İsrailli nazirdən gözlənilməz açıqlama: Tramp Qüdsü böldü

ABŞ-ın Qüdslə bağlı qərarı yetərsizdir. Axar.az xəbər verir ki, bu sözləri İsrailin Qüds işləri üzrə naziri Zeev Elkin deyib. O bildirib ki, Trampın Qüdslə bağlı son qərarı şəhərin şərqinin fələstinlilərə verilməsi üçün əsas yaradır: “Tramp planlı şəkildə “Birləşmiş Qüds” ifadəsini işlətmədi. Ölkəmiz şəhərin bölünməsinə icazə verməyəcək. Bu, olduqca önəmli faktordur”.