Tanınmış aktyor “Park Cinema”nı YIXIB-SÜRÜDÜ: “Torba tikək, çörəyə bais olaq”

Son zamanlar "İkinci pərdə" filmindəki performansı ilə diqqətləri üzərinə çəkən aktyor Hikmət Rəhimov "Park Cinema"nı sərt tənqid edib. Buna səbəb kinotetarın "Kardeşim benim 2" filmində rol alan aktyor Kamran Ağabalayevə qala gecəsi üçün dəvətnamə yollamaması olub. O, həmkarını müdafiə edərək ona qarşı edilən hörmətsizliyi həzm edə bilmədiyini yazıb: "Deyirlər ki, Bakıda "Kardeşim benim 2" filminin qala gecəsi baş tutub. Məni başqa şey narahat etdi. Niyə o filmdə tək azərbaycanlı olan aktyor həmkarımız Kamran Ağabalayev iştirak etməyib? Səbəbini bilmirəm, amma filmin nümayişini burada təşkil edən adamlar buna diqqət etməli idilər. Necə ki, Burak Bakıya gəlməmişdən öncə, hətta qalacağı otelin sifarişinə kimi edir. Məncə o diqqətin 10 faizi də Kamrana göstərilməliydi. Kamran kiməsə görə yaxşı və ya pis ola bilər. Ancq Burakdansa, Kamran hər halıyla bizə daha yaxındır. Sənət baxımından aktyor həmkarlarım Burakı "udar". Amma biz yenə də bir-birimizə dəstək olmadıq. Biz ev yıxaq, torba tikək, çörəyə bais olaq və s. Özümüzə dəyər verək, kişi olaq. Bax o zaman bizimlə başımızın üstündə duranlar hesablaşacaq. Belə..." Publia.az Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.