Ukrayna 2018-ci ildə müdafiəyə 6 milyard dollar ayıracaq

2018-ci ildə Ukraynanın müdafiə büdcəsi 6,04 milyard dollar və ya ölkə ÜDM-nin 5 faizini təşkil edəcək. “Report” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladmir Qroysmana istinadən UNİAN məlumat yayıb. "2018-ci il büdcəsində başlıca prioritetlərdən biri müdafiə qabiliyyətidir. Ümumi büdcə ÜDM-in 5 faizini təşkil edir və 165 milyard qrivnaya bərabərdir. Bu vəsait qoşunların saxlanması və müasirləşdirilməsi üçün nəzərdə tutulub", — deyə Qroysman Ukrayna hökumətinin iclasında bildirib.