“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi Ağdaşda

“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Ağdaş rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 dekabr 2017-ci il tarixdə Ağdaş rayonunda keçirilmişdir. Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Ağdaş rayonundan seçilmiş millət vəkil Cavid Osmanov, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir. Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili Cavid Osmanov, Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.