yuxarıya
"Xəmsə" Milli İntellektual oyunu üzrə 2-ci Respublika çempionatı keçiriləcək
13.12.2012 21:34
A A
Sabah Gəncədə məktəblilər arasında "Xəmsə" Milli İntellektual oyunu üzrə 2-ci respublika çempionatı keçiriləcək.

Gün.Az xəbər verir ki, çempionat "Gənclərin İntellektual İnkişaf Mərkəzi" (GİİM), Gənclər və İdman Nazirliyi və BMT-nin UNİCEF Uşaq Fondu ilə birgə keçirilir.

GİİM rəhbəri, "Xəmsə" televiziya layihəsinin prodüseri, oyunun ideya rəhbəri Faiq Hüseynov əsas məqsədin regionlarda intellektual hərəkatın populyarlaşdırılması olduğunu deyib.

"Biz çalışırıq ki, ölkəmizin hər bir guşəsində yaşayan istedadlı və savadlı gənclər öz bilik və bacarıqlarını göstərmək üçün fürsət əldə etsinlər. Gəncədə böyük miqyaslı belə bir tədbirin keçirilməsi regionların inkişafı yolunda atdığımız növbəti töhfədir".

Fidan Əliyeva

Mənbə: gun.az   
Hörmətli İstifadəçi, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
42
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli 200 saatlıq icbari əməyə cəlb edilib
    18.05.2013 11:29
    Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli 200 saatlıq icbari əməyə cəlb edilib.Bu barədə APA-ya Ü. Həsənli özü məlumat verib.Ü. Həsənli deyib ki, yanvar ayında Bakıda keçirilən "Əsgər ölümlərinə son" aksiyasında iştiraka görə, 600 manat cərimə edilib. Lak...
  • Obamanın "qara siyahı"sındakı azərbaycanlı kimdir?
    18.05.2013 11:19
    Mayın 7-də Rusiyanın ən qədim tarixə malik "Matrosskaya tişına" təcridxanasından qaçan Oleq Topalov 24 saat sonra həbs edildi. Mayın 13-də isə təcridxananın rəisi Fikrət Tağıyevin işdən azad edilməsi barədə məlumat yayıldı. Amma tezliklə azərbaycanlı polkovnikin işd..
  • Bakıda rus qızını zorlayan şirkət rəhbəri həbs olundu
    18.05.2013 12:48
    Bakı Şəhər Prokurorluğu Rusiya vətəndaşının Bakıda zorlanması ilə bağlı məlumat yayıb.Məlumata görə, Rusiya Federasiyasının vətəndaşı İrina Bazaronun 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəh..
  • Azərbaycanda hərbçilər qəzaya uğradılar:5 ölü, xeyli sayda yaralı Yenilənib
    18.05.2013 14:08
    Hərbçilərdən ikisinin vəziyyəti daha ağır olduğu üçün helikopterlə Bakıya göndəriləcəkAzərbaycanda baş verən yol qəzasında həlak olan hərbçilərin sayı 5 nəfərə çatıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza nəticəsində xəsarətlə...
  • İmişlidə arabaçı su kanalına düşdü
    18.05.2013 14:25
    İmişli rayonu ərazisində baş vermiş bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Çingiz Ağayev istifadə olunmayan dəmir yolu xəttinin üzərində mexaniki araba ilə hərəkətdə olarkən...
  • Laçının işğalından 21 il keçir
    18.05.2013 15:28
    Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür.İyirmi ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağ...
  • Hatay vilayətində daha bir partlayış: 9 ÖLÜ
    18.05.2013 15:44
     Türkiyənin Hatay vilayətində baş vermiş növbəti partlayışda 9 nəfər ölüb.Yerli mətbuatın yaydığı məlumata görə, hadisə Altınözü rayonu Tanışma kəndindəki qeyri-qanuni fəaliyyət göstərən yanacaq deposunda meydana gəlib. Məlumata görə, rayon polis bölməsinə ...
  • Futbolda kütləvi dava
    18.05.2013 15:28
    İspaniya kubokunun final oyununda dava düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, "Real"-"Atletiko" oyununda qarşıdurma yaranıb.Kriştinao Ronaldonun meydandan çıxarılması futbolçular və məşqçilər heyətinin kütləvi davasına səbəb olub.Xatırla...
  • KXCP Qazax və Ağstafada da seçki qərargaları yaratdı
    18.05.2013 15:57
    Klassik Xalq Cəbhəsi Partiyasının Qazax və Ağstafa rayon şöbələrinin Məclisinin iclası keçirilib.Hər iki şöbənin iclasında ölkədəki ictimai-siyasi vəziyyət, seçkiyə hazırlıq və şöbələrin qarışısında duran vəzifələr müzakirə edilib. Eyni zamanda, iclasda Qaza..
  • "Atletiko" "Kral Kuboku"nun qalibi oldu: "Real" fiaskoya uğradı
    18.05.2013 16:25
    İspaniyada "Kral kuboku" uğrunda final qarşılaşması keçirilib. Teleqraf.az xəbər verir ki, Həlledici görüşdə Madridin iki təmsilçisi - "Real" və "Atletiko" üz-üzə gəlib.Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Komandalar 90 dəqiqəni 1:1 hesabı ilə baş...
XƏBƏR LENTİ
Topnews.az facebook page
  • Mətbəx sirləri: Yumurta marinadı
    19.05.2013 07:09
    http://www.milli.az/bpictures/picture188896.jpg
    http://www.milli.az/bpictures/picture188896.jpg
    Marinada qoyulmuş yumurta Almaniyada gündəlik, ucuz və dadlı yemək sayılır. Marinadlar müxtəlif olur - bir qədər zəif, yaxud çox turş, acı, ədviyyatlı. Biz klassik variantını hazırlayaq.

    Tərkibi:

    8 yumurta

    2 soğan

    60 q şəkər tozu

    60 q duz

    1 x.q. xardal toxumu

    1 x.q. zirə

    1 x.q. dənəvər qara istiot

    3 ardıc giləmeyvəsi

    2 ədəd acı istiot

    1 dəfnə yarpağı

    200 ml bəyaz şərab sirkəsi

    1 dəstə cəfəri

    1 dəstə şüyüd

    1/2 dəstə tərxun

    1 şərid limon sedrası

    Soğanı təmizləmədən yarı bölün. Quru, qaynar tavada kəsik tərəfini qızaranadək qovurun (yağsız).

    1,3 l su, soğan, şəkər tozu, duz, sirkə və ədviyyatla marinad bişirin. Duz və şəkər əriyəndən sonra vam odda 5 dəqiqə qaynadın. Ocaqdan götürün, soyudun.

    Göyərtini yuyub qurudun. Suda bərk bişirilmiş yumurtanı təmizləyin. Bir bankaya yumurtaları, göyərtini, limon sedrasını yığın, soyudulmuş marinadı üstünə tökün. Bankanın qapağını bağlayın. Bir sutka saxlayın. Bir həftədən çox saxlamayın.

    Nuş olsun!

    0
    Mənbə: milli.az  
  • Rus rejissor öldü
    19.05.2013 07:09
    http://anspress.com/images/photos/38549.jpg
    http://anspress.com/images/photos/38549.jpg
    Məşhur rusiyalı rejissor Aleksey Balabanov vəfat edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Brat", "Voyna", "Jmurki" kimi populyar filmlərin rejissoru 54 yaşında dünyasılnı dəyişib.

    Qeyd edək ki, Aleksey Balabanov 1959-cu ildə Sverdlovskda doğulub. Balabanov ömrünün son illərini Peterburq şəhərinin kənarındakı xüsusi evdə yaşayırdı. Onun iki oğlu var.
    1
    Mənbə: anspress.com  
  • İslamçılarla polis toqquşdu: 37 ölü var
    19.05.2013 07:08
    http://ann.az/file/pic/news/2013-05/1367874004_tapanca.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367874004_tapanca.jpg
    Banqladeşdə radikal islamçılar və polisin qarşıdurmasında ölənlərin sayı 37 nəfərə çatıb. Daha öncə 22 nəfərin öldüyü bildirilirdi.

    «Hifazat-i-İslam» təşkilatının nümayişində 200 minədək insan iştirak edib. Etirazçılar Xalq liqasının hökumətinə inanmadıqlarını bəyan edirlər. Onlar bu hökuməti ateizmdə günahlandırırlar. Dinc nümayiş bir müddətdən sonra qarşıdurmaya çevrilib. Nümayişçilər polislərə daş, bomba atıblar, hakim partiyanın ofisinə hücuma keçiblər.

    APA
    1
    Mənbə: ann.az  
  • "Real" azarkeşləri Ançelottiyə "yox" dedi
    19.05.2013 07:08
    http://ann.az/file/pic/news/2013-05/1367905044_anclotdi.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367905044_anclotdi.jpg
    "Real"n baş məşqçisi Joze Mourinyonun mövsümün sonunda komandadan ayrılacağı, əvəzinə isə PSJ-in baş məşqçisi Karlo Ançelottinin gələcəyi ilə bağlı xəbər yayılıb.

    "Real" azarkeşləri bu xəbəri birmənalı qarşılamayıb. İspaniyanın "Marka" qəzetinin keçirdiyi sorğuya əsasən azarkeşlərin 62 faizi italiyalı mütəxəssisi komandada görmək istəməyib. Yalnız 38 faiz azarkeş Ançelottinin "Real"a gəlməsinin tərəfdarıdır.

    1
    Mənbə: ann.az  
  • Yaponiya dünyanın ən sürətli superkompüterini yaradacaq
    19.05.2013 07:08
    http://ann.az/file/pic/news/2013-05/1367874487_1.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367874487_1.jpg
    Yaponiya dünyanın ən sürətli superkompüterini yaratmaq qərarına gəlib. Tokio KİV-nin verdiyi məlumata əsasən, superkompüter üzərində işlərə 2014-cü ildə başlamaq planlaşdırılır. Onun hazırlanmasına 100 milyard yena (1 milyard dollardan çox) ayırmaq planlaşdırılır.

    "ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, 2011-ci ildə Yaponiyada "K" superkompüteri yaradılıb. Onun məhsuldarlığı 15.1 petaflops (saniyədə kvadrilyon əməliyyat) təşkil edir. Sözügedən superkompüter 88 min səkkiznüvəli prosessorla təchiz olunub, onun yaradılmasına 112 milyard yena (1.42 milyard dollar) xərclənib. Lakin 2012-ci ildə bu nəhəng birinciliyi Amerikanın "Sekvoya" superkompüterinə uduzub.

    Hazırda superkompüteri üçüncü yerdə qərarlaşmış Yaponiya yenidən liderliyi özünə qaytarmaq istəyir.

    ICT
    1
    Mənbə: ann.az  
  • İpoteka kreditləşməsininin həcmi 0,6 milyard dollara çatıb
    19.05.2013 07:07
    http://ann.az/file/pic/news/2013-05/1367871623_1.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367871623_1.jpg
    Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-aprel aylarında 32,06 milyon manat məbləğində kredit verilib ki, bu da I rübün nəticələri üzrə maliyələşdirmənin həcmini 2,11 dəfə üstələyir. Bu barədə bazar ertəsi AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

    Hesabata əsasən, mart ayında ipoteka kreditinin həcmi 2013-cü ilin fevral ayında verilmiş kreditdən 2,05 dəfə çox olub.

    AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 435 milyon manat (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat) dəyərində ipoteka krediti ayrılıb.

    2013-cü ilin yanvar-aprel ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 20,4 milyon manat (I rübün yekunları üzrə göstəricidən 69,3 faiz çox) təşkil edib. AİF aprel ayında istiqrazlar yerləşdirməyib, buna görə də qiymətli kağızlar portfeli fevral ayınının göstəricisi səviyyəsində - 11 milyon manat qalıb. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər adi ipotekanın maliyyələşdirilməsinə ayrılır.

    Aprel ayında, həmçinin sosial ipotekanın maliyyələşdirilməsi üçün vəsait ayrılmayıb, 2013-cü il dövlət büdcəsində sosial ipoteka üçün 40 milyon manat nəzərdə tutulub, bu vəsaitdən Fonda hələlik 20 milyon manat köçürülüb.

    1
    Mənbə: ann.az  
  • "Samsung" şirkəti "Galaxy Core" smartfonunu təqdim edib
    19.05.2013 07:07
    http://ann.az/file/pic/news/2013-05/1367905356_telefon.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367905356_telefon.jpg
    "Samsung Electronics" bu ay büdcəyə uyğun növbəti - yeni, iki SİM kartlı smartfon istifadəyə verəcək.

    Şirkətdən verilən məlumata əsasən, yeni "Galaxy Core" aparatı iki variantda əlçatan olacaq: bir və iki SİM kartla. "Cybersecurity.ru" saytı bildirir ki, hər iki variant 1.2 QHs takt tezlikli "Snapdragon" prosessoru, 1 Qb əməli yaddaş, 8 Qb daxili yaddaş, 5 meqapiksellik kamera və 4,3 düymlü sensor ekranla təchiz edilib.

    Bundan başqa, "Core" smartfonu bir sıra "ağıllı" funksiyalara malikdir. Qiymət və çıxarılma tarixi barədə məlumat yoxdur.

    Ict
    1
    Mənbə: ann.az  
  • "Barselona"nın istədiyi türk
    19.05.2013 07:07
    http://art.ann.az/file/pic/news/2013-05/1367874131_1.jpg
    http://art.ann.az/file/pic/news/2013-05/1367874131_1.jpg
    Kataloniya təmsilçisi İlkay Gündoğan üçün rəsmi təklif ünvanlamağı planlaşdırır

    İspaniyanın "Barselona" klubu "Borussiya"nın (Dortmund) türk futbolçusu İlkay Gündoğanı transfer etmək fikrinə düşüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır.

    Qeyd edək ki, 23 yaşlı futbolçunun "Borussiya" (Dortmund) klıubu ilə 2015-ci ilədək müqaviləsi var. Futbolçu isə öz növbəsində Almaniyada çox xoşbəxt olduğunu və Dortmunddan ayrılmağı düşünmədiyini bildirib: "Ancaq gələcəkdə də nə olacağını söyləyə bilmərəm".

    ANSPRESS
    1
    Mənbə: ann.az  
  • Azərbaycanda azarkeşi vuran məşqçi bağışlanılmadı
    19.05.2013 07:06
    http://art.ann.az/file/pic/news/2013-05/1367872007_1.jpg
    http://art.ann.az/file/pic/news/2013-05/1367872007_1.jpg
    Georgi Çixradzenin 10 matçlıq cəzası qüvvədə qalıb

    Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda "Simurq" PFK və "Xəzər Lənkəran" FK-nın müraciətlərinə baxılıb. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

    1. AFFA-nın İntizam Komitəsinin "Simurq" PFK-nın baş məşqçisi Georgi Çixradze barədə çıxardığı 30.04.2013-cü il tarixli qərarı barədə etdiyi müraciəti baxılmamış saxlanılsın.

    2. AFFA-nın İntizam Komitəsinin "Xəzər Lənkəran" FK barədə çıxardığı qərarı (Azərbaycan Kubokunun "Xəzər Lənkəran"- "Bakı" oyununda azarkeşlərin meydançaya daxil olmaları ilə bağlı cərimə) qüvvədə saxlanılsın.

    Qeyd edək ki, Georgi Çixradze "Xəzər Lənkəran"-"Simurq" matçında azarkeşi vurmuşdu.

    1
    Mənbə: ann.az  
  • Prokurorluqdan Almaniya vətəndaşının qətli ilə bağlı şok açıqlama
    19.05.2013 07:06
    http://sport.ann.az/file/pic/news/2013-05/1367871033_1.jpg
    http://sport.ann.az/file/pic/news/2013-05/1367871033_1.jpg
    Azərbaycan Baş Prokurorluğu Almaniya vətəndaşını öldürməkdə təqsirləndirilən şəxsi həbs edilməsi barədə məlumat yayıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, mayın 2-də saat 14 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Almaniya Federativ Respublikasının vətəndaşı Şilder Vüsal Adolfun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla müəyyən edilib ki, əvvəllər xuliqanlıq niyyəti ilə digər şəxslərə bıçaqla xəsarət yetirməklə törətdiyi cinayətlərə görə iki dəfə məhkum olunmuş Elman İsgəndərov qohumu Seymur Talıbov və qeyrilərindən ibarət bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi əsasında Bakı şəhərində yaşayan Vüsal Şilderi qəsdən öldürmək üçün qeyd edilən tarixdə Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında sonuncuya yaxınlaşaraq üstündə olan bıçaqla gicgah nahiyəsinə, döş qəfəsinə və bədəninin digər nahiyələrinə xəsarətlər yetirməklə onu qəsdən öldürüb, hadisə yerindən qaçıb.

    Daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E. İsgəndərov mayın 4-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hadisə yerinə baxış zamanı oradan cinayəti törədən zaman E. İsgəndərovun əynində olmuş başlıqlı idman köynəyi, həmçinin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı cinayətin aləti olan bıçaq tapılaraq maddi sübut kimi götürülüb.

    E. İsgəndərov iş üzrə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5 (sifarişlə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    1
    Mənbə: ann.az  
  • Tehran cümə namazının rəhbəri: "Bəzi namizədlərin dedikləri lətifəyə oxşayır"
    19.05.2013 07:06
    http://www.mediaforum.az//images/articles/2013/05/17/ehmedcenneti1.jpg
    http://www.mediaforum.az//images/articles/2013/05/17/ehmedcenneti1.jpg
    Mayın 17-də Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Cənnəti qarşıdan gələn prezident seçkisindən və namizədlərin xalqa vədlərindən danışıb.

    Gələn ay İranda prezident seçkisi keçiriləcək.

    "Media forum" saytının məlumatına görə, axund Cənnəti deyib ki, növbəti prezident sadə həyat tərzi sürməli, fəsada qarşı mübarizə aparmalıdır: "Prezidentliyə namizədliyini irəli sürənlərin çoxunu xalq tanıyır. Onların bəzisinin dedikləri çox gülüncdür və lətifəyə oxşayır. Məsələn, bəzi namizədlər deyirlər ki, prezident seçilsələr Amerika ilə birbaşa danışıqlara başlayacaq, İrana qarşı sanksiyaların ləğvinə çalışacaqlar. Bu, lətifədir, çox gülünc sözlərdir.

    Görün Amerika Misirlə nə edib. Misirdə o qədər ac var ki, gecəni qəbiristanlıqda yatırlar. Məgər Amerikanın kiminsə xeyrinə çalışması, kiminsə xeyrini istəməsi mümkündürmü? Görəsən, belə düşüncə tərzinə malik namizədə səs vermək olarmı?"

    "Media forum"
    1
    Mənbə: mediaforum.az  
  • Futbolçu hakimi öldürdü
    19.05.2013 07:06
    http://ann.az/file/pic/news/2013-05/1367873389_1.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367873389_1.jpg
    Amerikada həvəskarlar arasında keçirilən futbol çempionatında faciəvi olay baş verib. Fanat.az xəbər verir ki, ötən həftə 17 yaşlı futbolçu 46 yaşlı hakim Rikardo Portilyoya zərbə endirib.

    Buna Portilyonun futbolçuya sarı vərəqə göstərməsi səbəb olub. Zərbə o qədər qüvvətli alınıb ki, hakim komaya düşüb.

    Bir neçə gün xəstaxanada yatdıqdan sonra Portilyo vəfat edib. Futbolçu isə həbs olunub.

    Fanat.az
    1
    Mənbə: ann.az  
  • Foqts: "Araz Abdullayev üzr istədi"
    19.05.2013 07:05
    http://art.ann.az/file/pic/news/2013-05/1367903147_01.jpg
    http://art.ann.az/file/pic/news/2013-05/1367903147_01.jpg
    Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun müsahibəsi

    - Milli komandanın Lüksemburqla iyulun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində oyunu var. Artıq heyət də məlumdur. Bundan sonra heyətdən hansısa dəyişiklik gözlənilir?

    - Biz 25 oyunçuyla hazırlıq görəcəyik. Lüksemburqla oyuna qədər heyəti dəyişdirməyəcəyik. Mayın 25 -də Qətərə yola düşəcəyik. Mənə lazımdır ki, oyun təcrübəsi az olan oyunçuları sınaqdan keçirim. Kubokun finalında "Nefçti"dən iştirak edən Mahir, Araz və Rəşad, "Xəzər Lənkəran"dan isə Rahid və Elnur bizimlə Qətərə gedə bilməyəcək. İlk növbədə onu qeyd edim ki, Lüksemburqla oyunda cəza səbəbindən Vüqar Nadirov və Rauf Əliyev də iştirak edə bilməyəcək.

    - Deyəsən, Araz Abdullayevlə probleminizi həll eləmisiniz.

    - Arazla oturub söhbət etmişik. Gəncdi, səhvə yol verə bilər, əsas odur ki, o səhvini başa düşüb üzr istəməyi bacarıb. Bu, çox xoş haldı. Məncə, belə bir oyunçuya şans vermək lazımdı. Bu nə medianın, nə də digərlərinin təzyiqi ilə baş verib. Arazı özüm milliyə çağırmışam. Bundan başqa Əfran və Vaqifin də hazırkı forması məni qane etmir. Mən onların iştirakını bir neçə oyun izləyəcəm. Bu baxımdan mən Arazı çağırmışam ki, rəqabət artsın. Mən bilirəm ki, Lüksemburqla oyunda bir hissə oynayıb. U 21-in Makedoniya ilə oyununda iştirak üçün həmin yığmanın heyətinə yollanacaq. Mən çox sevinirəm ki, millidə artıq Vaqiflə Əfranın alternativi var. Arazın son üç oyununa baxmışam və onun ikisini də çıxışını bəyənmişəm.

    - "İnter"dən Asif Məmmədov necə, heyətə qoşula bilərmi?

    - "İnter"dən Asif Məmmədovu mən də, köməkçim Nazim Süleymanov da izləyib. Çempionat səviyyəsində güclü futbolçudur. Lakin fikrimcə, beynəlxalq arenada daha sürətli futbol oynayırlar. Həmçinin onun mövqeyində bizim Vaqif, Əfran, Cihan kimi futbolçularımız var.

    - Xüsusən Rauf Əliyevin yoxluğunda millimizin hücum xətti dişsiz görünür, Cihan Özkara və Branimir Subaşiç isə praktika baxımından əziyyət çəkir.

    - Mən sizinlə razıyam ki, Subaşiç və Cihan uzunmüddətdir ki,oynamır. Ona görə də Qətərlə oyunu təşkil edirik. Amma Branimir təcrübəli oyunçudur. Məncə, o, təcrübəsi ilə komandaya kömək edə bilər. Sözsüz ki, biz Lüksemburqu udmaq istəyirik və bunu edə bilərik. Bunun üçün sürətli futbol və təbii ki, istək olmalıdır. Bu işdə Branimirin təcrübəsi bizə kömək ola bilər. Mən onu Qətərdə bir daha sınayacağam.

    - Hamı Lüksemburq üzərində qələbə gözləyir. Məğlub olsanız, vəziyyət qəlizləşir. Belə olsa, istefa verəcəksiniz?

    - Mənim müqaviləm var və onun sonuna qədər işləmək istəyirəm. Amma AFFA rəhbərliyi başqa fikirdə olsa, bunu hiss eləsəm, gedərəm. Mən komandama güvənirəm. Lüksemburq Şimali İrlandiya ilə səfərdə heç-heçə oynayıb. Səfər matçlarında müdafiə meyilli və sıx oynayır. Amma biz düzgün hazırlıq keçsək və orta xətlə yox cinahları işlətsək, Lüksemburqu məğlub edə bilərik.

    - "Atletiko" (Madrid) Bakıya gəlsə, millinin oyunçularının bu kluba qarşı oynamasına razılıq verməmisiniz. Niyə?

    - Şəxsən mənə sual verilməyib ki, milli komanda "Atletiko" ilə oynasın. Kim deyir ki mən buraxmamışam?

    - "Bakı" klubunun rəhbərliyi belə deyir. Siz demisiniz ki, mən məsləhət görmürəm.

    - Yenə deyirəm, mənə belə təklif olunmayıb. Heç baş katib və AFFA prezidentinə də deyilməyib. Mən Bakıya gələndə eşitmişəm ki, "Atletiko" bura gəlir. Məncə, bu, sırf "Atletiko" və "Bakı" arasında olan müqavilədi. Yenə deyirəm, mənə bu barədə heç bir təklif olunmayıb. Mən yalnız demişəm ki, inanmıram, "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" kimi klublar çempionatın sonunda belə bir qızğın vaxtda oyunçularını buraxsın.

    anspress.com
    1
    Mənbə: ann.az  
  • Vulkan püskürdü, 5 alpinist həlak oldu
    19.05.2013 07:05
    http://ann.az/file/pic/news/2013-05/1367905554_vulkan.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367905554_vulkan.jpg
    Filippinin ən fəal vulkanlarından biri olan Mayonun püskürməsi və havaya iri qaya parçaları tullaması nəticəsində 5 alpinist həlak olub.

    ANN.Az-ın "Associated Press"-ə istinadən verdiyi xəbərə görə, püskürmə zamanı 7 nəfər yaralanıb, ondan çox adam kraterin yaxınlığında qapalı vəziyyətdə qalıb. Belə hadisənin baş verməsi 3 il ərzində ilk dəfədir.

    Xəsarət alanlardan bəziləri kritik vəziyyətdədir. Vulkanın havaya qaldırdığı iri qaya parçalarının vuraraq öldürdüyü alpinistlər arasında Almaniya, Avstriya və Filippin vətəndaşları da var.

    1
    Mənbə: ann.az  
  • Bakıda "Katalizator" sərgisi açılıb
    19.05.2013 07:00
    http://ann.az/file/pic/news/2013-05/1367905078_resm-sergiler.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367905078_resm-sergiler.jpg
    Mayın 6-da Birləşmiş Rəssamlar Klubunun dəstəyi ilə "Müasir İncəsənət Mərkəzi" qalereyasında "Katalizator" adlı müasir incəsənət sərgisi açılıb.

    "Baku Creative Center" yaradıcılıq mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı qalereyalar festivalı layihəsi çərçivəsində açılmış sərgi Azərbaycanın müasir incəsənətinin inkişafını sürətləndirməyə iddialı olan rəssamların sərgisidir. Onlar incəsənət üçün daha sürətli yol təklif edirlər.

    Açılışda bildirilmişdir ki, Bakı qalereyalar festivalının əhatə dairəsinin getdikcə daha da artması, qarşıya qoyulan məqsədin reallaşması hədəfə doğru atılan addımların doğru olduğunu göstərir. Qeyd olunub ki, festival incəsənətin ictimailəşməsinə öz töhfəsini verib.

    Sərgidə Novruz Məmmədov, Fərəc Rəhmanov, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Bəhruz Kəngərli və Təkin Əfəndiyevin rəngkarlıq, qrafika və instalyasiyaları, həmçinin Həbib Saher və Yunis Krılovun video-art nümunələri təqdim olunub.

    Sərgi həftənin sonunadək davam edəcək.

    1
    Mənbə: ann.az  
  • Elmar Məmmədyarov Şri Lanka prezidenti ilə görüşdü
    19.05.2013 07:00
    http://ann.az/file/pic/news/2013-05/1367905576_memmedyarov-sri-lanka.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367905576_memmedyarov-sri-lanka.jpg
    Mayın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şri Lankaya səfəri çərçivəsində bu ölkənin prezidenti Mahinda Racapaksa ilə görüşüb.

    XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Şri Lanka prezidenti Azərbaycan nümayəndə heyətini salamlayaraq iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərdən məmnunluq ifadə edib. O, iki ölkə arasında iqtisadi, enerji, turizm, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial olduğunu və bu səfərin münasibətlərin inkişafına təkan verəcəyini diqqətə çatdırıb.

    E. Məmmədyarov iki ölkə arasında əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini bildirib. Nazir ikitərəfli hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyac olduğunu söyləyib. Şri Lankanın müharibədən sonrakı dinamik inkişafını təqdir edən nazir, Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkərək Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparıldığını vurğulayıb.

    Şri Lanka prezidenti Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi olduğunu, xüsusən də enerji sahəsində geniş təcrübəsini nəzərə alaraq, bu istiqamətdə, həmçinin, turizm sahəsində əməkdaşlığın genişləndirilməsini arzu etdiklərini söyləyib. E. Məmmədyarov isə həmkarı ilə görüşə istinadən iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun təşkili barədə razılıq əldə edildiyini qarşı tərəfin nəzərinə çatdırıb.

    Görüşün sonunda Şri Lanka prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.

    1
    Mənbə: ann.az  
  • Əlil it Amerika ordusunun serjantı oldu
    19.05.2013 06:59
    http://ann.az/file/pic/news/2013-05/1367904985_1.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367904985_1.jpg
    Ön pəncələri olmayan it əsgərlərə örnək oldu

    Feyt adlı qabaq pəncəsinin biri olmadan doğulub, ikinci pəncəsini isə sonradan amputasiya etmək lazım gəlib. Amerika mətbuatının verdiyi məlumata görə, buna baxmayaraq itə yalnız arxa pəncələri ilə hərəkət etməyi öyrədiblər.

    Sonra isə sahibəsi Feytin bu bacarığını ağır yaralar almış amerikalı əsgərlərin müalicə olunduğu xəstəxanalarda nümayiş etdirməklə onlara ruhlandırıb və müharibə veteranlarını dəstəkləyib.

    Feyt' bu xidmətlərinə görə ABŞ ordusunun serjantı rütbəsi verilib.

    Anspress
    1
    Mənbə: ann.az  
  • ADU və Qlazqo Universiteti müqavilə imzaladı
    19.05.2013 06:59
    http://sport.ann.az/file/pic/news/2013-05/1367873239_1.jpg
    http://sport.ann.az/file/pic/news/2013-05/1367873239_1.jpg
    Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyaya səfəri çərçivəsində Qlazqo Universitetində olub.

    ADU mətbuat xidmətindən verilən məlumata görə, rektor Səməd Seyidov səfər zamanı Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli, Qlazqo Universitetinin prorektoru, professor Andrea Nolan, Qəbul Departamentinin rəhbəri, Sosial elmlər fakültəsi, Təhsil fakültəsinin rəhbərləri və Xarici əlaqələr departamentinin rəhbəri ilə görüşlər keçirib, əməkdaşlığın mümkün sahələri haqqında fikir mübadiləsi aparılıb.

    Görüş zamanı ADU və Qlazqo Universiteti arasında magistratura pilləsində tələbə mübadiləsi haqqında müqavilə imzalanıb. Sənədi Qlazqo Universitetinin rektoru, professor Anton Musqatelli və ADU-nun rektoru, professor Səməd Seyidov imzalayıblar. Müqaviləyə əsasən, universitetlərarası ikitərəfli əməkdaşlıq çərçivəsində ADU-nun tələbələri təhsillərini bu universitetdə davam etdirmək fürsəti qazanırlar. Bundan başqa, əməkdaşlığa həm də elmi və universitet əməkdaşlarının qarşılıqlı mübadiləsi, birgə konfransların təşkili, kitab və jurnal nəşrləri daxildir.

    Sonra ADU-nun rektoru, professor Səməd Seyidovun Qlazqo Universitetinin tələbələri ilə görüşü olub. Azərbaycanın regionda hər sahədə lider ölkə olduğunu bildirən rektor respublikamızda və bölgədə baş verən proseslərin Britaniya təhsil cəmiyyətinə çatdırılmasında, eyni zamanda bu ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təhsil təcrübələrindən istifadə edilməsində bu əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

    Qeyd edək ki, nümayəndə heyəti Böyük Britaniyanın İpsviç şəhərində yerləşən Suffolk Universitetində, həmçinin Esseks Universitetində görüşlər keçirib. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Fəxrəddin Qurbanovun iştirakı ilə ADU-nun rektoru, professor Səməd Seyidov və Suffolk Universitet Şəhərciyinin rektoru, professor Mayk Saks iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

    Səməd Seyidov Esseks Universiteti və Azərbaycan Dillər Universiteti arasında olan 2 2 layihəsinin gedişi haqda müzakirələr aparıb. Xatırladaq ki, ADU ilə Esseks Universiteti arasında müqaviləyə əsasən, ADU-nun Pedaqoji fakültəsinin tələbələri iki illik bakalavr təhsilinin qalan iki ilini sözügedən universitetdə davam etdirə bilərlər. Razılaşmaya görə, təhsilini bitirən tələbələrə həm ADU-nun, həm də Böyük Britaniya universitetinin ikili diplomları verilir.

    APA
    1
    Mənbə: ann.az  
  • Məşhur rusiyalı məşqçi Yuri Syomin "Qəbələ"də işləyəcək
    19.05.2013 06:59
    http://ann.az/file/pic/news/2013-05/1367871381_1.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367871381_1.jpg
    "Qəbələ" klubunun yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisini yeni mövsümdən tanınmış rusiyalı mütəxəssis Yuri Syomin çalışdıracaq.

    66 yaşlı mütəxəssis Ramiz Məmmədovun istefasından sonra boş qalan və müvəqqəti olaraq əvəzedicilərin çalışdırıcısı Luis Araqonun tutduğu baş məşqçi postuna gətirilir. Klubun tarixinə ilk rusiyalı çalışdırıcı kimi düşəcək Syomin zəngin karyerası ilə postsovet məkanında məşhur simadır.

    Daha çox məşqçi karyerası ilə tanınan rusiyalı karyerasına futbolçu kimi başlayıb. 1947-ci ildə anadan olan Syomin 1964-80-ci illərdə müxtəlif klubların şərəfini qoruyub. "Spartak" (1964-65), Almatının "Kayrat" (1972-73), Novosibirskin "Çkalovets" (1974) və Krasnodarın "Kuban" (1978-80) klublarında hücumçu, sonradan yarımmüdafiəçi kimi çıxış edən futbolçunun karyerasının əsas hissəsi Moskva təmsilçiləri ilə bağlıdır.

    1965-67-ci illərdə "Spartak", 1968-71-ci illərdə "Dinamo", 1975-77-ci illərdə "Lokomotiv"də oynayan Syominin ən böyük uğurları da paytaxtda qeydə alınıb. O, 1970-ci ildə "Dinamo" ilə SSRİ kubokunu qazanıb və çempionatın gümüş mükafatçısı olub. Syomin "Spartak"ın tarixinə düşməyi də bacarıb. O, klub tarixinə avrokuboklarda vurulan ilk 2 qolun müəllifi kimi düşüb.

    1986-cı ilin yanvarında "Lokomotiv"ə bu dəfə baş məşqçi kimi qayıdan Syomin 2005-ci ilin aprelinə qədər - təxminən 18 il bu kluba rəhbərlik etdi. Düzdür, 1991-ci ildə SSRİ dağılanda rusiyalı uzaq Okeaniyaya üz tutub, Yeni Zelandiyanın olimpiya yığmasının "sükanı arxasına" keçib. Lakin 1 ildən sonra mütəxəssis yenidən "dəmiryolçu" olmağı lazım bilib.

    Təxminən 18 illik "Lokomotiv" karyerasında Syominin saysız-hesabsız uğurları var. 2002 və 2004-cü illərdə Rusiya çempionu, 1996, 1997, 2000 və 2001-ci illərdə ölkə kuboku, 2003 və 2005-ci illərdə Superkuboku, 2005-ci ildə "Birlik kuboku"nu qazanan "Lokomotiv" onunla 9 titul qazanıb.

    Bundan başqa, 1995, 1999, 2000, 2001-ci illərdə gümüş, 1994, 1998-ci illərdə bürünc mükafatlar qazanan, 1998-ci ildə Rusiya, 1990-cı ildə SSRİ Kubokunun finalına çıxan komandanı uğurlara Syomin daşımışdı. 1989-cu ildə Rusiyanın əməkdar məşqçisi olan Syomin indiyədək 2 dəfə "Fəxri dəmiryolçu" adı ilə təltif olunub. Bundan başqa o "Şərəf ordeni"nə layiq görülüb.

    2005-ci ildə Syomin Rusiya milli komandasının baş məşqçisi təyin olunduğu üçün "Lokomotiv"dən ayrılıb. O, yığmanı DÇ-2006-nın seçmə mərhələsinin son oyunlarına çıxarıb. Mundiala vəsiqə qazanılmadığından mütəxəssis yığmanı tərk edib.

    2006-cı ildə ciddi problemləri olan Moskva "Dinamo"sunu xilas etmək vəzifəsini üzərinə götürən Syomin bunu bacarmayıb. 2007-ci ildə "Lokomotiv"də qayıdan məşqçi bu dəfə klub prezidenti təyin olunub. Baş məşqçisi Anatoli Bışovets olan klub uğursuz mövsümün ardından hər 2 simanı postlarından kənarlaşdırıb.

    2008-ci ilin yanvarından Kiyev "Dinamo"sunda fəaliyyətə başlayan Syomin 2,5 illik anlaşmasını sonadək işləməyib. İlyarıma Ukrayna çempionatının gümüş və qızıl medalını qazanan komandanı kubokun finalına çıxaran mütəxəssis çempion kimi Ukraynanı tərk edib. Bu, onun "Lokomotiv"ə baş məşqçi çağırılmağı ilə bağlı idi.

    2009-cu ilin yayında yenə "dəmiryolçu" olan çalışdırıcı təxminən 16 aydan sonra istefaya göndərilib. Cəmi 1 ay işsiz qalan Syomin yenidən Kiyevdən təklif alıb. Bu dəfə "Dinamo" onunla 3,5 illik müqavilə imzalayıb. "Dinamo"ya 2-ci təyinatından sonra çempionatda 2 gümüş, ölkə kuboku qazandıran mütəxəssis kubokun da finalınadək irəliləməyi bacarıb. Lakin ötən ilin sentyabrında yenidən Ukrayna klubu ilə yollarını ayırıb.

    APA
    1
    Mənbə: ann.az  
  • Baş prokuror: Təbrizdə həbs olunmuş Azərbaycan vətəndaşlarının işinə tez bir zamanda baxılacaq
    19.05.2013 06:58
    http://ann.az/file/pic/news/2013-05/1367902357_001.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367902357_001.jpg
    Təbrizdə həbs olunmuş iki Azərbaycan vətəndaşının işinə tez bir zamanda baxılacaq və qısa müddət ərzində məlumat veriləcək. Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "İribnews" məlumat verir.

    Əjeyi bildirib ki, həmin vətəndaşların həbsi ilə bağlı Təbriz prokurorluğundan məlumat alıb. Onların həbs olunması səbəbləri və detalları barədə indi açıqlama verə bilməsə də, tez bir zamanda bununla bağlı məlumat veriləcək.

    Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

    1
    Mənbə: ann.az  
  • Avropada çempionluq həyacanları erkən bitdi
    19.05.2013 06:56
    http://ann.az/file/pic/news/2013-05/1367872972_1.jpg
    http://ann.az/file/pic/news/2013-05/1367872972_1.jpg
    Topaz Premyer Liqasında çempiqonluq mübarizəsi davam edir. Düzdü, 29-cu turda əsas rəqibi «Qarabağ»ı məğlub edən «Neftçi» birincilik yolunda böyük bir addım atdı və demək olar ki, ardıcıl üçüncü çempionluğunu təmin etdi. Lakin bunun rəsmiləşməsi üçün qarşıda 3 tur var. 30 həftədə «Qarabağ» məğlub olsa, «Neftçi» 3 xalı aktivinə yazıb, çempionluğu rəsmiləşdirə bilər.

    Bizdən fərqli olaraq bir çox ölkələrdə çempionluq mübarizəsi artıq başa çatıb. Türkiyədə «Qalatasaray», İngiltərədə «Mançester Yunayted», Almaniyada «Bavariya», İtaliyada «Yuventus», Hollandiyada «Ayaks» mövsümün sonuna bir neçə tur qalmış birinciliyini elan edib. Qitənin ən önəmli 7 liqasından 5-də artıq komandalar çempionluq uğrunda mübarizə aparmır. Yalnız Fransa və İspaniyada çempionluq həyacanı hələ davam edir ki, bu ölkələrdə də mövsümü birinci pillədə başa vuracaq komandaların adı bəllidi. Sadəcə, onların bunu rəsmiləşdirməsi qalıb.

    Türkiyədə «Qalatasaray», Hollandiyada «Ayaks»

    Türkiyə Super Liqasında çempionluq mübarizəsi bazar günü başa çatdı. «Türk Telekom Arena»da «Sivasspor»u 4:2 hesabı ilə yenən «Qalatasaray» ona 2 həftə qalmış çempionluq həyacanını bitirdi. Ötən mövsümdə də birinci olan Fatih Terimin komandası 19-cu dəfə çempionluq sevincini yaşayaraq, dördüncü ulduza bir addım da yaxınlaşdı.

    Hollandiya çempionatında mübarizə sona bir tur qalmış bitdi. «Villem II»ni 5:0 hesabı ilə yenən Frank de Burun başçılıq etdiyi «Ayaks» tarixində 32-ci dəfə Hollandiya birincisi oldu.

    Almaniya və İngiltərədə fərqli çempionluq

    Almaniyada «Bavariya» sona 6, İngiltərədə «Mançester Yunayted» 4 tur qalmış çempionluğunu elan etdi. «Bavariya» Dortmund «Borussiya»sının iki illik hegemonluğuna son qoydu. Möhtəşəm bir mövsüm keçirən Münhen təmsilçisi 28-cu turda «»Ayntraxt»ı 1:0 hesabı ilə yenərək, çempionluğunu rəsmiləşdirdi. Çempionlar Liqasının da finalına yüksələn Yupp Heynkesin komandası 23-cü dəfə qızıl medallara sahib çıxdı.

    İngiltərə Premyer Liqasında isə «Mançester Yunayted» ötən il «Mançester Siti»yə son həftədə «güzəştə getdiyi» çempionluğu geri qaytardı. «Qırmızı şeytanlar» sona 4 tur qalmış «Aston Villa»nı yenərək birinciliklərini rəsmiləşdirdilər. Bu Aleks Ferqyusonun rəhbərlik etdiyi komandanın 20-ci çempionluğu oldu.

    «Yuventus» 29-cu dəfə…

    İtaliyanın köklü klublarından olan «Yuventus» son 3 həftəyə girərkən çempionluq həyacanını bitirdi. «Palermo»nu 1:0 hesabı ilə yenən Turin klubu 29-cu dəfə bu adı qazandı. Ötən ildə çempionluğu heç kimə güzəşt etməyən «Yuventus» sona 3 tur qalmış «Napoli»dən 11 xal öndədi.

    «Barselona»da geri sayım başladı

    İspaniya La Liqasında çempionluq rəsmiləşməsə də, birinci olacaq komandanın kimliyi uzun müddətdi bəllidi. «Barselona» ötən il «Real»ın qazandığı titulu geri qaytarmağın biraddımlığındadı. Sona 4 tur qalmış ən yaxın rəqibi olan «Kral Klubu»nu 11 xal qabaqlayan Kataloniya klubu üçün 1 qələbə yetərli olacaq. Tarixinin 22-ci çempionluğunu qazanmaq istəyən «Barselona» mayın 8-də baş tutacaq «Real» - «Malaqa» matçının nəticəsinə görə də çempion ola bilər. Madrid klubu evdə xal itirərsə. «Barselona» öz oyununu gözləmədən çempionluğunu elan edəcək.

    PSJ 19 il sonra…

    Fransa Liqa 1-də PSJ düz 19 il sonra çempionluq sevinci yaşamaq üçün gün sayır. Karlo Ançelottinin başçılıq etdiyi, Zlatan İbrahimoviç, Xavyer Pastore, Tiaqo Silva, Devid Bekhemin çıxış etdiyi komanda sona 3 tur qalmış ən yaxın izləyicisi Marsel «Olimpik»ini 7 xal qabaqlayır. Son turda «Valensiyen»lə matçda meydana çempionluq üçün çıxsa da, 1 xal qazanan Paris klubu sonuncu dəfə 1993-1994 mövsümündə qızıl medallara sahib çıxmışdı. Düz 19 ildi bu uğura həsrət qalan PSJ üçün son 3 turda 1 qələbə yetərli olacaq.

    Fanat.az
    2
    Mənbə: ann.az  
  • Tanınmış rusiyalı vokalçı "Karmen" operasının tamaşasında çıxış etmək üçün Bakıya dəvət olunmuşdur
    19.05.2013 06:56
    Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir.

    "Karmen" dünya opera sənətinin inciləri sırasına daxildir və operasevərlərin ən sevimli əsərlərindən biri sayılır.

    Opera və Balet Teatrının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, teatrın rəhbərliyi ilk dəfə olaraq bu tamaşada Karmen partiyasını ifa etmək üçün hazırda Avropada çox populyar olan vokalçılardan biri - K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, Vokalçıların M.Qlinka adına və Beynəlxalq "Bellini" müsabiqəsinin "Qran-pri" mükafatı və qızıl medalının sahibi Larisa Andreyevanı dəvət etmişdir.

    L.Andreyeva bir çox ölkələrin - Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İtaliya, Portuqaliya və Yaponiyanın opera teatrlarında uğurlu qastrol səfərlərində olmuşdur. Portuqaliyanın Lissabon şəhərində keçirilən Beynəlxalq opera festivalında o, Karmen rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafata layiq görülmüşdür. Xarici kütləvi informasiya vasitələri L.Andreyevanın ifası haqqında yüksək fikirlər söyləyir, onu dünya operasının dühası və ulduzu, parlaq aktrisa adlandırırlar.

    Tamaşada L.Andreyeva ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Azərbaycanın Xalq Artisti - Əli Əsgərov (Suniqo), Əməkdar Artist İnarə Babayeva (Mikaella), həmçinin gənc və istedadlı vokalçılar - Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Xoze) və Anton Ferştandt (Eskamilio) çıxış edəcəklər.

    Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
    2
    Mənbə: azertag.com  
  • Dövlət qulluğunda yeni vakant vəzifələr - MÜSABİQƏ
    19.05.2013 06:53
    http://sport.ann.az/file/pic/news/2013-05/1367904098_01.jpg
    http://sport.ann.az/file/pic/news/2013-05/1367904098_01.jpg
    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2013-cü il 7 may tarixdən 5 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 125 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.

    Komissiyanın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 124 mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 1-i isə məhkəmə orqanının aparatındadır.

    "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

    Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

    1.dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;

    2.qanunvericilik sahəsində - 40 test tapşırığı;

    3.informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

    4.məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

    Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

    Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

    Müsabiqəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 7 may 2013-cü il tarixli sayında və 7 may 2013-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında (www.dqmk.az) verilib.

    Mərkəzi icra hakimiyyəti orqanlarından - Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 107 vakant vəzifə, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə 10 vakant vəzifə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 5 vakant vəzifə, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 2 vakant vəzifə, məhkəmə hakimiyyəti orqanlarında - Hacıqabul Rayon Məhkəməsi üzrə 1 vakant vəzifə müsabiqəyə çıxarılıb.

    2
    Mənbə: ann.az  
  • Robot-hepard
    19.05.2013 06:48
    Massaçusets universitetinin alimləri robot-hepard hazırlayıblar. ANS PRESS-in məlumatına görə, robotun sürəti saatda 22 km təşkil edir. Robotun sürəti əsl heparddan xeyli geri qalsa da (hepard saatda 110-115 km sürət yığa bilir-red.) dünyadan ən yüksək texnologiyalı robotlardan biri sayılır. Robot-hepard torpaq üzərində rahatlıqla hərəkət edir.
    3
    Mənbə: anspress.com  
  • İbrahimoviçin qarşısını alan tapılmadı
    19.05.2013 06:26
    http://anspress.com/images/photos/15092.jpg
    http://anspress.com/images/photos/15092.jpg
    Futbol üzrə Fransa çempionatında növbəti turun oyunları keçirilib. ANS PRESS-in məlumatına görə, artıq çempionluğu özü üçün təmin etmiş Pari-Sen-Jermen klubu öz meydanında "Brest" kollektivini qəbul eidb.

    Qarşılaşma parislilərin 3:1 hesablı qələbəsilə yekunlaşıb. Qalib komandanın heyətində isveçli hücumçu Zlatan İbrahimoviç dubla imza atıb.

    O, bu mövsüm Fransa çempionatında vurduğu qolların sayını 29-a çatdıraraq inamla bombardirlər yarışına liderlik edir.
    12
    Mənbə: anspress.com  
  • Xalq artistinin prodüserini əlindən aldı
    19.05.2013 06:12
    http://anspress.com/images/photos/21865.jpg
    http://anspress.com/images/photos/21865.jpg
    Müğənni Ayan Babakişiyeva yeni prodüserlə işbirliyinə başlayıb. ANS PRESS-in məlumatına görə, müğənni bu haqda "Facebook" profilində bəyan edib. İfaçı bundan sonra xalq artisti Səməd Səmədovun prodüseri Rövşənlə çalışacaq.

    Prodüser isə Ayanla bərabər Səməd Səmədovla da işləyəcəyini deyib.

    Qeyd edək ki, Rövşən buna qədər müğənni Nadir Qafarzadənin prodüserliyini edib.
    5
    Mənbə: anspress.com  
  • "Danışıqlar bu ay yekunlaşacaq"
    19.05.2013 06:07
    http://anspress.com/images/photos/17430.jpg
    http://anspress.com/images/photos/17430.jpg
    Milli Şuranın yaradılmasına dair danışıqlar bu ay yekunlaşacaq. ANS PRESS-in məlumatına görə, bu darədə Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. O deyib ki, müxtəlif mövqelər Mili Şuranın yaradılmasının qarşısını ala bilməyəcək.

    "Proses bütövlükdə yaxşı gedir. Bütün mövqelərə normal yanaşmaq lazımdır. Bu birlikdə olanlar ölkədə gedən proseslərə pozitiv təsir göstərəcəklər. Müsavat hər zaman birliyinin tərəfdarı olub: İctimai Palatının timsalında biz hər dəfə bu nümunəni ortaya qoymuşuq. Hər kəs başa düşməlidir ki, Milli Şuranın yaranmasına az qalıb", - İsa Qəmbər əlavə edib.
    10
    Mənbə: anspress.com  
  • Ərəb qızı Everesti fəth etdi
    19.05.2013 05:52
    http://anspress.com/images/photos/38544.jpg
    http://anspress.com/images/photos/38544.jpg
    Səudiyyə Ərəbistanından olan alpinist Raha Moharrak Everest zirvəsini fəth edib. Bununla 25 yaşlı ərəb qızı dünyanın ən yüksək zirvəsinə qalxan ilk Səudiyyə nümayəndəsi olmaqla, Evresti fəth edən ən gənc ərəb qızı olub.

    ANS PRESS-in məlumatına görə, 4 nəfərlik qrupla zirvəyə qalxan Moharrak deyib ki, Səudiyyədə qadınlar məhdud hüquqlara malikdirlər. Ona görə də onun üçün birinci olmaqdan çox kimi isə ikinci olmağa həvəsəndirmək daha çox əhəmiyyət kəsb edir.

    Alpinist həmkarları da Moharrakın zirvəyə qalxmaq üçün elə Evrest miqyasında sosial maneələri dəf etməli olduğunu deyiblər.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanın Cedda şəhərində doğulan gənc alpinist hazırda Dubayda yaşayır.
    8
    Mənbə: anspress.com  
  • Bəşər Əsəd orduya kimyəvi silahdan istifadə etməyi əmr edib
    19.05.2013 05:47
    http://anspress.com/images/photos/37825.jpg
    http://anspress.com/images/photos/37825.jpg
    Suriya prezidenti Bəşər Əsəd hökumət qüvvələrinə kimyəvi silahlardan istifadə etməyi əmr edib. ANS PRESS-in məlumatına görə, bu barədə əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

    Telekanalın yaydığı məlumata görə, ətrafında çəmbərin daralmasını görən Bəşər Əsəd Dəməşqin qorunması üçün son vasitə kimi bu yola əl atıb.

    Xatırladaq ki, şənbə günü Dəməşq ətrafında gedən döyüşlərdə 110 nəfər həlak olub.
    6
    Mənbə: anspress.com  
  • Müəllimi Fərid Məmmədovun köhnə videosu yaydı
    19.05.2013 05:47
    http://anspress.com/images/photos/38546.jpg
    http://anspress.com/images/photos/38546.jpg
    "Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil edən Fərid Məmmədovun 10 il əvvəl çəkilmiş videogörüntüləri sosial şəbəkələrdə yayılıb. ANS PRESS-in məlumatına görə, videoçarxı təmsilçimizin müəllimi Aybəniz Haşımova paylaşıb. Əməkdar artist görüntülərə belə şərh verib:

    "Fərid Məmmədov bu videoda 11 yaşındadır. Dünyanın 25 ölkəsindən uşaqların dincəldiyi "Artek" düşərgəsində keçirilən festivalda yarışırdı. Həmin gün Fəridin 39 dərəcə qızdırması var idi. Bütün ağzının içi də səpmişdi. İndi baxın görün hələ 11 yaşında bu körpə Azərbycanı necə təmsil edib. Onu yetişdirən bir müəllim kimi ifasından heç vaxt məyus olmamışam. İndi isə ona daha çox inanıram. Çünki onun artıq 11 yox, 21 yaşı var. "
    7
    Mənbə: anspress.com  
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri