Bakı məktəbində iyrənc olay- 2 OĞLAN 8 YAŞLI ŞAGİRDİ TUALETDƏ ZORLADI

Bakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Nicat Pirişov və onun həmyaşıdı Sənan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. TİA.AZ publika.az-a istinadən xəbər verir ki, Nicat Pirişov və Sənan Vəlizadə Nərimanov rayonunda yaşayıblar və Hidayətzadə küçəsi, 2 ünvanında yerləşən T.İ.Həsənov adına 57 saylı Tam Orta Məktəbinin şagirdi olublar. İki dostun planı Nicat Pirişov və onun dostu və həmyaşıdı Sənan Vəlizadə 14 aprel 2016-cı il tarixdə təhsil aldılaqı orta məktəbin 2-B sinifin şagirdi olan 2008-ci il təvəllüdlü Sadiq Məmmədova (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəliblər. Bu məqsədlə onlar həmin gün saat 09.40-da Sadiq Məmmədovu orta məktəbin birinci mərtəbəsində yerləşən sanitar qovşağa aparıblar. Seksual hərəkət Dərs zamanı olduğu üçün həmin yerdə heç kim olmayıb. Bundan istifadə edən cinayətkar dostlar öz çirkin əməllərini həyata keçirmək qərarına gəliblər. Bu məqsədlə onlar həmin yerdə Sadiq Məmmədova qarşı zorakılıq göstəriblər, onunla qeyri-təbii yola cinsi əlaqədə olublar. Azyaşlının valideynləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Onların şikayəti əsasında hər iki şəxs mayın 11-də həbs ediliblər. Bir maddə və 10 il cəza Nicat Pirişov və Sənan Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. Onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Onların cəzalarını ümumi rejimli tərbiyə müəssisəsində çəkmələri barədə qərar qəbul edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Hər iki vəkil müdafiə etdikləri yetkinlik yaşına çatmayan şəxslərin barəsində çıxarılan hökmü ədalətsiz hesab ediblər. Onlar apelyasiya insatnsiyyası məhkəməsinin hakimlərindən işə ədalətli baxılmasını istəyiblər. Cəza yüngülləşdirildi Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayəti üzrə qərar elan olunub. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin cəzasını 8 ilə endirilib. Bundan sonra təqsirləndirilən şəxslərin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Onların şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərlə bağlı verilən kasasiya şikayəti təmin olunmayıb.