Şehiç Çempionlar Liqasının simvolik yığmasına düşüb

FaktXəbər-in məlumatına görə, Azərbaycanın "Qarabağ" futbol klubunun qapıçısı İbrahim Şehiçin adı Çempionlar Liqasının qrup mərhələsinin simvolik yığmasına daxil edilib. Buna səbəb bosniyalı qapıçının qrup mərhələsində "Roma", "Atletiko" və "Çelsi"yə qarşı oyunlarda öz ustalığını nümayiş etdirməsidir. Dünya liqalarında, əsasən, planetin aparıcı çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə futbolçuların və klubların statistik göstəriciləri üzrə ixtisaslaşan "Whoscored.com" portalı "Qarabağ"ın qapıçısına ötən mərhələ üçün 7,4 bal qiymət verib. Portalın tərtib etdiyi simvolik yığmada Con Stounz, Naço Fernandes, Dani Alves, Leven Kurzava, Filippe Koutinyo, Eden Azar, Məhəmməd Salah, Neymar, Harri Keyn və Kriştianu Ronaldunun da adlarına rast gəlmək mümkündür.