasında yeri, beynəlxalq münasibətlər sistemində verə biləcəyi töhfələrlə bağlı konkret nə isə söyləmək çətindir. BMT qurumlarında Azərbaycanın işinı nəzərə alanda əməkdaşlığın çox yükəsk səviyyədə olduğunu deyirik. Amma BMT-nin konfliktlərin həlli məsələsindən danışdıqda, oradakı tutduğu mövqedə və qəbul etdiyi qərarlara baxdıqda tənqidi məqamlar daha çoxdur. Bu gün nəinki Azərbaycana yönəlik eləcədə bir sıra konfliktlərin həlli baxımından ayrı-ayrı ölkələrlə bağlı qəbul olunmuş qətnamələr var ki, onlar həyata keçməyib. Çox zaman buna səbəb kimi qətnamələrin  həyata keçirilmə mexanizmi olmamsı göstərilməyə çalışılır. Amma biz görürk ki, heç də bütün münaqişələrə münasibətdə bu fikri söyləmək olmur. Bəzən BMT və onun Təhlükəsizlik Şurası çox qısa bir müddət ərzində qəti addımlar atır. Bu baxımdan yanaşdıqda təbii ki, BMT-ni tənqid edirk".

     

    1
  • Qeyri-qanuni dini ədəbiyyatın satışı aradan qaldırılacaq - RƏSMİ
    24.10.2014 12:30
    http://news.lent.az/upload/images/news/2014/october/24/small/74e339db84bce70c74271777a2491035.jpg
    http://news.lent.az/upload/images/news/2014/october/24/small/74e339db84bce70c74271777a2491035.jpg
    "Cəmiyyətin diqqətini cəlb etmək istədiyimiz bir məsələ də var ki, o da dini xarakterli məmulatlarla bağlıdır". Bunu Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

    Komitə sədri vurğulayıb ki, ölkəyə gətirilən həmin məmulatlar (o cümlədən dini ədəbiyyat) Azərbaycanda ekspertizadan keçdikdən sonra satışa çıxarıla bilər.

    O qeyd edib ki, DQİDK-nin ekspertiza şöbəsi həmin dini məmulatların dövriyyədə qalması ve ya çıxarılması barədə rəy verir. "Dini Komitənin dini məmulatların, o cümlədən dini ədəbiyyatın qeyri-qanuni satışı ilə məşğul olan ticarət mərkəzləri ilə bağlı təklifləri var. Yəni bu cür problemləri aradan qaldırmaq, nizam-intizam yaratmaq üçün addımlar atılmalıdır".
    1
  • Rusiya Baltik dənizində gərginliyin artmasına görə İsveçi ittiham edib
    24.10.2014 12:29
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Zümrüd Paşayeva - APA. "İsveç Müdafiə Nazirliyinin "soyuq müharibə" prinsiplərinə söykənən əsassız hərəkətləri regionda gərginliyin artmasına səbəb ola bilər".

    APA-nın "Russia Today"a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

    "Bu əməliyyatlar hansısa ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə versə də, Baltik dənizində iqtisadi fəaliyyət planlarının pozulması ilə nəticələnə bilər", - deyə o vurğulayıb.

    Xatırladaq ki, bir neçə gün öncə İsveç Müdafiə Nazirliyi Stokholm arxipelaqı akvatoriyasında sualtı qayıq aşkarlandıqdan sonra hərbi əməliyyata başladığını bəyan edib.
    1
  • Maradonanın 20 milyon dolları oğurlanıb
    24.10.2014 12:29
    http://az.trend.az/article_photo/2012/10/30/maradona_301012.jpg
    http://az.trend.az/article_photo/2012/10/30/maradona_301012.jpg
    Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

    Əfsanəvi argentinalı Dieqo Maradonanın 20 milyon dollarını oğurlayıblar. Trend xəbər verir ki, bu barədə "Qazeta.Ru" saytı xarici mətbuata istinadən məlumat yayıb.

    Maradona oğurluqda keçmiş həyat yoldaşı Klaudi Vilyafanyenin hazırda nəzarət altında olan nişanlısından şübhələnir: "Hazırda Klaudi və Tayan barəsində istintaq aparılır. Əgər o, az pul qazanırsa, necə özünə BMW markalı avtomobil alıb? Qızlarım barəsində təhqiqat başa çatıb, artıq onlar şübhə altında deyillər".
    3
  • Himalay dağlarında faciəli şəkildə ölən azərbaycanlı alpinist Murad Aşurlu ABŞ-da dəfn olunacaq
    24.10.2014 12:29
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Hafiz Heydərov - APA. Himalay dağlarında faciəli şəkildə ölən azərbaycanlı alpinist Murad Aşurlu ABŞ-da dəfn olunacaq.

    Bu barədə APA-ya Azərbaycan Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov məlumat verib.

    Onun sözlərinə görə, M. Aşurlu yüksək qayalıq ərazidə ipin qırılması nəticəsində yıxılaraq həlak olub. Hava şəraiti ilə əlaqədar onun meyitini iki gün sonra hadisə baş verən ərazidən çıxarmaq mümkün olmayıb: "İki gündən sonra meyit tapılaraq ərazidən çıxarılıb. Hazırda sənədləşmə işləri aparılır. Yəqin ki, sənədləşmə işləri bu gün tamamlanar. Sənədləşmə işləri başa çatandan sonra mərhumun cənazəsi ABŞ-a aparılacaq və ailəsinin istəyi ilə orada dəfn olunacaq".

    Qeyd edək ki, 42 yaşlı Murad Aşurlu Himalay dağlarında hündürlüyü 6856 metr olan Ama Dablam yüksəkliyindən enərkən hündürlükdən yıxılaraq həlak olub. O, Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun əmisi oğludur.

    İsrafil Aşurlu da hadisə ilə əlaqədar Nepala gedib.
    2
  • Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq müzakirə olunub
    24.10.2014 12:29
    http://www.olaylar.az/foto/xeberler/miqrasiya xidmetii.gif
    http://www.olaylar.az/foto/xeberler/miqrasiya xidmetii.gif
    Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb. "OLAYLAR"-ın xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən söhbət açıb. Xidmət rəisi miqrasiya proseslərinin idarəolunması, qanunsuz miqrasiyaya qarşı mübarizə kimi mövzularla bağlı fikirlərini bölüşüb. Miqrasiya prosesinin tənzimlənməsi ilə əlaqədar beynəlxalq əməkdaşlığın zəruriliyindən bəhs edib. Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Held və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak öz növbələrində səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər. Sonra emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məslələrindən irəli gələn prosedurların və proseslərin səmərəli şəkildə idarə olunması istiqamətində göstərilən səylərə töhfə vermək məqsədi daşıyan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda Miqrasiya və Sərhəd İdarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsinin əhəmiyyətindən danışılıb.
    0
  • Tərcümə Mərkəzi müsabiqə elan etdi
    24.10.2014 12:28
    http://www.azadinform.az/up/news/article/2014/oktyabr/24/defne_original.jpg
    http://www.azadinform.az/up/news/article/2014/oktyabr/24/defne_original.jpg
    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə "Dəf(i)nə yarpağı" adlı Bədii Tərcümə Mükafatı təsis edib.

    Mərkəzdən AZADİNFORM-a verilən məlumata görə, müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabr ayının 24-dən dekabr ayının 20-sinə qədər müəyyən edilir. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

    * Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.

    * Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:

    nəsr əsərləri - 20.000 işarəyə qədər

    poeziya nümunələri - 100 misraya qədər

    * Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim edilə bilər.

    * Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər.

    * Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

    Müsabiqəyə təqdim üçün zəruri olan sənədlər:

    a) Tərcümə edilmiş əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 5 nüsxə;

    b) Şəxsiyyət vəsiqəsinin surəti;

    c) Müsabiqə iştirakçısının əlaqə nömrəsi;

    ç) Tərcüməçinin digər işlərinin siyahısı (mənbəyi göstərməklə);

    d) Tərcümə əsərləri elektron (press@aztc.gov.az ünvanına) və kağız formatında təqdim edilə bilər.

    Qeyd: Göndərilən nüsxədə əsərin Azərbaycan dilinə hansı dildən çevrildiyinin qeyd edilməsi zəruridir;

    Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər müsabiqədə iştirak etmir.

    Əsərlər AZTM-in Mətbuat və nəşr məsələləri üzrə müşavirliyi tərəfindən qəbul edilir.

    Mükafat fondu:

    Tərcümə edilən nəsr əsərləri üçün:

    I yer - 3000 (üç min) manat

    II yer - 2000 (iki min) manat

    III yer - 1000 (min) manat

    Həvəsləndirici mükafat: 500 (beş yüz) manat

    Tərcümə edilən poeziya nümunələri üçün:

    I yer - 3000 (üç min) manat

    II yer - 2000 (iki min) manat

    III yer - 1000 (min) manat

    Həvəsləndirici mükafat: 500 (beş yüz) manat

    Xatırladaq ki, qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə - 20-liyə çıxan əsərlər Mükafat Komissiyasına təqdim edilir. Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

    Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

    Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır.

    Mükafat diplom və pul təltifindən ibarətdir.

    Əlavə məlumat əldə etmək üçün Ə.Topçubaşov 74, ünvamıma, press@aztc.gov.az elektron ünvanına, (012) 595-10-42 və (050) 263-02-95 telefon nömrələrinə müraciət etmək olar.
    1
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri