Tramp Qüdsü İsrailin paytaxtı elan edəcək

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüds şəhərini İsrailin paytaxtı elan etməyi planlaşdırıb. TİA.AZ- ın xəbərinə görə, bu barədə Reuters agentliyi ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, bununla belə Tramp ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini təxirə salacaq. Həmçinin bildirilir ki, Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qədər İsrail və Fələstini barışdırmağa çalışacaq.