Rusiya və Ermənistan XİN başçıları Qarabağı müzakirə etdilər

Ermənistan və Rusiya xarici işlər nazirləri - Edvard Nalbandyan və Sergey Lavrov Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər. Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb. "Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar", - Ermənistan XİN-in saytında bildirilir. Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Dağlıq Qarabağ münaq