Futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşdi

Dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları məlum olub. Oxu.Az -ın APA-ya istinadla xəbərinə görə, noyabrın 30-a keçən gecə Braziliyanın “Qremio” klubu Libertadores Kubokunun finalında Argentinanın “Lanus” klubunu üstələyərək turnirə son vəsiqəni təmin edib. Beləliklə klublararası dünya çempionatı-2017-də aşağıdakı komandalar iştirak edəcək: “Real” (İspaniya) “Qremio” (Braziliya) ”Urava Red Daymonds” (Yaponiya) “Vidad” (Mərakeş) ”Paçuka” (Meksika) ”Oklend Siti” (Yeni Zelandiya) “Əl-Cəzirə” (BƏƏ). Çempionatın yarımfinal matçları dekabrın 12-13-də, üçüncü yer uğrunda görüş və final isə dekabrın 16-da baş tutacaq. Qeyd edək ki, futbol üzrə klublararası dünya çempionatı 2000-ci ildən etibarən keçirilir. İndiyədək turnirdə 9 dəfə Avropa, 4 dəfə isə Cənubu Amerika təmsilçiləri qalib qəlib. A.S.