Türkiyə XİN başçısı həmsədrlərlə Qarabağ münaqişəsini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Oxu.Az -ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə M.Çavuşoğlu "Twitter" səhifəsində yazıb. "Mən Minsk Qrupunun həmsədrləri - Stefan Viskonti, İqor Popov, Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etdim və Türkiyənin Minsk prosesini dəstəklədiyini bildirdim", - deyə Türkiyə XİN başçısı yazıb. A.S.