ABŞ təmsilçisi Məmmədyarovla Nalbandyanın görüşü barədə

ABŞ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın dekabrın 6-da Vyanada keçirilmiş görüşünü alqışlayır. Virtualaz.org "Sputnik"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian ATƏT-in Vyanadakı Xarici işlər nazirləri şurasının 24-cü iclasında bildirib. Onun sözlərinə görə, ABŞ Dağlıq Aarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.