"Əl-Qaidə" ABŞ-la İsraili hədələdi

"Əl-Qaidə" terror təşkilatı ABŞ və İsraili təhdid edib. APA-nın verdiyi xəbərə görə, ABŞ prezidenti Donlad Trampın Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra "Əl-Qaidə" terror təşkilatı ABŞ, İsrail və müttəfiqlərinə qarşı təhdidlər yaymağa başlayıb. Qeyd edək ki, Donald Tramp ABŞ səfirliyinin Tel-Avivdən Qüdsə köçürülməsinə qərar verib.