BÖLÜNMƏZ ŞƏHƏRİN TRAMP BÖLGÜSÜ: amerikalıların yalnız 20 faizi prezidentin qərarını dəstəkləyir - TƏHLİL

BÖLÜNMƏZ ŞƏHƏRİN TRAMP BÖLGÜSÜ: amerikalıların yalnız 20 faizi prezidentin qərarını dəstəkləyir - TƏHLİL Daud Kuttab "Project Syndicate" (Çexiya) Üç həftə boyu ABŞ hökuməti Fələstin xalqına üç cəbhədə hücum etdi. Birincisi, noyabrın 17-də prezident Donald Tramp administrasiyası Fələstinin Azadlıq Təşkilatının Vaşinqtonda yerləşən diplomatik nümayəndəliyini bağlamaq qərarını (sonradan bu fikirdən daşındı) elan etdi. Dekabrın 5-də ABŞ Konqresi "Teylor Qanunu"nu qəbul edərək (əgər Fələstin Administrasiyası Fələstinli döyüşçülərinə aylıq maaş, ölən və ya məhkum edilmiş döyüşçülərin ailələrinə digər aylıq ödənişləri dayandırmazsa), 2018-ci ildən 2024-cü ilədək Fələstin dövlətinə yardımının kəsilməsi qərarı aldı. Amma son, üçüncü hücum sülhə nail olmanın yolunu kökündən dağıdacaq. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının keçmişdə qəbul edilən qətnamələr bir yana, Trampa qarşı qlobal müxalifətə baxmayaraq, ABŞ rəsmi olaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb. Mesaj aydındır: Tramp administrasiyası iki tərəf arasında bərabər bir razılaşmaya vasitəçilik etməli deyil, İsrailin fələstinlilərlə barışıq versiyasını diktə etməyə qərarlıdır. Əlbəttə, Tramp administrasiyası bunun necə olacağını təqdim etmir. Məlum açıqlamadan əvvəl "New York Times"ın yazdı ki, Tramp administrasiyasının rəsmilərinin fikrincə, ABŞ səfirliyini Beytül-Müqəddəsə köçürməklə "Amerikanın mövqeyindəki qeyri-müəyyənlik aradan qalxacaq" və sülh prosesi sürətlənə bilər. Bütün bunlar göstərir ki, səfirlik məsələsi hər altı ayda bir dəfə ABŞ prezident Tel-Əvivdəki səfirliyi yerində saxlamaq üçün yeni bir qərar imzalamalıdır. Bu da hər kərə siyasi gərginlik doğurur. Mövzu ilə əlaqədar çıxışında Tramp bu dəlili dilə gətirdi. Qüdsü İsrailin paytaxtı olaraq rəsmən tanıdığını deyərək, iddia etdi ki, bu, "sülh prosesini inkişaf etdirmək və illərlə davam edən bir razılaşma naminə uzun zaman təxirə salınmış bir addımdır". Həmçinin, bu qərar "sülh müqaviləsinə nail olmanı asanlaşdırmaq üçün götürülən öhdəliyimizdən heç bir şəkildə geri çəkilmə deyil". Lakin Tramp İsrailə verilən üstünlükləri vurğulayıb: "İsrail öz paytaxtını müəyyənləşdirmək hüququ olan suveren bir dövlətdir". Fələstinə gəlincə, əlbəttə, o, ABŞ tərəfindən suveren dövlət olaraq tanınmır. Beləliklə, iki tərəf arasında ədalətli sülh razılaşması axtarılmasından uzaqlaşan Tramp, israillilər üçün effektiv qələbəni elan etdi və fələstinlilərə isə məğlubiyyəti sakitcə qəbul etmə göstərişi verdi. Fələstinlilər müqavimət üçün dərin bir qabiliyyətə malikdir. İsrailli hökuməti ötən il Haramül- Şərif / Əl-Əqsa məscidinin girişindəki metal detektorları quraşdırmaq barədə birtərəfli qaydada qərara gəldiyi zaman, fələstinlilər iki həftə məscidin xaricində nümayişə çıxıb, israillilərin qərarı ləğv etməyə məcbur etdilər. ABŞ səfirliyinin Qüdsə köçürülməsi güclü rəmzi hərəkətdir və bu, Şərqi Qüdsdə yaşayan 300 min fələstinli deyil, hətta dünyanın dörd bir yanında yaşayan 12 milyondan artıq fələstinlindən daha güclü bir müqavimət doğura bilər. Tramp administrasiyası bunu tanımasa da, Məkkə və Mədinədən sonra İslamda üçüncü ən müqəddəs yer olan Qüds - yalnız İsrail-Fələstin yox, bütün dünyada 350 milyon ərəb və 1,5 milyard müsəlmana birbaşa aid olan və həyati əhəmiyyətli məsələdir. Tramp hesab edir ki, Səudiyyə Ərəbistanı ilə hazırkı "bal ayı" ona ərəb liderlərinin caynağından çıxma imkanı verir. Lakin vəliəhd-şahzadə Məhəmməd bin Salman islahat prosesində güclü müxalifətlə üz-üzədir. Buna görə də, Qüds məsələsində Trampa dəstək verə bilməz. Əslində, müsəlman və Ərəb dünyasının liderləri sadəcə ABŞ-ın xristian-sionist yevangelistlərinin kiçik rəğbətini qazanmaq üçün (o, Amerika yəhudilərinin dörddə birinin dəstəyini alıb) Trampın Qüdsü birtərəfli qaydada, İsrailə verməsinə imkan yaratmayacaq. "Fəth" Mərkəzi Komitəsinin üzvü Məhəmməd Ştayyət artıq Fələstin rəhbərliyinin İordaniya və digər ərəb dövlətləri ilə koordinasiyada diktəyə qarşı çıxacağını söyləyib. Fələstinlilərin ədalətli sülh razılaşması tələbini dəstəkləyən yalnız ərəblər və müsəlmanlar deyil. Dünyada bütün dini və milli mənşəli saysız-hesabsız insan, həmçinin BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının və Beynəlxalq Ədalət Məhkəməsinin qətnamələri də bu mövqeyə dəstək verir. Bu, hətta ABŞ-da da belədir: Ərəb-Amerika İnstitutunun açıqladığı sorğuya əsasən, (Amerika ərəbləri və Amerika yəhudiləri də daxil olmaqla) amerikalıların yalnız 20%-i ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə razılıq verir. Fələstinlilər, Şərqi Qüdsün - Fələstin dövlətinin paytaxtı olması və İsrailin paytaxtı olaraq Qərb Qüdslə - ikidövlətli bir həllə çağırır. İsraillilər, əksinə, ardıcıl olaraq ikidövlətli həll yoluna qarşıdır və Beytül-Müqəddəsi yalnız özləri üçün tələb edirlər. Bir sözlə, İsrail-Fələstin münaqişəsinin həll edilməsi üçün İsrail hökuməti və Tramp administrasiyası mövqelərini dəyişməlidir. İsraildə bir çoxları bunu etiraf edir. 25 tanınmış israilli, o cümlədən sabiq diplomatlar, ordu generalları və alimlər Trampın sülh elçisinə Qüds qərarı ilə bağlı bir məktub yazıblar. "Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin təməlində yatır və bu münaqişənin həlli çərçivəsində müəyyənləşdirilməlidir", - deyə onlar qeyd edib. İstənilən həyat qabiliyyətli sülh müqaviləsi zamanın sınağından keçir. Yəni ədalətli olmaq lazımdır, bir tərəfi qaynaşma durumuna qoymaqla, dünya miqyasında milyonlarla insanın tənbehinə məruz qalarsan. Fələstinlilərin ağızlarını yumma təşəbbüsü sülh deyil, əksinə, şiddət ehtimalını artırır. Tərcümə: Strateq.az