“Technoil” işçi axtarır – VAKANSİYA

Technoil LLC Keyfiyyətə nəzarət üzrə Mütəxəssis (Sumqayıt) Tələblər: - Ali təhsil (Standartlaşdırma və ya texniki sahələrdə keyfiyyətə nəzarət ixtisası üzrə) - Bu sahə üzrə 2-3 il təcrübə, - İSO standart tələblərini bilməli, - İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli, - Daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli, - Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir, - Sürücülük vəsiqəsi olmalı, - Yaş həddi 25 və yuxarı. Vəzifələr: - Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərinın hazırlanması, - Daxili əmək nizamı qaydalarına nəzarət, - İş prosesində keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək, - Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək, - Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak etmək, - Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etmək, - Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq istehsal prosesinin keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək, - İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması. İş şəraiti: Həftə içi 6 gün. 09:00-dan - 18-00-dək Nahar şirkət tərəfindən verilir. Əmək haqqı 400-500 AZN E-mail: [email protected]