Nigeriyada terror: 17 ölü, 47 yaralı

Nigeriyada marketdə törədilən terror aktı nəticəsində azı 17 nəfər ölüb, 47 nəfər yaralanıb. Partlayış Nigeriyanın Biu şəhərinin şimalındakı marketlərdən birində baş verib. Yerli KİV partlayış üçün 3 gənc qızdan istifadə olunduğunu haqqında məlumat yayıb. Onlardan birinin üzərindəki partlayıcı qurğu işə düşməyib və polis onu həbs edib. "Boko Haram" terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürüb. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir. Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.