Debütant çempiona bata bilmədi

Azərbaycan Premyer Liqasında 4-cü turdan təxirə salınmış bir oyun keçirilib. Publika.az xəbər verir ki, debütant "Səbail” lider "Qarabağ”ı qəbul edib. "Bayıl Arena”da baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xalını 37-yə çatdıran "Qarabağ" zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Səbail" isə 13 xalla 6-cı pillədədir. Azərbaycan Premyer Liqası. 4-cü tur 8 dekabr Səbail - Qarabağ 0:2 Qollar: Pedro Enrike, 57. Dani Kintana, 69-p.