İsrail sözdən anlamaz, onu yalnız... - Partiya sədri

Hazırda İslam dünyasının bir nömrəli məsələsi ABŞ-ın Qüdslə bağlı atdığı addım olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu deyib. “İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantıya dəvət edilməsi olduqca önəmlidir. Lakin bu da, Türkiyənin mövqeyindən asılı olacaq. Hökumət İsraillə olan siyasi, iqtisadi və sosial əlaqələri kəsməlidir. İsrail sözdən anlamaz. Sanksiyadan, gücdən anlayar. İslam ölkələri zəiflik nümayiş etdirməməlidir. Olduqca ciddi mövqe sərgilənməlidir”, - partiya lideri bildirib.