UEFA "Real"ın futbolçusunu diskvalifikasiya etdi

"Real"ın müdafiəçisi Dani Karvahalın cəzası açıqlanıb. Milli.Az  goal.az -a istinadən xəbər verir ki, UEFA ulduz futbolçunu 2 oyunluq diskvalifikasiya edib. Buna səbəb sağ cinah oyunçusunun Çempionlar Liqasının qrup mərhələsinin V turunda APOEL-də (6:0) görüşdə sarı vərəqə almasıdı. Belə ki, qitə futbol qurumu Karvahalın cəzalı duruma düşmək üçün həmin qarşılaşmanın 90-cı dəqiqəsində qəsdən sarı vərəqə aldığı qənaətinə gəlib. Bu üzdən İspaniya millisinin üzvünün cəzası 1 yox, 2 oyunluq olub. Bu isə o deməkdir ki, Dortmund "Borussiya"sı (3:2) ilə qrupun son matçını buraxan Karvahal 1/8 final mərhələsinin ilk görüşündə də komandasına kömək edə bilməyəcək. Milli.Az Digər maraqlı xəbərlər  Milli.Az-ın Facebook  səhifəsində ŞƏRH YAZ