yuxarıya
Onlayn Ödəmə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub
24.12.2012 16:19
A A
Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatları həyata keçirilib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Camalxanov nazirliyin Aparat rəhbərinin müavini, İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov isə həmin şöbənin müdiri vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, Elnur Camalxanov əvvəllər televiziya jurnalistikası və bir sıra layihələrdə çalışıb. 2012-ci ilin martından dövlət qulluğunda fəaliyyətini davam etdirməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, daha sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edib.

İlham Məmmədov isə uzun müddət "AZADİNFORM" İnformasiya Agentliyində sosial və iqtisadi sahələr üzrə müxbir kimi fəaliyyət göstərib. 1 iyun 2010-cu il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, daha sonra isə İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr islahatları müvafiq qanunvericiliyin, o cümlədən "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun olmaqla, gənc və layiqli mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi, idarəetmə sistemində onların bilik və bacarıqlarından daha dolğun şəkildə istifadə edilməsi məqsədinə xidmət edir.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
334
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • "Moyka"nın işçiləri "Audi"dən 2 min manat oğurladı
    22.12.2014 11:29
    Bakıda oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 19-da saat 12:00 radələrində, 6-cı mikrorayon S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini, Zəfər Sadıqova məxsus "Audi"...
  • Fransada sürücü "Allahu Əkbər" qışqıraraq 11 nəfəri vurdu
    22.12.2014 09:32
    Fransada avtomobil sürücüsü "Allahu Əkbər" qışqıraraq, bir neçə qrup piyadanı vurub.Oxu.Az Le Bien Public-ə istinadən xəbər verir ki, hadisə dekabrın 21-də, Dijonda baş verib.Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.Əvvəlcə ki...
  • Yeddi şagird məktəb gəzintisindən hamilə qayıtdı
    21.12.2014 17:43
    Bosniyada 7 şagird məktəb gəzintisindən hamilə qayıtdı.ANS PRESS-in məlumatına görə, gəzintiyə məktəb kollektivi ilə gedən həmin qızların 13-14 yaşları olub.Bu hadisə ölkədə ciddi çaxnaşma yaradıb. Bir çox valideynlər məktəblərdə cinsi tərbiyə dərslərinin təd...
  • Türkiyədə bir nəfər özünü 12-ci imam Mehdi elan etdi
    21.12.2014 17:34
    Türkiyədə bir kişi özünü 12-ci imam Mehdi elan edərək pəncərəsinin qarşısından keçən hər kəsə tüfənglə atəş açıb. ANS PRESS-in məlumatına görə, açılan güllələr üç polis məmurunu yaralayıb.Bursada yaşayan İrfan adlı bu şəxs 3 mərtəbəli binanın zirzəmi...
  • "Ögey atam 15 yaşından məni zorlayır" dedi və öldü
    21.12.2014 16:29
    Ögey atasının ona təcavüz etdiyini söyləyən 19 yaşlı qız vəhşicəsinə qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, Meksikada yaşanan dəhşətli hadisədə tibb bacısı tələbəsi Kassandra Bravo 3 dekabrda itkin düşüb.Anasının polisə müraciəti ilə başlanan axtarı...
  • Azərbaycan çempionatında ilin son turu
    21.12.2014 14:39
    Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulacaq.Qol.az-ın məlumatına görə, 18-ci turun bütün görüşləri eyni gündə baş tutacaq.Bununla da, Premyer Liqada fasiləyə yaranacaq. Son turda evdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" bu gün ö...
  • Alper Kul Bakıda
    21.12.2014 13:44
    Dünən Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Olur Olur" komediya filminin mətbuat üçün bağlı nümayişi keçirilib.Gün.Az Axşam.Az-a istinadən xəbər verir ki, rejissor Kerem Çakıroğlunun çəkdiyi filmdə baş qəhrəman Ali obrazını canlandıran aktyor Alper Kul təd...
  • Ən qəribə alt paltarı satılır
    22.12.2014 12:00
    Qadınlar üçün alt paltarı istehsal edən "LuminoGlow" brendi satışa qaranlıqda işıq saçan geyim dəstləri çıxarıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Aurora" adlanan alt paltarı dəsti şifondan hazırlanıb və qaranlıqda işıq saçan krujevalarla bəzədilib.Belə də...
  • Draytulinq üzrə I Açıq Respublika Çempionatının təsnifat mərhələsi başa çatıb
    22.12.2014 12:00
    Bakı - APA, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) "ClimBaku" İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə II Açıq Respublika Çempionatının təsnifat mərhələsi dekabrın 20-də başa çatıb.Azərbaycan Hava və Ekstremal İdman Növləri ...
  • Ukraynada yaşayan azərbaycanlılar ölkənin şərqində baş verən hadisələrlə bağlı birgə bəyanat qəbul ediblər
    22.12.2014 11:57
    Bakı. Mübariz Aslanov - APA. Ukraynada yaşayan azərbaycanlıların əksər regionlar üzrə təşkilatları Kiyevə toplaşaraq, il ərzində ölkədə yaşayan azərbaycanlılarla bağlı baş verən hadisələri, o cümlədən azərbaycanlıların daha sıx yaşadığı ölkənin şərqindəki...
XƏBƏR LENTİ
  • Azərbaycanda "Qara bağ" qısametrajlı filmi çəkilir
    22.12.2014 12:21
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 22 dekabr, SalamNews, Ş.Nəzərli. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kino studiyasında "Qara bağ" adlı qısametrajlı bədii filmin istehsalına başlanılıb.

    Kino studiyadan SalamNews-a bildirilib ki, film "Azərbaycanfilm"in elan etdiyi "yenifilm.az" gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilir.

    Rejissor Amil Məmiyev filmlə bağlı fikirlərini bölüşərək deyib: "Filmin adının "Qara bağ" olması heç də təsadüfi deyil. "Qara bağ" dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir."

    Filmin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.





    2
  • Azər Rəşidoğlu: "Tarix boyu Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana müsbət təsir etməyib"
    22.12.2014 12:21
    http://deyerler.org/uploads/thumbs/VKMM44T.jpg
    http://deyerler.org/uploads/thumbs/VKMM44T.jpg
    Artıq Rusiya Türkiyə münasibətlərinin günü-gündən inkişaf etməsi danılmaz bir həqiqətdir. Qəbin bir çox rəsmilərinin Türkiyəyə səfər edib bu cür münasibətlərin qurulmasından narahatçılıqlarını ifadə etməsinə baxmayaraq, mövcud vəziyyət inkişaf etməkdədir. Bununla belə Rusiya prezidentinin də son mətbuat konfransında Ərdoğanın ünvanına təriflər deməsi münasibətlərin inkişaf tempinin göstəricisidir. Regionun iki böyük dövlətinin münasibətlərinin inkişaf etməsi, hər iki dövlətlə həmsərhəd olan Azərbaycana təsirsiz ötüşə bilməz. Belə ki, Rusiya və Türkiyə ilə geniş əlaqələri olan Azərbaycanın bu münasibətlərdən nə əldə edəcəyi təhlil olunası mövzudur.

    Tarix boyu Rusiya Türkiyə yaxınlaşmasından Azərbaycanın əziyyət çəkdiyini deyən siyasi icmalçı Azər Rəşidoğlu Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, bu baxımdan son Türkiyə və Rusiya yaxınlaşması da Azərbaycana təsirsiz ötüşməyəcək: "Diqqət olunası məsələlərdən biri də son zamanlar Ərdoğanın yürütdüyü siyasətlə bağlıdır. Belə ki, rəsmi Ankaranın idarəçilikdə demokratik idarəçilikdən daha çox avtoritar idarəçiliyə üstünlük verdiyini göstərir. Artıq göründüyü kimi Azərbaycanın bütün qonşuları demokartik dəyərlərdən üz çevirirlər. Bu da Azərbaycana müsbət mənada perespektivli bir gələcək vəd etmir. Bunu belə demək mümkündür ki, anti-demokratik rejimlər əməkdaşlığa can atırlar. Diktatura rejimi yaratmaq istəyən Putinlə, avtoritar rejimə üstünlük vermək istəyən Ərdoğan arasında anlaşma artıq anlaşılandır. Çünki, Qərblə əməkdaşlıq demokratik dəyərlərin prioritet olmasını lazımlı edir. Bu baxımdan Türkiyə və Rusiya demokratik dəyərlərdən uzaqlaşdıqca bir-biriləri ilə daha asan dil tapa bilərlər. Azərbaycanın qonşuluğunda demokartik dəyərlərdən uzaq dövlətlərin cəm olması, ölkəmizdə də demokratik dəyərlərin boğulması ilə nəticələnə bilər".

     

    0
  • "Bu il bizim üçün inanılmaz keçdi"
    22.12.2014 12:14
    http://arxiv.az/media/365/1000/news.milli.az/20141222/32066943/bale1.jpg
    http://arxiv.az/media/365/1000/news.milli.az/20141222/32066943/bale1.jpg
    "Real Madrid"in uelsli futbolçusu Qaret Beyl Klublararası Dünya Çempionatında qazanılan uğurdan sonra "Marca" nəşrinə açıqlama verib.

    Milli.Az goal.az-a istinadən xəbər verir ki, Beyl növbəti ildə də uğurların davamını gətirmək istədiklərini bildirib.

    "Klublararası dünya çempionatında oynamaq və çempion olmaq istəyirdim. 2014-cü il başa çatmaq üzrədir. Bu il bizim üçün inanılmaz keçdi. Yeni ildə də titullar qazanmağı planlaşdırırıq. Bütün dünyanı gəzmək və fanatların səni necə qarşıladığını görmək insana xoşdur. Mərakeşdə bizə göstərilən münasibətə görə minnətdarıq. Dünyanın ən güclü komandasında oynadığım üçün xoşbəxtəm. Həmçinin Uels millisinin şərəfini qoruduğuma görə fəxr edirəm. 2015-ci ilin də belə keçməsini arzulayıram. Kənardan deyilənlər məni maraqlandırmır. Diqqətimi işimə yönəltdim və lazım olanı etdim".

    4
  • PAŞA Bank iki beynəlxalq mükafata layiq görülüb
    22.12.2014 12:14
    http://cdn.trend.az/pictures/2012/07/18/Pasha_bank_logo_aze_180712.jpg
    http://cdn.trend.az/pictures/2012/07/18/Pasha_bank_logo_aze_180712.jpg
    Azərbaycan, Bakı, 22 dekabr /Trend/

    "International Finance Magazine" (IFM) jurnalının qiymətləndirməsi əsasında London şəhərində nüfuzlu "Financial Awards 2014" mükafatlarının rəsmi təqdimat mərasimi keçirilib. Bu il də ölkənin aparıcı banklarından biri olan PAŞA Bank Best Investment Bank ("Ən yaxşı investisiya bankı") və Best SME Bank ("Ən yaxşı KOS bankı") mükafatlarına layiq görülüb.

    PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya Inzibatçısı Taleh Kazımovun sözlərinə görə, Bankın ötən il ərzində investisiya bankçılıq sahəsində göstərdiyi xidmətlər və kapital bazarlarında həyata keçirdiyi yeniliklərin ölkəmizdən kənarda da izlənildiyini və yenidən qiymətləndirildiyini görmək bizi çox sevindirir. Bu addımlarla biz müştərilərimizə kapital bazarlarının üstünlüklərindən istifadə etməyə imkan yaratdıq və Azərbaycanın kapital bazarının inkişafında ciddi rol oynadıq. 2014-cü ildə PAŞA Bank kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsində aktiv mövqe tutmuşdur və Azərbaycanda ilk dəfə olaraq sırf KOS sektoruna xidmət göstərmək üçün xüsusiləşmiş şöbələr açmışdır. Məqsəd kiçik və orta sahibkarlara daha da yaxın olmaq, onların istək və ehtiyaclarına uyğun xidmət göstərmək və məhsulları təklif etmək olmuşdur. Bizi daim dəstəkləyən müştərilərimizə, tərəfdaşlarımıza və səhmdarlarımıza öz təşəkkürlərimi bildirirəm.

    Mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən IFM hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır.

    PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 10 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 nəfərdən çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013 və 2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

    PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
    1
  • Nederland-Azərbaycan Jurnalistlər Birliyi nə üçün yaranmalıdır?
    22.12.2014 12:13
    http://avrasiya.net/wp-content/uploads/elnur.jpg
    http://avrasiya.net/wp-content/uploads/elnur.jpg
    Bir neçə gün öncə Nederland-Azərbaycan Jurnalistlər Birliyi yaranması ilə bağlı sosial şəbəkədə yazdığım təklif böyük dəstək qazandıBir neçə gün öncə Nederland-Azərbaycan Jurnalistlər Birliyi yaranması ilə bağlı sosial şəbəkədə yazdığım təklif böyük dəstək qazandı. Belə ki, yazılan yorumlar və fikirlər bunu təsdiqlədi. Xüsusilə, Nederlandda fəaliyyət göstərən Türk-Azərbaycan diaspor təşkilatları tərəfindən də dəstəyin gəlməsi belə birliyin yaranmasının zəruriliyini göstərdi. Əslində, bu ideyanı çoxdan fikirləşirdim. Bəlkə də məndən öncə də bu fikri səsləndirənlər də olub. Şübhəsiz ki, bu belədir. Ola bilər ki, bu ideyanı ilk dəfə mediada səsləndirməklə birliyin yaranmasının özülü ola bilər.Sual yarana bilər ki, belə bir qurum hansı zərurətdən yaranmalıdır? Hesab edirəm ki, birliyin yaranması ölkəmiz üçün informasiya sahəsində əhəmiyyəti böyük olmaqla yanaşı, iki dövlət arasında əlaqələrin inkişafına müsbət təsir göstərər. Media nümayəndələrinin qarşılıqlı səfərlərini təşkil etməklə, iki ölkənin daha da yaxından tanıdılmasına kömək etmək olar. Eyni zamanda erməni diasporunun fəaliyyətinə zərbə vurmaqla bərabər, onların ölkəmiz haqqında apardığı antitəbliğatı zəiflətməyə nail ola bilərik. Bu, diasporumuzun inkişafına təkan verər. Təcrübəli insanlarımızı bir araya gətirib, güclü media mərkəzimizi formalaşdıra bilərik. Gələcək bunu ümumavropa səviyyəsində formalaşdıra bilərik.İnanıram ki, dostlarımız Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyi üzvü, jurnalist Vüqar Abbasovun bu birliyə sədr olması ilə bağlı təklifimi anlayışla qarşılayıblar. Təklifimdə Vüqar Abbasovun üzərində nə üçün dayandım? Ola bilər ki, kimlərsə Vüqar Abbasovla dostluğumuzu nəzərə alıb, təklifimi bununla əlaqələndirə bilərlər. Əsla, elə deyil. Hər şeydən əvvəl Vüqar Abbasov Azərbaycan Dövlət Televiziyasında (Az.TV) 10 ildən çox çalışıb. Üstəlik, yerli mediada məqalə və yazılarla çıxış edib. Nederlandda yaşadığı 5 il ərzində holland dilini yaxşı səviyyədə öyrənib. Həmçinin, Hollandiya mediası və siyasi-ictimai dairələrlə uğurlu əlaqələr qurub. Bunun nəticəsidir ki, Hollandiya Jurnalistlər Birliyinin üzvü seçilib. Daşıdığı vəsiqəni öz maraqları naminə yox, Azərbaycan adına istifadə edib. Bu gün də bu istiqamətdə çalışmalarını davam etdirir.Həmçinin, hər zaman regional qəzetlərlə yanaşı, ölkənin nüfuzlu qəzetlərində Azərbaycanla bağlı məqalələr yazaraq, ölkəmizin mədəniyyəti, tarixi və dəyərləri haqqında da insanları məlumatlandırıb. Hollandiya mediası ondan müsahibələr götürüb. Vüqar bəzən Hollandiyanın nüfuzlu qəzetlərində elə yazılarla çıxış edib ki, həmin yazıların Azərbaycan üçün əhəmiyyəti hədsiz dərəcədə böyük olub. Sadəcə olaraq, Vüqar təvözakarlığından irəli gələrək adının çəkilməsini istəməyib.Amma nəzərdən qaçırmaq olmaz ki, bu günə qədər Azərbaycanın Nederlandda tanıdılmasında bu ölkədə fəaliyyət göstərən Türk-Azərbaycan diaspor təşkilatlarının xidmətləri danılmazdır. Bu faktı danmaq qeyri-mümkündür.Onlar hər biri istər ayrılıqda, istərsə də birlikdə Azərbaycan adına maraqlı tədbirlər və layihələr həyata keçirirlər. İstərdim ki, Nederland-Azərbaycan Jurnalistlər Birliyi diaspor təşkilatlarımız arasında əlaqələndirici olsun və birliyimizə kömək eləsin. Bu gün bizə birlik və həmrəylik lazımdır.Onu da xatırladım ki, qarşıdan 2015-ci il - saxta erməni soyqırımın 100 illiyi yaxınlaşır. Hər şey aydındır.Elnur Eltürk
    4
  • ABŞ öz günahını Şimali Koreyanın üstünə atır
    22.12.2014 12:13
    http://azvision.az/photos/kim_cen_in_1.jpg
    http://azvision.az/photos/kim_cen_in_1.jpg
    AzVision.az xəbər verir ki, "Straight" jurnalına müsahibəsində Qoldberq bəyan edib ki, "Sony" şirkətində istifadə olunan texnologiyalarla tanış olan ekspertlər haker hücumları yalnız şirkət daxilindən edilə bilər.

    "Mənim hadisə ilə bağlı ilk düşüncəm belə idi: Doğurdan Şimali Koreyalılar? İki saniyə ərzində mənim üçün günahkar Şimali Koreyalılar idi. Lakin hazırda bizim ofisdə işləyən, kompüterlər barədə bizdən daha çox məlumatlı olan gənc oğlan bu variantı inkar etdi. Onun sözlərinə görə, haker hücumu etmək üçün kimsə "Sony" şəbəkəsini daxildən bilməlidir. Kimsə bu işi içəridən etməlidir", - deyə Qoldberq bəyan edib.

    Qoldberqin bu barədə ötən həftə bəyanatla çıxış etsə də, bu fakt ABŞ-da aparıcı KİV tərəfindən diqqətə alınmayıb. Lakin haker hücumlarının şirkət daxilindən edilə biləcəyi faktını yalnız Qoldberq bildirmir.

    Bu həftə Vinny Troia adlı kompüter təhlükəsizliyi mütəxəssisi "Fox" telekanalında "America's Newsroom"verilişində bəyan edib ki, hazırda bu işin Şimali Koreyadan olan haker hücumlarından çox şirkət daxili iş olmasına dair sübutlar var.

    "Mən düşünürəm ki, bu ya hər hansı bir narazı işçinin işidir ya da bu hücum şirkət daxilindən edilib. Hazırda bu iş o qədər diqqət mərkəzindədir ki, onlar mütləq bir günahkar göstərməlidirlər. Kiber hücumların kənardan edilməsi praktiki olaraq mümkünsüzdür", - deyə Troia bəyan edib.

    Bir çox ekspertlər və "Sony" işçilərinin hücumların şirkət daxildən edilməsini bildirsə də ABŞ hökuməti israrla kiber hücumlara görə, məsuliyyəti Şimali Koreyanın daşıdığını bildirir.

    Dövlət rəsmilərinin Şimali Koreya "aqressiyası"na necə cavab vermək barədə müzakirələr apardığı bir vaxtda, ABŞ FTB-i "Sony" in İT departamentində bu iş üzrə şübhəli şəxslərin tapılması məqsədilə araşdırmalar aparır.

    Qeyd edək ki, dekabrın 18-i "Sony Pictures" dekabrın 25 "Müsahibə" filminin premyerasını ləğv edib. Buna səbəb isə Şimali Koreya rəsmilərinin filmin göstəriləcəyi təqdirdə terror aktları törədəcəklərinə dair bəyanatı olub.

    Eldar Tanrıverdiyev
    3
  • "Qarabağ" qış çempionu olub
    22.12.2014 12:12
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı, 22 dekabr, SalamNews, R.Nadirli.Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

    SalamNews xəbər verir ki, üç qarşılaşma baş tutub.

    Son turda evdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" bu gün öz meydanında AZAL-ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

    Turun mərkəzi qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "İnter"i sınağa çəkib. Bu oyunda da qalib müəyyənləşəyib - 1:1.

    Premyer Liqanın lideri "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Qurban Qurbanovun komandası 2:0 hesablı qələbə qazanaraq qış fasiləsinə lider mövqeyində yollanıb.

    Zaqatalada keçirilməli olan "Simurq" - "Bakı" oyunu isə dumanlı hava şəraitinə görə təxirə salınıb.





    4
  • Həm peyin qoxulu, həm də ən bahalı " QƏHVƏLƏR
    22.12.2014 12:11
    http://www.azadinform.az/up/news/article/2014/dekabr/22/fidan8.jpg
    http://www.azadinform.az/up/news/article/2014/dekabr/22/fidan8.jpg
    Dünyanın ən dəyərli qəhvəsi fil peyinindən hazırlanmış qəhvədir.

    AZADİNFORM xəbər verir ki, qəhvə ilk olaraq filə yedirdildikdən sonra onun peyinindən alınır.

    Filin peyini toplanır, oradan qəhvə hissələri ayrılır, qurudularaq toz halına salınır.

    Bu qəhvənin xüsusi bir qoxusu və dadı olduğu deyilir. Alınan qəhvə müəyyən bir ad altında satışa çıxarılır və bunu digər qəhvələrə qatmaq mümkün deyil.

    Bu qəhvənin qiyməti 1100 dollardan başlayır və dünyada ən bahalı qəhvə hesab olunur. Bu qəhvənin alınması proseduru bir qədər çətin iş olduğuna görə, dünya bazarlarında bu qəhvənin dövriyyəsi cəmi 50 kq-dır.

    Qeyd edək ki, bu şəkildə qəhvə emalı təkcə fillərə məxsus deyil, dünyada pişik, maral və yarasa peyinindən alınan qəhvə növləri də məlumdur.
    2
  • YAP GB-də dil kursları keçirilir
    22.12.2014 12:10
    http://img.sia.az/news/2014/siaphoto_450573.jpg
    http://img.sia.az/news/2014/siaphoto_450573.jpg
    YAP Gənclər Birliyi gənclərin elmi-intellektual potensialının, ictimai fəallığının artırılması ilə bərabər həm də sosiallaşması üçün əhəmiyyətli platformaya malik olduğunu yeni-yeni layihələrlə sübut etməkdə davam edir. YAP Gənclər Birliyinin ofisində gənclər üçün təşkil olunan növbəti İngilis dili kurslarının təqdimatı keçirilib. YAP GB-dən SİA-ya verilən xəbərə görə, aktiv gənclərin dil biliklərini inkişaf etdirmək üçün pulsuz dil kurslarından 200 gənc qeydiyyatdan keçib.
    2
  • Rusiyada soydaşlarımıza hücum edən 4 azərbaycanlı həbs olundu
    22.12.2014 12:10
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Rusiyada 4 nəfər azərbaycanlıdan ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəstə üzvləri öz soydaşlarına qarşı quldurluq etməkdə şübhəli bilinirlər. Belə ki, onlar dekabr ayında azərbaycanlı biznesmenə hücum edərək onun 300 min rublunu aparıblar. 

    Yaşları 22 ilə 48 arasında dəyişən azərbaycanlılar barəsində Rusiya Cinayət Məcəlləsinin "quldurluq" maddəsi ilə cinayət işi açılıb.

    1
  • ABŞ kəşfiyyatının "kölgəsi"nin rəhbəri Rusiya XİN əməkdaşı ilə Qarabağdan nələr danışıb? - TƏFƏRRÜAT
    22.12.2014 12:10
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Dekabrın 8-də ABŞ-ın tanınmış "Stratfor" Araşdırmalar Mərkəzinin prezidenti, məşhur politoloq Corc Fridman Moskvaya səfər edib.

    Modern.az saytının məlumatına görə analitik səfərinin yekunlarını, Rusiya iqtisadiyyatı və Kremlin Ukrayna siyasəti haqqında onda yaranan təəssüratları qələmə alıb.

    Corc Fridman Rusiya ekspertləri ilə keçirdiyi görüşlərdən belə nəticəyə gəlib ki, rəsmi Moskva, rublun qiymətinin kəskin şəkildə ucuzlaşması, neftin dünya bazarlarında qiymətinin aşağı düşməsi fonunda Qərbin sanksiyalarına duruş gətirmək potensialına malikdir. O görüş keçirdiyi rus ekspertlərinə istinadən fikrini onunla əsaslandırıb ki, iqtisadi böhran əslində Rusiya üçün normaldır. "Stratfor"un prezidenti rus xalqının böhrana qarşı dözümlü olmasının Rusiya hakim dairələrinə stimul olduğunun vacibliyini də vurğulayıb: "Rusların gücü ondan ibarətdir ki, onlar belə şeylərə dözməkdə bacarıqlıdırlar. Halbuki, bu vəziyyət başqa millətləri sındırardı. Apardığım danışıqlarda o da vurğulanırdı ki, rus xalqı bacarıqlı və ya bacarıqsız olmasından asılı olmayaraq, öz hökumətini bu məsələdə dəstəkləməyə meyllidir".

    O, Rusiyanın Ukrayna siyasəti ilə bağlı isə belə yazıb:

    "Rusiya elə bir hərbi və siyasi gücə malikdir ki, bu, Avropaya da təsir edə bilər. Bu baxımdan ABŞ və Avropanın Ukrayna öz maraqlarını müdafiə etmək arzusu irrasional deyil. İndi əsas məsələ Ukrayna böhranının Moldova, Baltikyanı ölkələr və Cənubi Qafqaz regionuna (əsasən, Dağlıq Qarabağ münaqişəsi nəzərdə tutulur-red) yayılıb-yayılmayacağı ilə bağlıdır. Mən Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı ilə bu mövzuya toxundum. O bildirdi ki, Ukrayna münaqişəsi region ölkələrinə yayılmayacaq. Düşünürəm ki, o, səmimi idi".

    Qeyd edək ki, "Stratfor" Qlobal Analitik şirkəti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "kölgəsi" kimi tanınır.

    Aqşin Kərimov
    3
  • İşçi qrupu Əfv Komissiyasını gözləyir
    22.12.2014 12:10
    http://www.olaylar.az/foto/xeberler/isci qrupu ef konpaniyasini gozleyir.jpg
    http://www.olaylar.az/foto/xeberler/isci qrupu ef konpaniyasini gozleyir.jpg
    Əfv Komissiyası yığışdıqdan sonra İşçi Qrup da toplanacaq. Bu sözləri "Qafqazinfo"ya açıqlamasında İnsan Haqları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirib. N. Cəfəroğlu qeyd edib ki, hazırda əfvlə bağlı yenilik yoxdur: "Bildiyiniz kimi, siyahılar hazırdır. Biz indi Əfv Komissiyasının iclasının keçirilməsini gözləyirik. Onlar yığışdıqdan sonra İşçi Qrup da iclas keçirib müzakirələr aparacaq".
    2
  • Kral VI Məhəmməd Ərdoğanı qəbul etməmişdi, Ərdoğan kralı qəbul edəcəkmi?
    22.12.2014 12:10
    http://www.azadinform.az/up/news/article/2014/dekabr/22/kral.jpg
    http://www.azadinform.az/up/news/article/2014/dekabr/22/kral.jpg
    Mərakeş kralı VI Məhəmməd ailəsi ilə birlikdə Türkiyəyə gəlib. Kral Türkiyəyə 5 təyyarə ilə gəlib.

    Təyyarlərin birində kralın ailə üzvləri, birində özü, 3 qırıcı təyyarədə isə kralın şəxsi və ailə üzvlərinin əşyaları olub. Kral özü Ankaraya, ailəsi isə İstanbula enib.

    Diqqətçəkən məqam isə krala və ailəsinə məxsus əşyaların Mərakeş Hərbi-Hava Qüvvələrinin üç qırıcı təyyarəsi ilə Türkiyəyə gətirilməsidir.

    Kralın Türkiyə səfərinin məqsədləri haqda heç bir məlumat verilmir. Media nümayəndələrinin də kralla görüşünə imkan verilməyib.

    Xatırladaq ki, Türkiyədə "Gəzi parkı" hadisələri baş verdiyi günlərdə Ərdoğan Mərakeşə səfər etmişdi. Lakin kral VI Məhəmməd Ərdoğanı qəbul etməmişdi. Səbəb kimi də ölkədə müxalifət partiyaları ilə kral arasındakı gərgin vəziyyət göstərilmişdi. İndi maraqla gözlənilən məsələ Ərdoğanın kralı qəbul edib-etməyəcəyidir. /virtualaz.org/
    3
  • Abbas: "Toyuma çox az qalıb, amma..."
    22.12.2014 12:09
    http://img.milli.az/n/clickable/204433/0e/2/abbas_bagirov_0014.jpg
    http://img.milli.az/n/clickable/204433/0e/2/abbas_bagirov_0014.jpg
    Müğənni Abbas Bağırov evlənməyə hazırlaşır.

    Milli.Az atvxeber.az-a istinadən məlumat verir ki, əməkdar artist "10lar" verilişinə açıqlamasında toyuna çox az qaldığını deyib: "Mən ailə quracam. Toyuma çox az qalıb. Gələcək həyat yoldaşım da mənimlə birgə həyatımı bölüşəcək. Ancaq bundan heç kəsin xəbəri olmayacaq. Bir də eşidəcəklər ki, Abbas bir həftə əvvəl ailə həyatı qurub. Ailə mənim üçün sənətimdən kənarda olmalıdır. Sevmirəm ailəmi göstərsinlər. İnanıram ki, gələcək həyatım çox gözəl olacaq".

    Milli.Az

    Videonu izləmək üçün şəklə klikləyin.

    Baxış: 32
    2
  • Bakıda qonşular arasında qanlı dava: ölən var
    22.12.2014 12:09
    http://lent.az/photo/davadalash.jpg
    http://lent.az/photo/davadalash.jpg
    Hadisənin səbəbi araşdırılır

    Bakıda qətl törədilib. Lent.az-ın məlumatına görə, gecə saatlarında Binəqədi rayonunda yaşayan 1981-ci il təvəllüdlü Ağayev Nurlan Vaqif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Məlikov adına 6 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

    İlkin araşdırmalardan sonra N.Ağayevin qonşusu, 1959-cu il təvəllüdlü Yusifov Bərxudar Çərkəz oğlu tərəfindən bıçaqlanması müəyyən edilib və 55 yaşlı kişi həbs edilib.

    Qonşular arasında baş vermiş dava-dalaşın səbəbi hələlik tam dəqiqləşməyib.

    Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
    5
  • 20-21 yaşlı gənclər məhkəmə qarşısında
    22.12.2014 12:09
    http://lent.az/photo/Mehkeme-reshotka-deste.jpg
    http://lent.az/photo/Mehkeme-reshotka-deste.jpg
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Cahangir Eyvazov və Rəşad Dadaşzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onların anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası dekabrın 25-nə təyin olunub.

    Qeyd edək ki, Xətai prospektində naməlum şəxs Bakı şəhər sakini Ələsgər Fətullayevin üz nahiyəsindən yumruqla vuraraq cibində olan 1000 manat pulunu götürüb qaçıb.

    Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Cahangir Eyvazov və 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə tutulublar.
    1
  • ABŞ günahını Şimali Koreyanın üzərinə atır
    22.12.2014 12:08
    http://azvision.az/photos/kim_cen_in_1.jpg
    http://azvision.az/photos/kim_cen_in_1.jpg
    AzVision.az xəbər verir ki, "Straight" jurnalına müsahibəsində Qoldberq bəyan edib ki, "Sony" şirkətində istifadə olunan texnologiyalarla tanış olan ekspertlər haker hücumları yalnız şirkət daxilindən edilə bilər.

    "Mənim hadisə ilə bağlı ilk düşüncəm belə idi: Doğurdan Şimali Koreyalılar? İki saniyə ərzində mənim üçün günahkar Şimali Koreyalılar idi. Lakin hazırda bizim ofisdə işləyən, kompüterlər barədə bizdən daha çox məlumatlı olan gənc oğlan bu variantı inkar etdi. Onun sözlərinə görə, haker hücumu etmək üçün kimsə "Sony" şəbəkəsini daxildən bilməlidir. Kimsə bu işi içəridən etməlidir", - deyə Qoldberq bəyan edib.

    Qoldberqin bu barədə ötən həftə bəyanatla çıxış etsə də, bu fakt ABŞ-da aparıcı KİV tərəfindən diqqətə alınmayıb. Lakin haker hücumlarının şirkət daxilindən edilə biləcəyi faktını yalnız Qoldberq bildirmir.

    Bu həftə Vinny Troia adlı kompüter təhlükəsizliyi mütəxəssisi "Fox" telekanalında "America's Newsroom"verilişində bəyan edib ki, hazırda bu işin Şimali Koreyadan olan haker hücumlarından çox şirkət daxili iş olmasına dair sübutlar var.

    "Mən düşünürəm ki, bu ya hər hansı bir narazı işçinin işidir ya da bu hücum şirkət daxilindən edilib. Hazırda bu iş o qədər diqqət mərkəzindədir ki, onlar mütləq bir günahkar göstərməlidirlər. Kiber hücumların kənardan edilməsi praktiki olaraq mümkünsüzdür", - deyə Troia bəyan edib.

    Bir çox ekspertlər və "Sony" işçilərinin hücumların şirkət daxildən edilməsini bildirsə də ABŞ hökuməti israrla kiber hücumlara görə, məsuliyyəti Şimali Koreyanın daşıdığını bildirir.

    Dövlət rəsmilərinin Şimali Koreya "aqressiyası"na necə cavab vermək barədə müzakirələr apardığı bir vaxtda, ABŞ FTB-i "Sony" in İT departamentində bu iş üzrə şübhəli şəxslərin tapılması məqsədilə araşdırmalar aparır.

    Qeyd edək ki, dekabrın 18-i "Sony Pictures" dekabrın 25 "Müsahibə" filminin premyerasını ləğv edib. Buna səbəb isə Şimali Koreya rəsmilərinin filmin göstəriləcəyi təqdirdə terror aktları törədəcəklərinə dair bəyanatı olub.

    Eldar Tanrıverdiyev
    5
  • "Qazaxıstan və Belorusiya Rusiyadan üz döndərirlər"
    22.12.2014 12:05
    http://www.olaylar.az/foto/xeberler/elxan sahinogluuu.jpg
    http://www.olaylar.az/foto/xeberler/elxan sahinogluuu.jpg
    "Rusiyanın "kapitan"ı olduğu gəmini tərk etmək istəyənlərin sayı artır". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə bir fikirlə çıxış edib. "Belarus prezidenti Lukaşenko Kiyevə gedərək Kremlin baş düşməni Ukraynanın dövlət başçısı Poroşenko ilə əlaqələri genişləndirmək istədiyini deyib. Poroşenko da Lukaşenkoya vəd verib ki, Minsklə Brüssel arasındakı münasibətlərin normallaşması üçün vasitəçi olacaq. Eyni gündə bir başqa maraqlı açıqlama Rusiyanın digər müttəfiqi Qazaxıstan prezidenti Nazarbayevdən gəlib. Qazaxıstan prezidenti deyib ki, Rusiya və Ukraynaya eyni gözlə baxır. Əvvəl belə demirdi. Məsələ aydındır, Lukaşenko və Nazarbayev Putinin Qərblə təhlükəli oyunundan, antiUkrayna siyasətindən kənarda dayanmaq istəyirlər. Üstəgəl Rusiyanın batan rublu Belarus və Qazaxıstanı alternativ bazarlar axtarmağa məcbur edir" - deyə E.Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)
    5
  • Ankara "Türkiyə axını"nın tikintisi məsələsinə baxır
    22.12.2014 12:04
    http://cdn.trend.az/pictures/2014/08/16/no_image_found.jpg
    http://cdn.trend.az/pictures/2014/08/16/no_image_found.jpg
    Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

    Türkiyə "Türkiyə axını" layihəsinin tikintisi barədə Rusiyanın təklifinə baxır. Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Taner Yıldız bəyan edib. Bu barədə Trend bazar ertəsi "Hürriyyət" qəzetinə istinadən məlumat verib.

    Nazirin sözlərinə görə, bu layihə Türkiyə üçün çox maraqlıdır.

    Yıldız qeyd edib ki, Almaniya, Fransa və İtaliya layihənin tərəfdaşlarıdır, bununla əlaqədar Aİ-nin "Türkiyə axını"na qarşı yönəlmiş siyasəti anlaşılmazlıq doğurur.
    2
  • Generalın gecə yoxlaması: - 2 polis işdən çıxardıldı
    22.12.2014 12:03
    http://www.azxeber.com/files/buwz97sx4ZKv.jpg
    http://www.azxeber.com/files/buwz97sx4ZKv.jpg
    Onlar səhərə kimi xidmət aparmalı olduğu halda evlərinə gediblər.

    Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisi Mirqafar Seyidovun kadr islahatları və tabeliyində olan qurumlarda apardığı yoxlamalar davam edir.

    AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, onun göstərişi ilə aparılan yoxlamalar zamanı iki yol polisinin nöqsanları aşkarlanıb və onlar dərhal işdən qovulublar.

    Məlum olub ki, Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin iki əməkdaşı - Rahib Quliyev və Sərhəd Rəsulov səhərə kimi xidmət aparmalı olduğu halda idarə etdikləri 10 YP 532 nömrəli avtomobili dayanacaqda saxlayaraq evlərinə gediblər.

    Bu isə çox keçmədən Mirqafar Seyidovun gecə nəzarətçiləri tərəfindən aşkarlanaraq protokollaşdırılıb.
    2
  • Ən qəribə alt paltarı satılır
    22.12.2014 12:00
    http://img.milli.az/n/clickable/204433/09/d/315063.jpg
    http://img.milli.az/n/clickable/204433/09/d/315063.jpg
    Qadınlar üçün alt paltarı istehsal edən "LuminoGlow" brendi satışa qaranlıqda işıq saçan geyim dəstləri çıxarıb.

    Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Aurora" adlanan alt paltarı dəsti şifondan hazırlanıb və qaranlıqda işıq saçan krujevalarla bəzədilib.

    Belə dəstin satış qiyməti 180 dollardır.

    Milli.Az

    Böyütmək üçün şəkilərə klikləyin.

    Videonu izləmək üçün şəklə klikləyin.

    Baxış: 30
    7
  • Draytulinq üzrə I Açıq Respublika Çempionatının təsnifat mərhələsi başa çatıb
    22.12.2014 12:00
    http://az.apa.az//upload/images/news/2014/december/22/small/346aa26533e11c7e7afaa1d1cc72439f.jpg
    http://az.apa.az//upload/images/news/2014/december/22/small/346aa26533e11c7e7afaa1d1cc72439f.jpg
    Bakı - APA, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) "ClimBaku" İdman Dırmanma Mərkəzində keçirdiyi Draytulinq üzrə II Açıq Respublika Çempionatının təsnifat mərhələsi dekabrın 20-də başa çatıb.

    Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatda Azərbaycanın müxtəlif bölgələrindən olan 30 klubun 100-ə yaxın idmançısı iştirak edib.

    Dekabr 28-də isə final mərhələsi ilə davam edəcək çempionata İran, Türkiyə, Dağıstan və Gürcüstan idmançılarının da qatılacağı gözlənilir.

    Qeyd edək ki, draytulinq buzadırmanma alətləri ilə süni divarda dırmanma yarışıdır.

    Xatırladaq ki, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) dəstəyi ilə dekabrın 11-14-də ABŞ-ın Montana ştatında keçirilmiş draytulinq yarışmasında Azərbaycanın milli yığma komandası müvəffəqiyyətlə çıxış edib.
    3
  • Röyanın konsertindən
    22.12.2014 11:59
    http://img.milli.az/n/clickable/204433/05/0/roya_ayxan_985.jpg
    http://img.milli.az/n/clickable/204433/05/0/roya_ayxan_985.jpg
    Tanınmış müğənni Röya Ayxan yenə anşlaqla keçən konsert proqramı təqdim edib.

    Milli.Az atvxeber.az-a istinadən məlumat verir ki, müğənni konsertdən əvvəl "10lar" verilişinə açıqlama verib:

    "Akustik konsertdir. Amma yenə də çox pullar xərclənib, əsəblər gedib. Hamıdan çox qazanan da mənəm, hamıdan çox xərcləyən də mənəm. Ona görə də kimsə girib evimə desə ki, mənə filan qədər pul lazımdır, mən onu tapıb, həmin kəsə verə bilməyəcəm".

    Röyanın konsertindən özəl görüntüləri təqdim edirik.

    Milli.Az

    Videonu izləmək üçün şəklə klikləyin.

    Baxış:
    6
  • "Gülənin qaçmaq ehtimalı var"
    22.12.2014 11:58
    http://bizimyol.info/fotobaza/orta/29995.jpg
    http://bizimyol.info/fotobaza/orta/29995.jpg
    Türkiyənin ədliyyə naziri Bekir Bozdağ haqqında həbs qərarı verilən Fətullah Gülənin Türkiyəyə qaytarılması məsələsinə aydınlıq gətirib.

    Avropa.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, televiziya proqramlarından birinə dəvət olunan Bekir Bozdağ Fətullah Gülənin həm İnterpol xətti ilə axtarışa veriləcəyini, həm də ABŞ-a onu qaytarması üçün müraciət olunacağını bildirib. O bunun səbəbini isə Gülənin hal hazırda yaşadığı ünvandan qaçmaq ehtimalının olduğu ilə əlaqələndirib.

    O həmçinin ABŞ-ın Güləni qaytarmaq tələbini təmin edəcəyinə ümidvar olduqlarını söyləyib.

    Bozdağ bu cürə qruplaşmalara tarixdə də rast gəlindiyini və hər dəfəsində tarixin dərinliklərinə qərq olduqlarını bildirib.
    4
  • Ukraynada yaşayan azərbaycanlılar ölkənin şərqində baş verən hadisələrlə bağlı birgə bəyanat qəbul ediblər
    22.12.2014 11:57
    http://topnews.az/images/logo.png
    http://topnews.az/images/logo.png
    Bakı. Mübariz Aslanov - APA. Ukraynada yaşayan azərbaycanlıların əksər regionlar üzrə təşkilatları Kiyevə toplaşaraq, il ərzində ölkədə yaşayan azərbaycanlılarla bağlı baş verən hadisələri, o cümlədən azərbaycanlıların daha sıx yaşadığı ölkənin şərqindəki münaqişəni müzakirə ediblər.

    Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, konqres sədri Rövşən Tağıyevin sədrliyi ilə keçirilən toplantıda gələn il üçün Ukraynada Azərbaycan diasporunun görəcəyi işlərin planı da tutulub.

    Toplantıdan əvvəl təşkilat sədrləri Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin iştirakı ilə Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət ediblər.

    Konqresin Dnepropetrovsk vilayəti üzrə sədri Qüdrət Hacıyev, Xarkov vilayəti üzrə sədri Qurban Abbasov, Donetsk vilayəti üzrə sədri Malik Pirverdiyev, Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev, Jitomir vilayəti üzrə sədri İlqar Məmmədov, Zakarpatiya bölgəsi üzrə sədri Zakir Göyüşov, Xmelnitsk vilayəti üzrə sədri Ceyhun Qasımov, Nikolayev şəhəri Milli Cəmiyyətlər Şurasının azərbaycanlı sədri Anar Axundov da iştirak edib.

    Toplantıda Ukraynada yaşayan azərbaycanlılar bir sıra məsələlərlə bağlı bəyanat qəbul ediblər. Bəyanatda ölkədə baş verən və baş verə biləcək hadisələri nəzərə alaraq azərbaycanlıların hüquqlarının qorunması, ölkənin şərq hissəsində yaşayan həmvətənlərin təhlükəsizliyinin təmin edilməsi, Ukrayna və Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına yeni töhfələrin verilməsi, ölkədə yaşayan azərbaycanlı gənclərin diaspor işində səfərbər edilməsinin daha da gücləndirilməsi, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə Ukrayna azərbaycanlılarının maraqlarının təqdim edilməsi əksini tapıb.
    5
  • Ronaldo UEFA prezidentinin əlini sıxmadı
    22.12.2014 11:56
    http://deyerler.org/uploads/thumbs/6UGTZH6.jpg
    http://deyerler.org/uploads/thumbs/6UGTZH6.jpg
    Klublar arası çempionatının finalında İspaniyanın "Real Madrid" futbol klubu Argentinanın "San-Lorenso" klubuna qalib gəlib, - "RT".

    Final oyununda sonra baş tutan törən mərasimində "Real Madrid" və Portuqaliya futbol komandasını hücumçusu Kriştiano Ronalado UEFA prezidenti Mişel Platininin əlini sıxmayıb. Ronaldo medallar təqdim olunan zaman Platininin yanından yan keçib.

    Qeyd edək ki, bir müddət bundan əvvəl Platini bəyan etmişdi ki, "2014-cü ilin Qızıl top"a Almaniya futbol yığımasının oyunçularından biri əldə etməlidir. Bu mükafata namizədlər arasında Ronaldo ilə yanaşı, İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi və Almaniya futbol yığmasının qapıçısı Manuyel Noyeri də qeyd etmək olar.

     

     

    4
  • Səudiyyə Ərəbistanının neft naziri: "Neft tezliklə bahalaşacaq"
    22.12.2014 11:55
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Aynur Əliyeva - APA-Economics. Neftin qiyməti tezliklə qalxacaq.

    "APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib.

    Nazirin fikrincə, neftin qiymətinin düşməsi qismən "OPEC-ə daxil olmayan neft istehsalçısı olan ölkələr arasında qarşılıqlı anlayışın olmaması ilə bağlı idi".

    O, əlavə edib ki, neftin qiymətinin düşməsinin digər səbəbi "möhtəkirçilərin çaşqınlığa səbəb olan məlumatları və tamahkarlığı" olub.

    Qeyd edək ki, nazirin bu bəyanatından sonra neftin qiyməti artmağa başlayıb. Belə ki, Brent markalı neftin 1 barelinin qiyməti 62,62 dollara, WTI markalı neftin qiyməti isə 57, 87 dollara yüksəlib.
    6
  • "Simurq" "Bakı"ya qarşı
    22.12.2014 11:55
    http://arxiv.az/media/365/1000/qafqazinfo.az/20141222/32065546/60811.jpg
    http://arxiv.az/media/365/1000/qafqazinfo.az/20141222/32065546/60811.jpg
    Bu gün Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində son oyun keçiriləcək.

    "Qafqazinfo" xəbər verir ki, II dövrənin son oyununda "Simurq" "Bakı"nı qəbul edəcək.  18 xalla 6-cı olan "Simurq" "Bakı"nı məğlub etsə, qış fasiləsinə IV yerdə yollanacaq. 9 xalla elə 9-cu olan "Bakı" üç xalı qazanacağı təqdirdə sadəcə xallarının sayını artıracaq.

    22 dekabr

    Saat 12:00

    "Simurq"- "Bakı"

    Zaqatala şəhər stadionu

    İqbal 
    4
  • Malta baş nazirinin Bakı səfərinin gizlinləri
    22.12.2014 11:55
    http://axar.az/cdn/2014/december/22/1419234771.jpg
    http://axar.az/cdn/2014/december/22/1419234771.jpg
    İngiltərənin nüfuzlu "İndependent" qəzeti Malta Baş naziri Cosef Muskatın Azərbaycan səfərindən yazıb.

    Axar.az-ın məlumatına görə, qəzet Malta Respublikasının Baş naziri Cosef Muskatın Azərbaycana gəlişinin əsas məqsədinin enerji sahəsində əməkdaşlıq olduğunu bildirir. Malta baş nazirinin Azərbaycana hazırlıqsız gəldiyinə diqqət çəkən qəzet səfər zamanı jurnalistlərin iştirak etməməsi və bir sıra gizli məqamlar üzərində dayanaraq kiçik araşdırma aparıb.

    Cənab Muskatın Azərbaycan səfərinin reallaşmasına saatlar qalmış açıqlanmasının arxasında bir sıra gizli məqamların olduğunu yazan dərgi yayılan bəyanatların "gözdən pərdə asmaq" üçün verildiyini bildirib: "Çox qısa bir bəyanat yayıldı. Energetika və Səhiyyə naziri Konrad Mizzi Azərbaycanla enerji, ticarət və diplomatik sahədə münasibətləri müzakirə edəcəklərini bildirdi. Nümayəndə heyəti yalnız dörd nəfərdən ibarət idi".

    Malta mətbuatında bu səfərin olduqca gizli saxlandığını bildirən qəzet məlumatların əsasən Azərbaycan mətbuatında yer aldığını deyir: "Bazar ertəsi verilən 127 sözdən ibarət bəyanatda əsas hadisənin enerji sahəsində strateji əməkdaşlıq haqqında cənab Mizzi və onun azərbaycanlı həmkarı Natiq Əliyev arasında Anlaşma Memorandumunun imzalanması olduğu deyildi. Razılaşmaya görə, SOCAR Malta sularında neft-qaz sahəsində kəşfiyyat işləri aparacaq. Bu günə qədər axtarışlar uğursuz olsa da, bəzi alimlər Maltada neftin olduğunu iddia edir".

    ARDNŞ-nin neft və qaz kəşfiyyat işlərini əsasən Azərbaycanda apardığını bildirən nüfuzlu dərgi şirkətin 2011-ci ildə İsrail sahillərində "Med Aşdod" yatağında beş faiz paya sahib olduğunu bildirib: "Cənab Muskaltın SOCAR ilə əlavə investisiya sazişi gözlənilən idi. Baş nazir detalları açıqlamasa da, bura ofşor zonalar aid edilə bilər".

    Daha sonra Bakının artan strateji əhəmiyyətinə toxunan qəzet Azərbaycanı Avropa üçün Rusiya qazına alternativ ölkə adlandırıb: "Azərbaycan dünyanın ən qədim neft sənayesinin olduğu ölkədir. Ölkə əhəmiyyətli neft istehsalçısı olaraq qalır, lakin onun qaz sənayesi son dövrlərdə inkişaf edib. Azərbaycan getdikcə qaz tədarükçüsü kimi Rusiyaya alternativ hesab olunur. Bu ölkənin strateji əhəmiyyəti yalnız son illərdə artıb. Vəziyyəti mürəkkəbləşdirən əsas amil Azərbaycan qazının Avropaya nəqli üçün qaz kəmərlərinin olmamasıdır. Beləliklə, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi cənubi İtaliyaya, daha sonra Trans-Anadolu Boru Kəməri (TANAP) isə Türkiyə-Yunanıstan sərhədinə Azərbaycan qazının çatdırılmasını reallaşdıra bilər".
    6
  • "Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırşçılar" mövzusunda tədbir keçirilib
    22.12.2014 11:54
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    http://apaholding.az/upload/images/photos/apa_logo.png
    Bakı. Gülnar Bəşirova, Ramiz Mikayıloğlu - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə "Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırşçılar" mövzusunda tədbir keçirilib.

    APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

    Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya üçün bir örnəkdir və bu, dünyada etiraf olunmaqdadır. Prezidentin iki il ərzində 5 dəfə gənclərlə görüşdüyünü xatırladan F. Hacıyev qeyd edib ki, məhz belə görüşlərin birində prezident İlham Əliyev Gənclər Fondunun yaradılmasının zəruriliyini bildirib. 2011-ci il dekabrın 19-da yaradılan Gənclər Fondunun ötən 3 il ərzində həyata keçirdiyi 6 qrant layihəsi barədə məlumat verən F. Hacıyevin sözlərinə görə, ilk qrant müsabiqəsindən bəri müraciətlərin sayı 6 dəfə artıb. Bu dövr ərzində 61 internet resursu (sayt, blok) yaradılıb, 1439 378 ədəd əyani vəsait çap edilib. Layihələr Azərbaycanın bütün bölgələrini əhatə edib. Gənclər Fondunun saytında 304 gənclər təşkilatı, 3842 fərdi gənc qeydiyyatdan keçib.

    F. Hacıyev gələn il Gənclər Fondunun fəaliyyətini daha da genişləndirməyi planlaşdırdığını söyləyib. Fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək: "Gənclərin ən böyük himayədarı prezident İlham Əliyevdir. İki gün sonra dövlət başçısı ad gününü qeyd edəcək. Gənclər adından prezidenti təbrik etmək istəyirəm. Arzu edirəm ki, hər bir gənc prezidentimiz kimi vətənpərvər olsun".

    Gənclər Fondu Müşahidə Şurasının üzvləri olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Həziyev və Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək Gənclər Fondunun fəaliyyəti barədə danışıblar.

    Daha sonra ötən dövr ərzində həyata keçirilən layihələrlə bağlı təqdimatlar olub. Tədbir çıxışlarla davam edib.
    3
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri